Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
İvan Sergeyeviç Turgenev (rus. Иван Сергеевич Тургенев; 28 oktyabr (9 noyabr) 1818[1][2][…], Oryol[2][4] – 22 avqust (3 sentyabr) 1883[2][3][…]) — rus yazıçısı.
İvan Turgenev | |
---|---|
Təxəllüsü | .....въ, —е—, И.С.Т., И.Т., Л., Недобобов, Иеремия, Т., Т…, Т. Л., Т……в |
Doğum tarixi | 28 oktyabr (9 noyabr) 1818[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 22 avqust (3 sentyabr) 1883[2][3][…] (64 yaşında) |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, şair, dramaturq, roman yazıçısı, tərcüməçi, nasir, dramaturq, publisist |
Fəaliyyət illəri | 1834–1883 |
Əsərlərinin dili | alman dili, fransız dili, ingilis dili, rus dili |
İstiqamət | ədəbi realizm |
Janrlar | hekayə, povest[d], roman, ağı, dram |
Tanınmış əsərləri | |
Üzvlüyü | |
İvan Turgenev Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
İvan Turgenev 1818-ci il noyabrın 9-da Oryol şəhərində dünyaya gəlib. Atası Sergey Nikolyayeviç o dövrün tanınmış zabitlərindən olub. Anası Varvara Petrovna isə varlı bir saray ailəsindən olub. 1827-ci ildə Sergey Tugenev övladlarına təhsil vermək üçün Moskvaya köçüb.
1833-cü ildə 15 yaşlı Turgenev Moskva universitetinin filologiya fakültəsinə daxil olub. Bir il sonra onlar Peterburqa köçüb və buna görə Turgenev təhsilini Peterburq universitetində davam etdirməli olur.
1838-ci ildə elmlər namizədi dərəcəsinə yiyələnən şair Almaniyaya köçür. Berlində məskunlaşan Turgenyev qədim latın və yunan dillərini yaxından öyrənir.
1842-ci ildə vətəninə qaytmaqla yazıçı, ədəbiyyat sahəsində fəaliyyətə başlayır. 1846-cı ildə "Bretter" və "Üç portret" povestlərini qələmə alır. Daha sonra o "Mumu", "Yakov Pasınkov", "Sakitlik" kimi əsərləri ilə oxucularını sevindirir. O ən böyük romanları toplandığı "Nov" adlı kitabını 1860-cı ildə artıq Parisə köçdüyü zaman dərc etdirir. Yazıçı 1883-cü ildə elə Parisdə dünyasını dəyişir.