Karen Ağasiyeviç Calavyan (erm. Կարեն Աղասու Ջալավյան; 25 yanvar 1971), həmçinin Kyox (erm. Քյոխ) kimi tanınır — Ermənistan hərbi zabiti, DQR Müdafiə Ordusunun polkovniki, "Yeqnikner" hərbi hissəsinin komandiri və" Artsax Qəhrəmanı" mükafatı laureatı.[1][2]
Karen Calavyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 yanvar 1971 (53 yaş) |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Dağlıq Qarabağ Respublikası |
Rütbəsi | polkovnik |
Təltifləri |
21 yanvar 2015-ci ildə Karen Calavyan Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edilmişdir.[3] 21 sentyabr 2016-cı ildə Calavyan 1-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif olunmuşdur.[4]
İkinci Qarabağ müharibəsi zamanı Calavyan Tərtər rayonu istiqamətində, Təpəkənd kəndi yaxınlığında yerləşən "Yeqnikner" hərbi hissəsinə komandanlıq etmişdir. 2 oktyabr 2020-ci ildə Calavyan Arayik Arutyunyan tərəfindən "Artsax Qəhrəmanı" titulunu almışdır.[5] Arutyunyanın sözlərinə görə, Calavyanın dəstəsi "bir neçə strateji yüksəkliyi tutmağa və Azərbaycan qüvvələrinə ağır itkilər verməyə" nail olmuşdur.[6]