Təpəkənd (Tərtər)

Təpəkənd[2] (əvvəlki adı: Tonaşen[3]) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd.[4]

Təpəkənd
40°18′29″ şm. e. 46°41′32″ ş. u.
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 84 nəf. (2015)[1]
Xəritəni göstər/gizlə
Təpəkənd xəritədə
Təpəkənd
Təpəkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Sovet Sosialist Respublikasının 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə kənd Tonaşen adlanırdı və o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir[3]. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı[5].

Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı[6].

Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi[7]. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü[8].

Kənd Birinci Qarabağ müharibəsi nəticəsində 1994-cü ilin mart-aprel aylarında erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi[9]tanınmamış qondarma özünü "Dağlıq Qarabağ Respublikası" adlandırmış separatçı rejimin nəzarəti altına keçərək Tonaşen adlandırılırdı.[10][11]

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır[12].

Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə Ağdərə rayonu yaradılmış, və Çaylı kənd inzibati ərazi dairəsi, tərkibindəki Təpəkənd kəndi ilə birgə Ağdərə rayonunun tərkibinə daxil edilmişdi[13].

  1. https://artsakhlib.am/en/2018/06/06/%D5%BF%D5%A5%D5%B2%D5%A5%D5%AF%D5%A1%D5%BF%D5%B8%D6%82-%D5%AC%D5%B2%D5%B0-%D5%BE%D5%A1%D6%80%D5%B9%D5%A1%D5%BF%D5%A1%D6%80%D5%A1%D5%AE%D6%84%D5%A1%D5%B5%D5%AB%D5%B6-%D5%B4%D5%AB%D5%A1%D5%BE%D5%B8/.
  2. Ordu. "Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında sərxoşluq halları artıb". Ordu.Az (ingilis). 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  3. 1 2 Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 114.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  5. Az SSR Ali Sovetinin Məlumatları 1982 N 6.
  6. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  7. "Azərbaycan Respublikası Ağdərə rayonunun bəzi kəndlərinin Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  8. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 13 oktyabr 1992-ci il. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  9. NovostiNK. "НИКТО НЕ ЗАБЫТ?". NovostiNK (rus). 2024-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
  10. "Tərtərin 13 kəndi Ermənistanın işğalı altında". 2020-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
  11. "Наличное и постоянное население по административно-территориальному делению и полу" (PDF). Перепись населения НКР 2005 года (hy/en/ru). 2011-03-02 tarixində arxivləşdirilib (PDF).
  12. "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
  13. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.