Karl Llevellin (ing. Karl Nickerson Llewellyn; 22 may 1893[2], Sietl, Vaşinqton – 13 fevral 1962[2], Çikaqo) — Amerika mülki hüquq mütəxəssisi.
Karl Llevellin | |
---|---|
Doğum tarixi | 22 may 1893[2] |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 1962[2] (68 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | Kommersiya hüququ, hüquqşünaslıq[1] |
İş yerləri | |
Təhsili |
XX əsrin ilk onilliklərində ABŞ hüquqşünaslığında sosioloji hüquqşünaslığın təsiri altında "realistlər" hərəkatı meydana gəlmişdir; burada əsasən, müxtəlif sahəvi hüquqi fənlərin — mülki, kommersiya, sahibkarlıq və s. hüquq sahələrinin nümayəndələri birləşmişdi. Bir çox realistlər elmi araşdırmalara müraciət etməzdən əvvəl vəkillik praktikası ilə məşğul olmuşlar. Bu hərəkatın lideri Karl Llevellin olmuşdur.
Karl Llevellin konsepsiya üçün xarakterik olan xüsusiyyətləri müəyyənləşdirmiş və ona "hüquqi realizm" adını vermişdir. Llevellinin nəzəri görüşləri onun "Böyürtkən kolu" (1930) adlı mühazirələr kursunda, həmçinin "Hüquqşünaslıq: realizm nəzəriyyə və praktikada" adlı məqalələr toplusunda əks olunmuşdur. "Böyürtkən kolu" toplusunun başlığında amerikan laylasındakı sözlərdən söz oyunu kimi istifadə olunmuşdur. Llevellin ABŞ Vahid ticarət məcəlləsi layihəsini — ölkə tarixində ticarət hüququnun ən geniş sistemləşdirilməsini hazırlayan komissiyaya başçılıq etmişdir. Hal-hazırda bu Məcəllə Luiziana istisna olmaqla, bütün ştatlarda qəbul edilmişdir.
Llevellinin sözlərinə görə, məhz praktika "hüquq sisteminin özəyi"ni təşkil edir. Hüququn ümumi prinsipləri və normalarının məzmunu haqqında mübahisələr etmək əvəzinə, hüquqşünaslar, hər şeydən əvvəl, mövcud hüquqi praktikanı ümumiləşdirməlidirlər. Llevellin hesab edirdi ki, dinamik inkişaf edən müasir cəmiyyət şəraitində ön plana "qəbul edilmiş norma və qərar qəbul edilməsi praktikasının öz aralarında necə, nə qədər və hansı istiqamətdə ayrılmaları" məsələsi çıxır.
Llevellin yazırdı: "Hüquq sahəsi mübahisələrin həllinə aid olan fəaliyyətdir. Vəzifəsinə görə bu fəaliyyəti həyata keçirən insanlar isə istər bu, hakimlər, şeriflər, məmurlar, həbsxana işçiləri və hüquq məsləhətçiləri olsun, hamı hüququn rəsmi təmsilçiləridir. Bu adamların mübahisəli məsələlərdə qəbul etdikləri qərarlar da, mənim fikrimcə, hüququn özüdür". Amerika hüquq ədəbiyyatında bu ifadəni çox zaman Llevellinin hüquqa verdiyi tərif kimi sitat gətirirlər.
ABŞ ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |