Karlen Ağacanyan

Karlen Levoni Ağacanyan (erm. Կառլեն Լեւոնի Աղաջանյան; 1938, Aşağı Ağcakənd) — Ermənistan polis işçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri.

Karlen Ağacanyan
Şəxsi məlumatlar
Doğum tarixi 1938
Doğum yeri
Vətəndaşlığı
Təhsili
  • Rusiya DİN İdarəsinin Akademiyası[d]
Hərbi fəaliyyəti
Döyüşlər

Karlen Levoni Ağacanyan 1938-ci ildə Azərbaycan SSR-nin Şaumyan rayonunda anadan olmuşdur. Atası İkinci Dünya müharibəsi əlili, anası səhhətində ciddi problemlər olan tütünçü idi. O, yerli orta məktəbi bitirmişdir. Daha sonra SSRİ Daxili İşlər Nazirliyinin Rostov Ali Polis Akademiyasında təhsil almışdır. 1961–1977-ci illərdə Şaumyan rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1977–1998-ci illərdə DQMVDQR polis sistemində işləmişdir. Balaca qardaşı Volodya Levoni Ağacanyan Şaumyan rayon komitəsinin birinci katibi vəzifəsində çalışırdı.[1]

Ağacanyan Qarabağ hərəkatı başlayandan sonra Şaumyan rayonu ərazisində partizan müharibə aparmaq üçün fəaliyyət göstərmişdir. Şaumyanda işlədiyi illərdə 1,000-dən çox ov tüfəngi toplaya bilmiş və erməni döyüşçülərini bu silahlarla təmin etmişdir. Əsgəran RPŞ-nin rəisi olmuş, sonradan Əsgəran rayonunda döyüşlərdə iştirak etmişdir. Bu dövrdə Ağacanyan azərbaycanlı əsir götürmək və onları erməni əsirlərlə dəyişmək ilə məşğul idi. 1990-cı ildə partizan fəaliyyəti üçün öz tabeliyində 250 nəfər döyüşçü toplamışdır. Ağacanyan Qaraçinar, Talış, Buzluq, MənəşliBörü kəndlərinə yerləşdirmişdir. Ağacanyan Çaykənd əməliyyatından sonra Qarabağda etiraz aksiyalarının təşkilində iştirak etmişdir.[1] Xocalı soyqırımını törədənlərdən biridir.[2]

  1. 1 2 SOGHOMONYAN, Nvard. "ՀՅՈՒՍԻՍԱՅԻՆ ԱՐՑԱԽ (1988-1992)". www.artsakhtert.com. 11 noyabr 2022. 11 noyabr 2022 tarixində arxivləşdirilib.
  2. "Глава Минобороны Армении может быть привлечен к ответственности за причастность к Ходжалинскому геноциду". 1news.az. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.