Karun xəzinəsi

Uşak yaxınlarından tapılan Karun xəzinəsi olan dolça.

Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi.[1]

Əsərlərin xaricə qaçırılması

[redaktə | mənbəni redaktə et]

Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar.[2] Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb. Dövrün Mədəniyyət Nazirliyinin xəbərdar edilməsi nəticəsində muzeyin anbarlarında saxlanan əsərləri almaq üçün 1987-ci ildə cinayət işi açılıb və təxminən 40 milyon dollarlıq xərcə yol açan hüquqi proseslər sonunda xəzinələr 1993-cü ildə Türkiyəyə geri gətirildi.[3]

Laqeydlilik iddiaları

[redaktə | mənbəni redaktə et]
Karun xəzinəsinin ən dəyərli əşyalarından biri olan Qanadlı Dəniz Atı broşkası

1996-cı ildən bəri Uşak Arxeoloji Muzeyində nümayiş etdirilən Karun Xəzinələrini son beş ildə 769 əcnəbi turistin ziyarət etdiyi ortaya çıxdı. Yer problemindən, onlarca əsərin üst-üstə üst-üstə yığıla bildiyi muzeydə, 35 min 573 tarixi əsər var. Bu əsərlərin 10%-i nümayiş olunur. Muzeydə Karunun Xəzinələrinə aid 450 ədəd əsərdən 300ü nümayiş olunur.[4]

Qanadlı dənizatı broşkası

[redaktə | mənbəni redaktə et]

Uşak Arxeoloji Muzeyində nümayiş etdirilən Karun xəzinəsinin ən mühüm parçalarından biri sayılan Qanadlı Dənizatı Broşkası, 2006-ci ildə saxta oxşarı ilə dəyişdirilib. Məhkəmə 8 nəfərə 10 ay ilə 12 il arasında dəyişən cəzalar verib. Əsər 2012-ci ildə Almaniyada ortaya çıxdı və İnterpol vasitəsi ilə Türkiyəyə geri qaytarılması üçün iş başlanıldı. Sonradan, Mədəniyyət və Turizm Nazirliyi Baş İdarəsinə təslim edilib.

  1. "Croesus riches replaced by fakes Arxivləşdirilib 2022-03-10 at the Wayback Machine". British Broadcasting Corporation. İstifadə tarixi: 29 May 2006.
  2. Nezih Başgelen. "The rich kings of the thousand hills, Lydians" (PDF). Serfed. Turkish Ceramic Federation. İstifadə tarixi: 1 İyul, 2007.
  3. Michel Bessières. "We have to change the buyer's attitude". UNESCO Courrier. 2001-07-23 tarixində bu mənbədən arxivlənmişdir. İstifadə tarixi: 2001-04-01.
  4. Constanze Letsch (25 November 2012). "King Croesus's golden brooch to be returned to Turkey Arxivləşdirilib 2022-09-20 at the Wayback Machine". The Guardian