Kasax bazilikası

Kasax Bazilikası – Qərbi Azərbayanın (indiki Ermənistan) Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvanGümrü şose yolunun üstündə yerləşən qədim türk[1][2] məbədi.

Kasax bazilikası
Սուրբ Խաչ եկեղեցի
Xəritə
40°35′36″ şm. e. 44°21′24″ ş. u.HGYO
Ölkə  Ermənistan
Şəhər Abaran
Yerləşir Araqacotn mərzi
Aidiyyatı EQK
Tikilmə tarixi IV-V əsrlər
Vəziyyəti fəaliyyət göstərir
İstinad nöm.2.2/2.1
KateqoriyaMəbəd
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Kasax bazilikası (Ermənistan)
Kasax bazilikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V yüzilə aid edilsə, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir.

Üçnüfli bazilika şəklində olan məbəd 1947 – 1948-ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir və bu ərazilərin hələ miladdan əvvəlk dövrlərdən türklərin vətəni olması haqqında mənbələrdə çoxlu məlumatlar vardır. Belə ki, mixi yazılı kitabələr, eləcə də antik müəlliflər məhz bu ərazilərin sakini olan sakskifmassaget tayfalarının tez – tez Urartuya yürüşlər etməsindən bəhs edir.[3] Abaran rayonuna ilk ermənilərin gəlişi 1829 – 1830-cu illərə təsadüf edir. Həin vaxt 56 erməni ailəsi Türkiyədən köçürülərək burda məskunlaşdırılmışdır.[4]

  • И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоединения к Российской империи, СПб., 1852, стр.587–590;
  • Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan", В., 1994, səh.20–24.
  1. Ə. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 40 – 41
  2. И. Шопен – Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, ст 587–590
  3. Б. Б. Пиатровский – Урарту (Древнейшее государство Закавкаэъя), Ленинград, 1939, ст 63
  4. Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 20 – 24