Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi.[1]
Abaran | |
---|---|
40°35′46″ şm. e. 44°21′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | II əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.880 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0301 |
Vikianbarda əlaqəli mediafayllar |
Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[3] 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.[4][5]Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir.[6]
Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur.[3]
İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[7], Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[8]
XX əsrin əvvələrinə qədər əhalisi Azərbaycanlılardan ibarət olmuşdur. Ermənilər buraya, əsasən, 1914–1918-ci illərdə Türkiyənin Van, Muş, Alaşkert, Ərzrum və İranın Xoy vilayətlərindən köçürülmüşdür[9]. Burada indi yalnız ermənilər yaşayır.[3]