Kask dili

Kask dilikaskların danışdığı, Hind-Avropa dil ailəsinə aid olmayan ölü dil. Tunc dövründə Anadolunun Pont regionunda danışılırdı.

Dildəki adlara və toponimlərə görə bəzən hatt dili ilə əlaqələndirilir. Kask dilinin abxaz-adıq dilləri ilə əlaqəsi də mümkün variantlar arasındadır. "Kask" adı çərkəzlərin köhnə adı ilə sinonim ola bilər. Kask konfederasiyasına daxil xalqlardan biri olan abesla abxaz və digər Şimali Qafqaz xalqları ilə qohum ola bilər. Buna görə də kaskların çərkəzlərin və digər Qafqaz xalqlarının əcdadları olduğu iddia edilir.[1] Başqa bir nəzəriyyəyə görə, kask dilinin zan dillərindən biridir, lazmeqrel dilləri ilə əlaqəlidir.[2]

  1. George Hewitt, 1998. The Abkhazians, p 49
  2. Singer, Itamar. "Who were the Kaška?" (PDF). Phasis (ingilis). Ivane Javakhishvili Tbilisi State University. 10 (II). 2007: 178. 12 iyun 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 iyun 2022.