Kaxa Bendukidze

Kaxa Bendukidze (gürc. კახა ბენდუქიძე ; 20 aprel 1956[1], Tbilisi13 noyabr 2014[1], London) — Gürcü dövlət xadimi, iş adamı və xeyriyyəçi.[2]

Kaxa Bendukidze
gürc. კახა ბენდუქიძე
Şəxsi məlumatlar
Doğum adı კახა ბენდუქიძე
Doğum tarixi 20 aprel 1956(1956-04-20)[1]
Doğum yeri
Vəfat tarixi 13 noyabr 2014(2014-11-13)[1] (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, sahibkar, iqtisadçı
Elmi fəaliyyəti
Elm sahəsi Molekulyar biologiya
Elmi dərəcəsi
  • biologiya üzrə fəlsəfə doktoru[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaxa Bendukidze 20 aprel 1956-cı ildə Tiflis şəhərində anadan olmuşdur. 1977-ci ildə Tbilisi Dövlət Universitetini və 1980-ci ildə isə Moskva Dövlət Universitetini bitirmişdir. 1981-1985-ci illərdə Puşçino şəhərindəki Mikroorqanizmlərin Biologiyası və Fiziologiyası İnstitutunda işləmişdir. 1985-1988-ci illərdə Biotexnologiya İnstitutunda Molekulyar Genetika laboratoriyasının sədri vəzifəsində çalışmışdır.

Onun tərəfindən 1987-ci ildə elmi tədqiqatlar üçün biokimyəvi maddələr istehsal edən "Bioprocess" adlı müəssənin əsası qoyulmuşdur. Qısa zamanda Rusiyanın iqtisadi müstəqilliyini dəstəkləyən aparıcı şəxslərdən biri kimi məşhurlaşmışdır. Kaxa Bendukidze bu dövrdə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı daxilində vergi və valyuta üzrə işçi qrupuna rəhbərlik etmiş və 13 faizlik sabit vergi dərəcəsinin qəbul edilməsində mühüm rol oynamışdır. Kaxa Bendukidze həmçinin Rusiyada hökümətin iqtisadiyyata müdaxiləsinə qarşı olan şəxslərdən biri idi və bu səbəbdən Rusiya dövlət başçısı Vladimir Putin ilə arasında ziddiyyət yaranmışdı. Bu səbəbdən səhmlərini sataraq Gürcüstana geri dönmüşdür.[3]

Kaxa Bendukidze Gürcüstandakı Qızılgül inqilabından sonra 2004-cü ildə keçmiş prezident Mixeil Saakaşvili və Baş Nazir Zurab Jvaniya tərəfindən Gürcüstanın İqtisadiyyat Naziri təyin edilmişdir.[4] Həmçinin İslahatların Koordinasiyası Naziri (2004 - 2008) və Gürcüstan Hökümətinin Baş Katibi (2008 - 2009) kimi fəaliyyət göstərmişdir.[5]

Onun hökümətə təyinatı və iqtisadiyyat naziri kimi fəaliyyət göstərməsindən sonra Gürcüstan iqtisadiyyatı 2004-2007 tarixlərində illik 9.3 faiz genişlənmiş və xarici investisiyanın miqdarı 4 qat artmışdır.[4] Həmçinin hökumət vergilərin dörd dəfə, patentlərin sayının isə 90% azalmasına və əmək bazarının liberallaşmasına nail olmuşdur. Onun tərəfindən Bilik Fondu, Azad Tiflis UniversitetiGürcüstan Aqrar Universiteti kimi təhsil qurumları yaradılmışdır.[3]

2014-cü ildə Rusiya-Ukrayna müharibəsi dövründə yeni Ukrayna hökümətinin qurulmasına dəstək vermişdir.[3] Həmin ilin noyabr ayının 13-də, 58 yaşında vəfat etmişdir.[6]

  1. 1 2 3 4 Kacha Bendukidse // Munzinger Personen (alm.).
  2. "The Man Who Remade Georgia". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.
  3. 1 2 3 Herszenhorn, David M. "Kakha Bendukidze Dies at 58; Pushed Post-Soviet Market Change". nytimes.com. 29 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2014.
  4. 1 2 "Famous Reformist Kakha Bendukidze Dies at 58". tabula.ge. Tabula. 2014-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.
  5. Obituaries. "Godfather of Georgia's reforms dies at 58". washingtonpost.com/. The Washington Post. 17 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 November 2014.
  6. "Kakha Bendukidze must be buried in the Pantheon, says Saakashvili". news.rin.ru. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]