Keştasf nahiyəsi

Keştasf (Güştəsf) nahiyəsi-Səfəvilər dövləti dönəmində Qarabağın bir bölgəsi idi.

Hazırkı Laçın rayonunun bir hissəsi bu bölgəni əhatə edir. Xanlıq dönəmində bu nahiyə Qaraçorlu mahalının tərkibinə daxil oldu. Adının açımı keşti asp-at seyrangahı anlamındadır. Saxtakar erməni müəllifləri həmişə Qarabağın iki tarixi bölgəsi Keştasf və Keştəyi dəyişik salıb, ikisini də Keşatağ şəklində göstərirlər. Bu bölgənin yer-yurdunu, yiyələrini aydınlatmaq qərarına gəldik. Keştasf bölgəsi yerli Qarabağ ləhcəsində Keştaz adlanırdı. Bu yörə qədim mənbələrdə Quştasfi (At əti) biçimində də hallanır. 1593-cü ildə Osmanlı dövləti Keştasf nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb.

  • Baldadı
  • Miri məzrəsi
  • Hacılar
  • Qorçu
  • Uzun Hacı
  • Məhav
  • Ceyk
  • Nevşəhri
  • Şirənho/Şirənohur
  • Oğuzaberd
  • İmirli
  • Yenicə
  • Hortagird
  • Çəpni
  • Pul/Körpükəndi
  • Kəlibərd
  • Dərətüm
  • Şəbəki
  • Bəridli
  • Şeyxabad
  • Obadaş
  • Babalı
  • Köhnək
  • Əngücək
  • Ağcaqışlaq
  • Xətək
  • Əsətkəndi
  • Pənçlər
  • Salır Andazor
  • Şeyx Izzəddin
  • Ağabad Parqa məzrəsi
  • Əmir qışlağı
  • Qaraxan
  • Səfiyan
  • Quşçu
  • Alpatay
  • Kasos/Katos
  • Dəndvay
  • Allahverənli
  • Bəyobası
  • Açqız
  • Bəyəxan

Bu siyahıda erməni dilinin vasitəsilə çözüləcək bir yurd yeri yoxdur. Keştasfda oğuz tayfalarından çəpnilər, salurlar, eymirlilər, qıpçaq tayfalarından quşçular yaşayırdılar. Elxanlılar dönəmində Məhəmməd bəy Quşçunun Qarabağ hakimi olduğunu bilirik. XVIII yüzilin önündə Quşçu kəndindən İmamverdi bəy Allahverdi bəy oğlu öz qandaşlarından xeyli mülk almışdı. 1704-cü ilə aid bir qəbalədə (alqı-satqı sənədi) yazılır: "Sonra Qəzənfər, Məhəmmədyar və Əli xan Əli xan Keştasflının oğulları və Vəli, Həzrətqulu Mirzə oğulları, Gülağa adlı qadın, Əliyarın qızı, Əli xanın oğlu qanuni satışda öz 2 yarım dəng qanuni paylarını, mülklərini, 6 dənglik dördyanı hasarlı əmlaklarını Quşçu kəndinə, Allahverdi bəy Keştasflının oğlu İmamverdi bəyə 6 Təbriz tüməninə satdılar". Erməni müəllifləri yazırlar ki, XVIII yüzilin sonunda köçəri türklər qədim erməni torpağı Keştasfa yerləşdilər.

1727-ci ildə Keştasf nahiyəsi Osmanlı dövləti tərəfindən siyahıya alındı. Əhali yurdlarını tərk etdiyindən aşağıdakı kəndlər boş qalmışdı.

Əlifdar
Hacılar
Şeyxəhmədli
Qarıqışlaq
Kərdivan
Muğlabəy (Malıbəy)
Yük/Bük
Sos/Sus məzrəsi.
Şeyx Kosalı

Bölgənin qədim kəndlərindən olan Quşçu XIX yüzildə kənd Quşçular adlanırdı. Bu kənddə Qaraçorlu elinin Gəloxçu camaatı məskunlaşmışdı. Məmmədxan sultanın oğlu Hətəmxan bəy (1840–?), nəvələri II Məmmədxan bəy (1859–?), Əhməd bəy (1860–?) kənddə xeyli torpaq sahəsinə sahib idilər. Hüseynəli sultanın oğlanları Təhməzqulu bəyin (1830–?), Süleyman bəyin (1833–?), Hüseynqulu bəyin (1845–?), Abbasqulu bəyin (1846–?) torpaqlarının bəhrəsini on erməni kəndinin biçinçiləri toplaya bilmirdilər. Məhəmməd bəyin oğlanları Cəbrayıl bəyin (1819–?) və İsmayıl bəyin (1829–?) xırmanını ac ermənilər xır vurub sovururdular. Hansını sayaq? Birdi, beşdi?.. O zamanlar ermənilərin beş qarış torpaqları yoxudu ki, dədələrini dəfn edələr. Saxtakarlıq nəyə lazımdır ki? Gap-gələci sözlərlə plov bişməz ki. Sizin sözlər tarixdə əks olunmur. Erkən çağa aid olan məbədlər albanların, orta çağa bağlı olanlarsa türklərə bağlıdır. Hanı sizinki?

Keştasfın qədim kəndlərindən biri Malıbəydir. Malıbəy kəndində aşkarlanmış üç at heykəlli qəbir daşında (XVI–XVII əsrlər) və başqa bir kənddə (XIV əsr) at heykəlli abidənin bud tərəfində həkk olunan üç horizontal və bir vertikal xətt çox maraqlıdır. Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən Cənubi Qafqazda Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış qədim türk tayfalarının məskunlaşmasını müəyyən etmək olar. Laçın rayonunun Malıbəy, Güləbird kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın təsvirləri var. Məlumdur ki, qədim türk xalqlarının tanrısı Humay quşu idi və bunun abidələrin üzərində təsvir olunması, güman ki, abidələri dağılmaqdan qoruma məqsədi daşıyırdı. Laçının Ağoğlan məbədinə gedən yolun sağında XVI əsrin at heykəlli və sənduqə formalı qəbir daşları var idi.

Malıbəy kəndinin yiyələri Püsyan elinin bəyləri idi. Bu bəylərdən biri Həsən bəy II İbrahim sultan oğlu 1777-ci ildə Püsyan elinin Sultanlı oymağında dünyaya pənah gətirmişdi. Molla yanında oxumuşdu. Atasından sonra sultan ünvanı ilə oymaqlarına başçılıq etmişdi. Həsən sultan böyük mülkədar idi. Onun Zəngəzur ərazisində xeyli mülkü vardı. Ona bu mülk atasından qalmışdı. Atası İbrahim sultan Xanəmir sultan oğlu bu mülkü İbrahimxəlil xan Sarıcalı-Cavanşirdən almışdı. Sonra bu mülkü oğlanları arasında böldü. Həsən sultanın Nəsir bəy, İskəndər bəy, Abdin bəy, Nəcəf bəy, Mehdi bəy, Əsəd bəy, Atakişi bəy adlı oğlanları vardı. Malıbəyli kəndi Atakişi bəyə düşdü. Atakişi bəy Qarabağ atlı alayında naib kimi xidmət etmişdi. Praporşik rütbəsi almışdı. Onun törəməsi sovet dönəminədək Malıbəy kəndinə yiyəlik etdilər.

XIX yüzilin sonlarında Malıbəy kəndində İsa bəyin, Ağalar bəyin, Musa bəyin, Abbas bəyin, Tanrıverdi bəyin, Fərəc bəyin, Xələf bəyin torpağı vardı. Kəndin verimli torpaqlarının bir hissəsi Bəylər bəyin, Mütəllib bəyin, Hüseyn bəyin, Xanlar bəyin idi. Qədim Hacılar kəndini əhalisi aran Qarabağa köçmüşdü. XVIII yüzilin ortasında bu yurdda Gəloxçu camaatının bir qolu binələdi. Bu camaatın bir tirəsi qədim Qarıqışlaq kəndinin ərazisində buta bağlamışdı.

Əsgi Keştasf bölgəsinin Qorçu kəndinə Qaraçanlı (Qaraçənli) tayfası yerləşmişdi. Oranın qədim türk əhalisi I Şah Abbasın köçürmə siyasətinə məruz qalmışdı. Bəzi mənbələrə görə Şəbəki kəndinin əhalisi I Şah Təhmasib Səfəvinin (1524–1576) hakimiyyəti illərində İraqi-Ərəbin Kərkük yörəsinə köçüb.

XVIII yüzilin ikinci yarısında Keştasf nahiyəsindən bir oba qopub, Cavanşir mahalında butalandı. Həmin oba gəldiyi nahiyənin adı ilə Keştazlı adlandı. Keştazlı obasından bir neçə ailə Şuşa şəhərində yerləşdi. Onların kompakt halda yaşadıqları yer XIX yüzilin ikinci yarısınadək Keştazlı, Saatlı, Köçərili adlanırdı. Sonra bu məhəllə başqalarına qarışdı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]