Qaraqaya nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri.
Qarabağ bəylərbəyliyinin Xılxına qəzasına bağlı idi. Mərkəzi Göyərçin kəndi olub, 26 yaşayış məskənini və 5 məzrəni birləşdirirdi.[1]
Qaraqaya nahiyəsinin əsas əhalisi qaraqoyunlular idi.[2]