Kempeytay (yap. 憲兵隊) - 1881-1945-ci illər dövründə Yaponiya İmperator ordusunun hərbi polisi. İngilis üslubunda və fransız jandarmeriyası nümunəsində təşkil olunmuş silahlı qüvvələr polisidir. Kempeytay əməkdaşları "kempey" adlandırılırdı.[1].
Kempeytay 1881-ci il 4 yanvar tarixində general Yasumasa Fukusimanın təşəbbüsü ilə "Kempey haqda qətnamə" (憲兵条例) adlı dekretə əsasən yaradılmışdır. Kempeytay fransız jandarmeriyası nümunəsində yaradılmışdır. Hərbi, məhkəmə və polis funksiyaları 1898-ci ildə qəbul edilən "Kempey Rey" adlı qanunda müəyyən olunmuş və möhkəmləmdirilmişdir.[2] Bu qanun 1945-ci il avqust tarixinə, Yaponiyanın İkinci Dünya müharibəsi zamanı məğlubiyyətinə qədər 26 dəfə dəyişikliyə uğramış və nəticədə kempeytay hissələri ləğv olunmuşdur.
İlk əvvəl yaranarkən 349 əməkdaşdan ibarət olan bu dəstə hərbi mükəlləfiyyət haqda yeni qanunun həyata keçirilməsi və narazı kəndli ailələrinin müqavimətinin boğulması ilə məşğul olurdu. Kempeytay əməkdaşlarının vəzifələrinə həmçinin polis funksiyaları da aid idi. Belə ki onlar daxili intizamın qorunub saxlanmasına nəzarət edir və Yaponiyanın Donanma Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin qarşılıqlı fəaliyyətlərinə cavabdeh idilər. Əməkdaşların bir hissəsi hərbi polis vahidləri bölgüsünə cavabdeh idi, həmçinin təhlükəsizlik və kəşfiyyatın aparılması ilə məşğul olurdu. Yaponiyanın İmperator donanmasında isə kempeytaynın analoqu sayılan donanma xüsusi xidmət orqanı olan tokkeytay mövcud idi. Tokkeytayın qarşısında duran mühüm məsələlərdən biri donanma üzərində kempeytay nəzarətinin qurulmasının qarşısının alınması idi. Bu səbəbdən iki xüsusi xidmət orqanı arasında rəqabət və mübarizə vardı. Onlar da kempeytay kimi qəddarlığı ilə seçilirdi. Tokkeytay tərəfindən törədilən məşhur hərbi cinayət Borneo adasında törədilmişdir.[3]
1907-ci ildə kempeytay əməkdaşları Koreyada yerləşdirilmişdir.[4] Onların hüquqi olaraq müəyyən edilmiş başlıca vəzifəsi yapon ordusunda "dincliyin saxlanması" idi. Həmçinin bu xidmət orqanı yapon ordu hissələri üçün hərbi polis rolunu yerinə yetirirdilər. Bu vəzifə 1910-cu ildə Koreyanın Yaponiyanın tərkibinə daxil edilməsindən sonra da həyata keçirilmişdi.
Kempeytay məmurlar Yaponiyada Daxili işlər Nazirliyinin, işğal olunmuş ərazilərdə isə Hərbi Nazirliyin rəhbərliyi altında ictimai asayişin qorunmasını həyata keçirirdilər. Yaponiyada həmçinin Tokko adlanan gizli polis bölmələri vardı. Daxili İşlər Nazirliyinin tərkibində daxil olan Tokko, Tokubetsu Koto Keisatsu ("Xüsusi Ali polis") sözünün akronimi idi. Bununla belə Kempeytaynın özünün Tokko adlanan və gizli polis funksiyasını yerinə yetirən bölməsi də vardı.
1935-1937-ci illərdə Mancuriyada Yaponiya ordusunda Kempeytay dəstələrinin başçısı , sonradan İkinci dünya müharibəsində Yaponiyanın baş naziri olmuş Hideki Tojonun dövründə bu xüsusi xidmət orqanı hər kəsin müharibəyə loyal münasibət bəsləməsi üçün göstərdiyi qəddarlıqla yadda qalmışdır.
Kempeytay 1945-ci ilin avqustunda Yaponiyanın kapitulyasiyasından sonra ləğv olunmuşdur.
Hal-hazırda Yaponiyada daxili özünümüdafiə polis qüvvələri Keimutai adlanır. Onların əməkdaşları isə Keimukan adlanır.
Kempeytaynın hər ərazidə müvafiq olaraq baş qərargahı vardı. Bu qərargahlara icraçı direktor qismində olan Taisa (polkovnik) ilə birlikdə Şoşo (General mayor) rəhbərlik edirdi. Bu qərargahlar Çusa (Polkovnik leytenant) və icraçı direktor qismində olan Şosanın (Mayor) rəhbərik etdiyi iki və üç yerli idarədən ibarət olurdu. Bu idarələrin hər birinin tərkibinə təqribən 375 əməkdaş daxil idi.
Öz növbəsində yerli idarələr 65 nəfərlik "buntai" adlanan seksiyalara bölünürdü. Bunların hər biri Tai-i (kapitan) və icraçı direktor qismində olan Çu-i (baş leytenant) tərəfindən idarə olunurdu. Buntailər də öz növbəsində bunkentai adlanan dəstələrə bölünürdü. Onlara isə Şo-i və Cunşikan (gizir) rəhbərlik edirdi və onlar 20 nəfərlik dəstəyə başçılıq edirdilər.
1937-ci ildə aparılan siyahıda Kempetayda 315 zabit və 6000 sıravi işçi vardı. Müttəfiqlərin hesablamalarına əsasən, İkinci dünya müharibəsinin sonunda Kempeytayda 7500-dən gizli əməkdaşı vardı.[5] Bu rəqəm çox yüksək də ola bilər.
Kempeytay məmurları aşağıdakılara cavab verməlidir:
Kempeytay əməkdaşları gah müntəzəm ordu M1938-in standart formasını, gah da qara dəri çəkmələrlə müşayət olunan süvari ordusunun uniformasını geyinirdi. Həmçinin, onlara mülki geyimdən də istifadə etməyə icazə verilirdi. Lakin mütləq şəkildə pencəyin yaxasında və ya jaketin büküyünün altında imperiya payızgülüsü qismində fərqləndirici nişan daşınmalı idi.
Forma geyindirilmiş şəxsi heyət uniformada həmçinin qara şevron və ken (憲, qanun) və hei (兵, əsgər) fərqrləndirici heroqliflərin yazıldığı qolan taxılan ağ sarğı olmalı idi.
Tam parad uniformasına qırmızı rəngli papaq, qızılı və qırmızı rəngli kəmər, tünd-göy rəngli tunika və qara işləmələri olan şalvar daxil idi. Fərqlənmə nişanları qızılı avstriya düyünlərini və epoletləri özündə birləşdirirdi.
Zabitlər kavaler qılıncları, Nambu markalı tapançalarlar (əsasən, Nambu 14, Nambu 94 modelləri idi), tapança pulemyotlarla (Type 100) və Arisaka Type 38 tüfənglərilə silahlanmışdır. Kiçik zabitlər isə bunlarla yanaşı Şinai adlanan bambuk qılınclarla silahlanırdı. Bu qılınclar məhbusları döyməkdən daha rahat idi.