Kiçikçəkməcə gölü (türk. Küçükçekmece Gölü) ― Türkiyənin şimal-qərbində, İstanbul ilinin Avropa hissəsindəki Kiçikçəkməcə, Əsənyurd və Avcılar ilçələri arasında yerləşən laqun.
Kiçikçəkməcə gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 0 m |
Eni | 6 km |
Uzunluğu |
|
Sahəsi |
|
Yerləşməsi | |
41°00′20″ şm. e. 28°44′49″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İstanbul şəhər mərkəzinin 15 kilometr (9.3 mil) qərbində yerləşən göl Mərmərə dənizindən qum barı vasitəsi ilə ayrılmış dayaz su hövzəsi olaraq yaranmışdır. Şərqdəki dar bir kanal bu qum sahəsini kəsir və göldəki artıq suyun Mərmərə dənizinə boşaldılması üçün çıxış yaradır. Bununla birlikdə dənizin təlatümlü olduğu və ya quraqlıq səbəbindən gölün suyunun səviyyəsinin çox aşağı düşdüyü hallarda dəniz suyu gölə nüfuz edə və bu da gölün duzlu olmasına səbəb ola bilir. Göl şimaldan Nakkaş, Sazlıdere və Eşkinoz çayları ilə qidalanır. Gölün şimaldan cənuba uzunluğu 10 kilometr (6.2 mil), maksimum eni isə 6 kilometr (3.7 mil)-dir. Kiçikçəkməcə gölünün səthi 16 kvadrat kilometr maksimum dərinliyi isə 20 metr (66 ft)-dir.[1][2]
Göl ətrafındakı ərazidə son on ildə baş verən sürətli şəhərsalma və sənayeləşmə fəaliyyətləri səbəbindən əhəmiyyətli dərəcədə çirklənmişdir. Bu səbəbdən gölün guyu hazırda təhlükəsiz içməli su standartlarına uyğun deyil.[2]
Göl hövzəsində müşahidə olunan heyvanlara kiçik qarabatdaq (Microcarbo pygmeus), böyük qarabatdaq ( Phalacrocorax carbo ) və A4iii qrup su quşları daxildir.[2]
Göl hövzəsində təxminən 1600 il yaşı olduğu təxmin edilən Batoneya qədim yaşayış yeri tapılmışdır.[3] Göldən və ətrafından çıxarılan bu cür arxeoloji tapıntılar İstanbulun tarixi xronologiyasına işıq tutur.[4]
Tapıntılara erkən əkinçilik fəaliyyətini göstərən daş alətlər, neolit və dəmir (e.ə. 8000 - 1000) dövrlərinə aid saxsı qablar, yunan dövrünə aid amfora parçaları (e.ə. IV əsr), göl sahilindəki divar qalıqları, sütun kapitelləri və Roma dövrünə aid əsərlər daxildir.[5] Göldə və göl sahilində gəmi lövbərləri də tapılmışdır. 2011-ci ildə ərazidə 14 metr (46 ft) genişliyində və 7 metr (23 ft) dərinliyində sistern aşkarlandı. Sistern İmperator Konstantin və dövrün məşhur din xadimlərinin imzalarını daşıyan kərpic ilə inşa edilmişdir. 2012-ci ildə burada iki yeraltı su tuneli tapılmış və speleloqlar tərəfindən araşdırılmışdır. Bu tunellər qismən Roma dövründə və Son Roma dövründə tikilmişdir. Su tunellərindən biri sisternlə birləşdirilsə də, digəri bu gün də istifadə olunan bulaqa aparır. Qədim yaşayış yerindəki bir mayak, liman və körpü kimi bir quruluşlar ərazidə bir vaxtlar liman şəhərinin mövcud olduğunu ortaya qoyur.
2007 və 2009-cu illər arasında aparılan qazıntı və araşdırmaların nəticələrinə görə Batoneya genişmiqyaslı zəlzələ nəticəsində məhv olmuş və daha sonra tərk edilmişdir.[6][7]
Batoneyadakı 70 tarixi qəbirdən birindən çıxarılan insan kəllə sümüyünün antropoloji araşdırması min illər əvvəl beyin əməliyyatına cəhd edildiyini ortaya çıxarmışdır.[8][9]
2012-ci ildən bu yana Kiçikçəkməcə bələdiyyəsi universitet tələbələri üçün hər il su idmanı festivalı olan "Uniçek" keçirir.[10]