Kiçik Macarıstan düzənliyi və ya Kiçik Alföld (mac. Kisalföld, slovak. Malá dunajská kotlina, alm. Kleine Ungarische Tiefebene) — Şimal-qərbi Macarıstanın 8000 km-liyində, Slovakiyanın cənub-qərbində və Avstriyanın şərqində yerləşir. Macarıstanın əksər hissəsini əhatə edən Ortadunay düzənliyinin bir hissəsidir.
Kişalföld | |
---|---|
mac. Kisalföld, slovak. Malá dunajská kotlina, alm. Kleine Ungarische Tiefebene | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 100–150 m |
Sahəsi | 8000 km² |
Yerləşməsi | |
47°45′ şm. e. 17°20′ ş. u.HGYO | |
Ölkələr | |
|
Şimaldan Karpat dağları, cənubdan Bakon-Verteş təpələri, şərqdən Qereçşe təpələri və qərbdən isə Alp dağlarının yamacları ilə əhatə olunur.[1]
Daş dövründən başlayaraq düzənlik əhəmiyyətli kənd təsərrüfatı sahəsi olmuşdur. Cənub hissəsi 1–5-ci əsrlər arası Romanın Pannoniya əyalətinin bir hissəsi olmuşdur. Daha sonra isə burada almanlar və slovaklar məskunlaşmışdılar. 900-cü ildən sonra isə macarlar burada məskunlaşmağa başladılar. 1000-ci ildən sonra region Macarıstan Krallığının tərkibinə daxil edildi. Birinci Dünya müharibəsindən sonra Kiçik Alföld Macarıstan, Çexoslovakiya və Avstriya arasında bölündü. 1990-cı illərdə Slovakiya Qabçikovoda böyük bir zavod inşa elədi.