Kiran hamamı

Kiran hamamıKiran şəhər yerində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış dünya əhəmiyyətli[1] tarix-memarlıq abidəsi.

Kiran hamamı
Ölkə  Azərbaycan
Status dünya əhəmiyyətli arxeoloji abidə
Şəhər Ordubad
Yerləşir Kələntər Dizə
Vəziyyəti xarabalıqları qalır
İstinad nöm.52
Kateqoriyahamam
ƏhəmiyyətiDünya əhəmiyyətli

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Kiran hamamı şəhristanın ikinci və üçüncü məhəllələrini ayıran geniş yarğanda – Kiran karvansarayından 30-40 metr şərqdə yerləşir.[2] Hamamın birinci mərtəbəsi daşdan, ikinci mərtəbəsi isə çiy kərpicdən inşa edilmişdir.[2] Hamamın cənub-şərq tərəfində kiçik kəhriz yerləşir, şərqdən isə binaya çiy kərpicdən inşa edilmiş yarım-yeraltı kiçik bina birləşir. Həmin binanın otaqlarından birində üzəri naxışla bəzədilmiş nəhəng daş su çəni vardır.[2]

Hamamın dördbucaqlı formaya malik mərkəzi zalı və su hövzəsindən hamama keçid hissələri xüsusilə yaxşı müşahidə edilir. Mərkəzi zalın divarları 11-14 görgü sırası – təxminən 1.8-2 metr hündürlüyündə saxlanmışdır.İbrahimov48 Divarların qalınlığı 1 metrə bərabərdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". e-qanun.az. 2 avqust 2001-ci il. 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2019.
  2. 1 2 3 Ибрагимов, 2000. səh. 30
  3. Ибрагимов, 2000. səh. 48

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.