Kiran sarayı — Kiran şəhərinin içqalasında yerləşən dünya əhəmiyyətli[1] tarix-memarlıq abidəsi.
Kiran sarayı | |
---|---|
Ölkə | Azərbaycan |
Status | dünya əhəmiyyətli arxeoloji abidə |
Şəhər | Ordubad |
Yerləşir | Kələntər Dizə |
Vəziyyəti | xarabalıqları qalır |
İstinad nöm. | 52 |
Kateqoriya | Saray |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Saray, Kiranın ikinci məhəlləsinin cənub hissəsində yerləşir.[2] Saray binasının divarları nəhəng ölçülü qaya parçalarından tikilmişdir.[2] Düzbucaqlı formaya malik olan həmin daş bloklar 2 metr uzunluğa və 0.5 metr enə malikdir. Saray divarlarının 6 sırası dövrümüzə çatmışdır ki, tədqiqatçı B. İbrahimov saxlanılmış hissənin iri tikilinin yalnız kürsüsü olduğunu qeyd edir.[2]
Saray binası düzbucaqlı formaya malikdir.[2] Cənub tərəfi istisna olmaqla, digər tərəflərdən saray binasına müxtəlif kiçik tikililər də birləşir. Saray binasına kürsünün tikilməsində istifadə edilmiş geniş daşlardan hörülmüş iri pilləkən aparır.[2]
B. İbrahimov ehtimal edir ki, saray tikilisinin ətrafındakı zirzəmili tikililər xidmətçilərin yaşaması və təsərrüfat xarakterli işlər üçün nəzərdə tutulmuşdur.[2] Arxeoloji qazıntılar zamanı həmin otaqlardan çoxlu sayda mətbəx və təsərrüfat əşyalarının aşkara çıxarılması da tədqiqatçıların ehtimallarını təsdiqləmişdir.[2]