Kiran

Kiran, Gilan və ya GiranOrdubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, AtropatenaQafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir.

Kiran
Kiran qalasının bürclərindən biri
Kiran qalasının bürclərindən biri
Xəritə
38°56′19″ şm. e. 45°50′54″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Status Dünya əhəmiyyətli arxeoloji abidə
Şəhər Ordubad
Yerləşir Kələntər Dizə
Əsas tarixlər IV əsr - Böyük Ermənistan kralı II Arşak Sasaniləri məğlub edərək Kiranı ələ keçirir və Təbrizə qədər irəliləyir.
VII əsrin ortaları - Kiran şəhəri Həbibə ibn Məsləmənin sərkərdələrindən olan Salman ibn Rəbiə başçılıq etdiyi ərəb ordusu tərəfindən ələ keçirilir.
738-739 - Mərvəya ibn Məhəmməd ibn Mərvan ərəblərə qarşı üsyan qaldırmış Kiran əhalisi ilə sülh müqaviləsi bağlayır.
X əsrin sonları - Mərkəzi Kiran olan Qoxtn əmiri Əbu-Düləf Naxçıvanşahlıq dövlətinin əsasını qoyur.
XI əsr - Toğrul bəyin rəhbərlik etdiyi Səlcuqlu ordusu Kiran və Naxçıvanı ələ keçirir.
XII əsr - Kiran şəhəri Azərbaycan Atabəylərinin hakimiyyəti altına keçir.
1221 - Monqollar Naxçıvan və Kiranı tutaraq dağıdır.
1225 - Xarəzmşah Cəlaləddin Naxçıvan və Kiran şəhərlərini ələ keçirir.
XIV əsr - Kiran şəhərinin yerləşdiyi ərazi mənbələrdə Azadciran adlandırılmağa başlayır.
Tikilmə tarixi e.ə. IX-VI əsrlər
Kəşf tarixi 1896, Karl Dumberq
Vəziyyəti xarabalıqları qalır, tədqiqat, bərpa və konservasiya işləri görülməlidi
İstinad nöm.52
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiDünya əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir.

Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır. Bu qazıntılar zamanı abidə ərazisində bir neçə məzar açılaraq öyrənilir, Xarabagilan və ətraf ərazilərin qısa təsviri verilir. 1927-ci ildə Azərbaycan Arxeologiya Komitəsinin verdiyi mandat əsasında Xarabagilan ərazisində S. V. Ter-Avetisyanın rəhbərliyi Qafqaz Tarix-Arxeologiya Komitəsinin ekspedisiyası qazıntılara başlamışdır. Xarabagilan yaşayış yerinin sistematik arxeoloji tədqiqinə 1976-cı ildə Naxçıvan arxeoloji ekspedisiyasının V. Q. Əliyevin rəhbərlik etdiyi Xarabagilan dəstəsi tərəfindən başlanılmışdır. Qazıntılar nəticəsində Kiran karvansarası aşkar edilmiş və onun şimal tərəfi təmizlənmişdir. 1980-ci ildə AMEA Tarix İnstitutu tərəfindən təşkil edilmiş və Q. M. Aslanovun rəhbərlik etdiyi Xarabagilan ekspedisiyası şəhər ərazisində qazıntılara başlamışdır. Ekspedisiya üzvləri Xarabagilanın şəhər mərkəzində və yaxınlıqdakı Muncuqlutəpə nekropolunda qazıntılar aparmışdır. Ümumilikdə orta əsr şəhəri ərazisində 5000 m2 ərazidə qazıntı aparılmışdır.

Xarabagilan abidəsinin arxeoloji tədqiqi zamanı aşkara çıxarılmış artefaktlar arasında keramika məhsulları növ və keyfiyyət zənginliyi ilə diqqəti cəlb edir. S. V. Ter-Avetisyanın tədqiqatları zamanı əldə edilmiş 50-yə yaxın keramika nümunəsi hazırda Gürcüstan Milli Muzeyinin, V. M. Sısoyevin tədqiqatları zamanı əldə edilmiş 200-dən çox keramika nümunəsi Azərbaycan Tarix Muzeyində, sonrakı dövrdə Xarabagilanda araşdırmalar zamanı tapılmış keramika nümunələri isə Naxçıvan Tarix Muzeyində saxlanılır. Xarabagilan qazıntıları zamanı şəhristanın VI məhəlləsindən aşkarlanmış üstü arami yazılı bir qulplu saxsı kuzə şəhərin mədəni həyatının öyrənilməsi üçün böyük əhəmiyyət təşkil edir.

Orta əsr Azərbaycan alimləri Hinduşah NaxçıvaniMəhəmməd Naxçıvani bu şəhərdə doğulmuş, böyümüş və yaşamışlar.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Xarabagilan arxeoloji abidəsi Naxçıvan MR Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşir. Təbii-coğrafi baxımdan Ordubad rayonunun bu hissəsi Kiçik Qafqazın Zəngəzur silsiləsinin ətəkləri olan kiçik düzənkdən ibarətdir. Ərazinin sol tərəfindən Araz çayı, sağ tərəfdən isə Cənubi Azərbaycanda yerləşən Qaradağ silsiləsi ilə əhatə olunur.[1]

Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük ErmənistanQafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Nekropolda tədqiqatlar zamanı çoxlu sayda serdolik munqular, tunc və dəmir əmək alətləri, hürri möhürü, üzərində Əhəməni satrapının təsviri olan lövhə, xəncər, ox ucluqları, o cümlədən çoxlu sayda keramika və sümük qalıqları aşkarlanmışdır.[2]

Xarabagilanın məhz Muncuqlutəpə yaxınlığında yerləşən hissəsində ən qədim yaşayış yeri öyrənilmişdir. Xalıkeşan çayının sol tərəfində yerləşən bu ərazidə antik dövrə aid zoomorf qab qalıqları və sikkələr aşkarlanmışdır. Bu ərazidə yaşayışın uzun müddət davam etməsini aşkarlanmış sikkələrin böyük xronoloji diapazona malik olması da sübut edir. Belə ki, Xarabagilan ərazisindən Atropatena Arşakilərinin gümüş dirhəmi, qızıl Roma sikkələri, çoxlu sayda Sasani sikkələri, qızıl AbbasiSamani sikkələri, müxtəlif Bizans sikkələri, Eldənizlər, ŞirvanşahlarHülakülər adından kəsilmiş çoxlu sayda mis sikkələr aşkar edilmişdir.[3]

Xarabagilan şəhərgahı Araz, GilançayDüylünçay arasında qalan yüksək ovraq ərazidə yerləşir. Araz sahillərindən başlayaraq Zəngəzur silsiləsinə doğru yer tədricən yüksəlir və şimalda təpəli yüksəkliklərlə başa çatır. Qədim Kiran şəhərinin qalıqları olan Xarabagilan abidəsi də həmin təpəkərdən yeddisinin zirvəsində yerləşir.[3] Mərkəzində Xarabagilan abidəsi yerləşən həmin ərazi Dəstə gölündən (Ordubad rayonu) Darıdağa kimi (Culfa rayonu) spesifik coğrafi quruluşu ilə fərqlənir. Dördüncü geoloji mərhələdə Zəngəzur silsiləsindən gələn böyük lava axını Araz sahillərinə çataraq quruduqdan sonra qalın daş qatı əmələ gətirmişdir.[4] Həmin daşlar təbii cilalanmış kimi görünməklə müxtəlif qalınlığa malikdirlər. Bu təbii şərait və yaxınlıqda bol suyun olması Kiran şəhərinin inkişafı üçün mükəmməl şərait yaratmışdır. Xarabagilan tikililərinin 90% -nin inşası zamanı vulkanik mənşəli daşlardan istifadə edilmişdir.[5]

Xarabagilan toponiminə heç bir orta əsr mənbəsində rast gəlinmir.[6] B. İbrahimov Xarabagilan toponiminin təsviri xarakter daşıdığını və şəhərin tərk edilməsindən sonra ətraf ərazilərin əhalisi tərəfindən əraziyə verilmiş ad olduğunu bildirir.[6] M. A. Seyfəddini hesab edir ki, Xarabagilan şəhər yerində olmuş tarixi şəhərin əsl adı Kirandır. O, yazır: "Ola bilsin ki, Kiran – qədim şəhərdir. Teymurun oğlu Miranşahın dövründə Azərbaycanda çoxlu sayda şəhərlər dağıdılmışdır. Ehtimal ki, Kiran da dağıdılmış şəhərlərdən biri olmuşdur."[7]

Orta əsr Naxçıvan əlyazmalarını tədqiq etmiş K. N. Smirnov yazır: "Kellayi, Kelayi, Kəlləbi, Kələbi, Kellani, Gelani kimi soyadlara gəlincə, ola bilsin ki, bu söz Gilani sözündən törəmişdir. Çünki ərazidə Gilançay və Xaraba Gilan yaşayış yerinin xarabalıqları vardır."[8] Naxçıvan şəhərinin tarixini tədqiq etmiş R. Məmmədov da K. N. Smirnovun qənaətini dəstəkləyərək yuxarıda qeyd edilmiş soyadların daşıyıcısı olan şəxslərin Gilan/Kiran şəhərindən çıxdıqlarını göstərir.[9]

Bəzi mənbələrdə şəhərin adı Gilan kimi də qeyd olunur.[10] Əl-Müqəddəsi yazır ki, "Tamamilə bağlıq ərazi olan Muğan və Təbriz İslam dünyasının fəxridir. Onlar Ərdəbil və Gilan arasında yerləşirlər."[11] B. İbrahimov qeyd edir ki, "Ərdəbil, Muğan və Gilan (Xəzəryanı) qonşu əyalətlər olsalar da, Təbriz Xarabagilana, Ərdəbil və Muğandan daha yaxındır. Təbrizdən Xarabagilana 130 km, Ərdəbil və Muğana isə iki dəfə uzaqdır. Həmçinin hansı yolu istifadə etmənizdən asılı olmayaraq Təbriz, heç bir halda Ərdəbil və Gilan (Xəzəryanı) arasında yerləşmir. Burdan belənəticə çıxarmaq olar ki, bu mənbədə Əl-Müqəddəsinin bəhs etdiyi Gilan (mənbədə Cilan) Kiran şəhəridir."[12] Əl-Yəqubi özünün "Tarix"ində yazır: "123-cü ildə (741–742) Mərvan ibn Məhəmməd Ərməniyyə ölkəsində yerləşən Cilan və Muğana yürüş etdi."[13]

XVI əsrin II yarısında Səfəvi-Osmanlı müharibələrindən bəhs edən İ. Şopen tez-tez Araz çayı sahilində yerləşən Gilanı xatırlayaraq yazır: "Türklər Persiya sərhəddində toplanmağa başladılar (1589). Öz tərəfindən Şah Abbas da bütün güclərini Araz sahilində cəmləşdirərək Gilanı ələ keçirməkdə onları qabaqladı və tezliklə yürüş hərəkatına başladı."[14]

Coğrafi ad kimi "Gilan" sözü Yaxın Şərqin müxtəlif yerlərində qarşıya çıxır. Məsələn, İranda Gilan və Qərbi Gilan toponimləri, Azərbaycanda Xarabagilan, Gilançay, Zəngilan toponimləri vardır.[15] B. İbrahimov şəhərin adını Gilan əyalətindən gellərin (giləklər) bu əraziyə köçürülməsi ilə əlaqələndirir. Layzan haqqında bəhs edən V. F. Minorski Xəzərsahili ərazidə yaşamış gilanlıların (gellərin) Yaxın Şərqin müxtəlif ərazilərinə, o cümlədən Azərbaycana köçürülməsini təsvir edərək yazır ki, "…Deyləmdən (Gilanın dağlıq hissəsi) çıxan dəstələr öz sərkərdələrinin rəhbərliyi ilə yalnız mərkəzi və cənubi İranı deyil, həmçinin Xilafətin paytaxtı Bağdad da daxil olmaqla, Mesopotomiyanın bir hissəsini də ələ keçirdilər. Qafqazın Cənub hissələrində Gilan-Deyləmdən gəlmiş əhalinin məskunlaşmasını göstərən ən mühüm faktlardan biri Layzan (daha doğrusu La ‘izan) hakimliyinin adıdır. Şübhəsiz ki, bu ad, Gilan Lahicanının adı ilə bağlıdır. Şirvan LahıcıNaxçıvan Gilanına gəlincə, bu ərazilərin arasında yerləşən Niyal dağının adının da Lahican yaxınlığındakı dağın adını xatırlatması heyranedicidir. Məlumdur ki, əhali köçərkən, özü ilə əvvəl yaşadığları yerlərin toponimlərini də aparırdı."[16]

Minorskinin qeydləri ilə razı olduğunu bildirən B. İbrahimov yazır ki, Gilan şəhərinin Gilan əyalətinin adı ilə bağlı olmasını göstərən faktlardan biri də, Xarabagilan abidəsi yaxınlığındakı Düylün kəndinin adının Gilanın Deyləm ərazisinin adına uyğun olmasıdır.[17] Tədqiqatçı qeyd edir ki, Ordubad rayonunun Kilit kəndinin əhalisi, ətraf kəndlərin əhalisi üçün naməlum olan bir dildə danışırlar.[17] Məlumdur ki, kilitlilər irandilli xalqdır.[18] İ. Şopen kilitlilərin vaxtilə Gilandan köçərək bu ərazilərdə məskunlaşmış gellərin (giləklər) qalıqları olduqlarını və dövrümüzə kimi öz dillərini saxladıqlarını yazır.[19]

IX əsr hadisələrindən bəhs edən İbn əl-Əsir "Əl-kamil fi-t-tarix" adlı əsərində yazır: "İmkan düşən kimi hücuma keçən Afşin, "böyük çay" anlamını verən Gilan-rud adlı yerə istiqamətlədi."[20] Fars coğrafiyaçı və tarixçisi Həmdullah Qəzvini "Nüzhət əl-qülub" əsərində qeyd edir ki, "Böyük çay mənasını verən Kilyanrud Azərbaycan ərazisində, Babəkin şəhərinin arxasında yerləşir. Babək müharibəsi zamanı o ərazidə Afşin qərarlaşmışdı."[21] Adam Oleari isə Gilan sözünün etimologiyası haqqında yazır: "Gilan, Kilan əyaləti adını Hirkaniya adlı qədim ərazidə yaşamış gilək adlı xüsusi xalqdan almışdır."[22]

C. Rəfiyevin fikrincə Gilan toponimi "gil" və "an" hissələrindən ibarət olmaqla "gilli torpaq" anlamını ifadə edir.[23] Xarabagilan abidəsinin ətraflı tədqiqi ilə məşğul olmuş S. V. Ter-Avetisyan qeyd edir ki, Gilan adı qədim Kiran/Giran toponiminin əraziyə köçmüş türkdilli əhali tərəfindən adlandırılması nəticəsində yaranmış ola bilər.[24] V. V. Bartold isə qeyd edir ki, "Qədim dövrdə Gilan əhalisini Əhəmənilərə tabe olmayan kadusilər təşkil edirdilər. Həmin tayfanın bir hissəsi həm də gellər adını daşıyırdı. Əyalət adını da onların adından almışdır."[25]

Araz çayı hövzəsi, xüsusilə Naxçıvan MR ərazisi qədim dövrlərdən sıx məskunlaşmışdır. Bu ərazilərdə çoxlu sayda şəhər və kəndlər mövcud olmuşdur. Yaxın və Orta şərq şəhərlərini birləşdirən karvan yollarının kəsişdiyi yerə salınmış Naxçıvan şəhəri ərazinin ticari-iqtisadi mərkəzi rolunu yerinə yetirirdi.[9] Kiran isə ərazinin əhəmiyyətinə görə ikinci vacib şəhəri olmuşdur. Kiranın tarixi birbaşa Naxçıvan şəhərinin tarixi ilə əlaqəlidir.[26]

Ən qədim dövrlərdən Kiran şəhərinin yerləşdiyi ərazi mənbələrdə Qoxtn adlandırılır. Qoxtn haqqında ilk məlumat e.ə. VI əsrə aiddir.[27] E.ə. I əsrdə bu ərazilər romalılar və parflar arasında, daha sonra isə sasanilər və bizanslılar arasında müharibə meydanına çevrilmişdir. IV əsrdə Ermənistan kralı II Arşak (345–367) böyük ordu ilə Sasanilərə qarşı çıxır.[26] Köçəri hunlaralanlar da erməni ordusuna kömək edirlər.[26] Kiran və onun ətraflarını asanlıqla ələ keçirən II Arşakın ordusu Təbriz yaxınlığında Sasani ordusunu ağır məğlubiyyətə uğradır.[26]

Sasani şahı II Şapurun 364–367-ci illərdə Cənubi Qafqaza yürüşü bir çox şəhərlərə, o cümlədən Naxçıvan və Kiran şəhərlərinə ciddi zərbə vurur.[26] Naxçıvan şəhərindən 18.000 ailə köçürülür,[9] Kiran isə, bu dövrdə sərhəd məntəqəsi kimi gah Sünik, gah Vaspurakan əyalətlərinin tərkibində olur.[26] Hərbi əməliyyatlar zamanı Naxçıvandan Təbrizə kimi bütün yaşayış məntəqələri, o cümlədən qala divarları ilə əhatə edilmiş Kiran şəhəri dağıdılır və talan edilir. Mühüm strateji ərazi kimi, Sasanilər Naxçıvan ərazisindən hərbi qüvvələrin toplanması və idarə edilməsi qərargahı olaraq istifadə edirlər.[9] Kiran şəhəri isə Sasani ordusunun əsas dayaq məntəqələrindən birinə çevrilir.[26] Bundan sonra bir müddət Kiran Sasani mərzbanının iqamətgah şəhərinə çevrilir.[28]

Təbriz-Naxçıvan yolu üzərində yerləşdiyinə görə, Kiran şəhəri mühüm ticarət-sənətkarlıq mərkəzinə çevrilir.[26] Həmin dövrdə əsas karvan yollarından biri hesab edilən və Araz çayı boyunca uzanan tarixi ticarət yolu da Kiran şəhərindən keçirdi.[26] VI əsrin birinci yarısında Cənubi Qafqaz xəzərlərin hücumuna məruz qalır.[29] Xəzər vicarı Yezid Balaş Arran, Gürzan, Basfurcan və Sisacanın hökmdarı elan edilir.[30] 623-cü ildə Bizans imperatoru İrakli böyük ordu ilə şərqə hərəkət edərək Dvin şəhərini işğal edir və Azərbaycana soxulur. Naxçıvanı tutan Bizans ordusu, Arazboyu ticarət yoluna nəzarəti ələ keçirir. Bu yürüşdə türklər də Bizans ordusu tərəfində vuruşurlar.[31] Bütün bu müddət ərzində Kiran şəhəri hərbi əməliyyatlar meydanına çevrilir.[29]

VII əsrdə ərəb ordusu tərəfindən məğlub edilmiş Sasani hərbi qüvvələrinin qalıqları şimala – Arrana doğru geri çəkilməyə başlayırlar. Geri çəkilən ac ordu yerli əhalini və şəhərləri talan edir.[32] VII əsrin ortalarında Kiran ərəb ordusu tərəfindən ələ keçirilir. Naxçıvan və Kiranda qərargah yaradan ərəb ordusu daha sonra cənub-qərb tərəfdən Arrana soxulmağa başlayır.[29] Naxçıvan və Kiranın ərəblər tərəfindən işğalı xəlifə Osman ibn Əffanın (644–656) hakimiyyəti dövründə baş verir.[29] Bu şəhərləri işğal edən orduya, Həbibə ibn Məsləmənin sərkərdələrindən olan Salman ibn Rəbiə başçılıq edir.[33] Erməni tarixçisi Vardapet Gevond ərəblərin Naxçıvana yürüşünü təsvir edərkən yazır: "İsmaililər, öz ordularının böyük bir hissəsiniPersiya tərəfdən Ermənistana yürüş üçün ayırdılar. Onlar, Midiya kəndləri, Qoxtn və Naxçıvan əyalətlərini talan etdilər. Kişilərin bir çoxunu öldürdülər, qalanlarını isə arvadları və uşaqları ilə birlikdə əsir aldılar."[34] Stepannos Asogik isə yazır ki, "Mark, Qoxten və Naxçıbana yürüş edən ismaililər həmin əraziləri taladılar."[35] Ərəblər Araz hövzəsində yerləşən bütün şəhərləri dağıdaraq xarabaya çevirirlər.[29]

Ərəblər, qurduqları vergi sistemi sayəsində yerli əhalinin gəlirlərinin yarısını əllərindən alırlar ki, bu da AzərbaycanErmənistanda əhali arasında narazılıqların yaranmasına gətirib çıxarır.[36] Hicri 121-ci ildə (miladi 738–739) ərəb sərkərdəsi Mərvəya ibn Məhəmməd ibn Mərvan Azərbaycan və Ermənistana yürüş edir.[37] Bu yürüş zamanı o, Kiran şəhəri ilə sülh müqaviləsi bağlamaqla şəhəri ələ keçirir.[38] Lakin, hicri 123-cü ildə, (miladi 741–742) o, yenidən "Ərməniyyə ölkəsində yerləşən" Cilan (Kiran) və Mokan (Muğan) ərazilərinə yürüş edir.[39]

VIII əsrdə Azərbaycanda Xürrəmilər hərəkatı yaranır və Babəkin rəhbərliyə keçməsindən sonra hərəkat açıq anti-xilafət yönümü alır.[36] B. İbrahimov yazır ki, "aydındır ki, Kiran, Babəkin əsas dayaq məntəqələrindən və xürrəmilərin nəzarət etdiyi qalalardan biri olmuşdur."[36]

IX–X əsrlərdə Kiran şəhəri Sacilər (879–930) və Salarilər (941–965) sülalələrinin hakimiyyəti altında olur[36] Salarilləri məğlub etmiş Rəvvadilər sülaləsi (979–1054) isə 981-ci ildə Təbriz şəhərini özünün paytarxtı elan edir.[36] Rəvvadilərin hakimiyyəti dövründə Naxçıvan və onun ətarfındakı kiçik ərazidə Naxçıvanşahlıq adlı kiçik feodal dövləti formalaşır. Dövlətin əsasını Qoxtn hakimi Əbu-Dülaf qoyur.[40] 982-ci ildə Əbu-Dülaf Basfurracan, Naxçıvan və Dvini də Kirana birləşdirir. Rəvvadi və Ani hökmdarları ilə qarşılaşan Əbu-Dülaf qalib gəlir.[36] Erməni tarixçisi Stepannos Asogik bu hadisələri təsvir edərkən yazır: "Abel-Hac Qoxten əmiri Əbu-Taleblə (Əbu-Dülaf) döyüşdü və məğlub olaraq əsir düşdükdən sonra Dvin və bütün şəhərlərini ona verməli oldu. Abel-Haca qalib gələn Ənu-Taleb bütün Vaspurakan torpağını özünə tabe etdi."[41] Lakin, 987-ci ildə Azərbaycan əmiri Rəvand oğlu Abel-Hac Əbu-Dülafı məğlub edərək onun bütün ərazilərini öz ölkəsinə birləşdirir, Qoxtn isə qarət edilir.[42] 988-ci ildə gözlənilmədən Abel-Hac vəfat edir. Fürsəti istifadə edən Əbu-Dülaf yenidən Dvin şəhərini ələ keçirərək Ani hökmdarı çar Smbatla sülh müqaviləsi bağlayır.[42]

Naxçıvanşahlıq təxminən 80 ilə yaxın müstəqilliyini saxlaya bilir[43], XI əsrdən isə Kiran Səlcuqluların hakimiyyəti altına düşür. Toğrul bəyin hakimiyyəti dövründə (1040–1063) Araz vadisini ələ keçirən Səlcuqlular Naxçıvana kimi çatırlar və Naxçıvan yaxınlığında birləşmiş Bizans-Erməni ordusu ilə döyüşürlər.[44] Səlcuqlular imperiyasının parçalanmasından sonra Kiran Azərbaycan Atabəyləri olan Eldənizlərin (1136–1225) hakimiyyəti altına keçir. İbrahimov 26 1130-cu illərin sonlarından 1175-ci ilə kimi Azərbaycan Atabəylərinin paytaxtı olan Naxçıvan böyüyərək inkişaf edir, əhəmiyyətinə görə ölkənin ikinci şəhəri isə Kiran olur.[45] Atabəylərin hakimiyyəti dövründə Kiran şəhəri intibah dövrünü yaşayır, genişlənir, şəhərdə bərpa və yenidənqurma işləri aparılır. Bu dövrdə Kiranda türbələr, karvansaralar, məscid inşa edilir, qala divarları bərpa edilir və möhkəmləndirilir, həmçinin Gilançay üzərində körpü tikilir.[46]

1221-ci ildə Ərdəbil, Təbriz, Marağa və Xoyu tutan monqollar Kiran və Naxçıvan şəhərlərinə yaxınlaşırlar. Həmin şəhərləri ələ keçirən monqollar əhalini qırır və şəhərləri talan edirlər. Bundan sonra Ordubad və Kiran şəhərləri monqol ordusunun müvəqqəti iqamətgahına çevrilir.[46][47] Məhəmməd ibn Hinduşah yazır ki, "dağıdılmış Naxçıvan və Kiran şəhərlərinin əhalisi vətənlərini tərk etməli oldu".[48] 1225-ci ildə monqolların təqibindən qaçan Xarəzmşah Cəlaləddin Naxçıvan və Kiran şəhərlərini ələ keçirir.[46]

Monqolların yürüşündən sonra uzun müddət Naxçıvan və Kiran şəhərləri əvvəlki vəziyyətini bərpa edə bilmir. Sonrakı əsrlərdə Kiran şəhəri mənbələrdə xırda yaşayış məntəqəsi kimi qeyd edilir.[46] Həmin dövrdə Kiran şəhəri yaxınlığında yeni Azad şəhəri inkişaf etməyə başlayır və Kiran əhalisinin böyük bir hissəsi həmin şəhərdə məskunlaşır. Buna görə də Naxçıvan haqqında məlumat verən Həmdullah Qəzvini (1281–1350) yanlış Azad şəhərindən bəhs edir.[49] XIII əsrin sonlarından etibarən Kiran şəhəri yenidən inkişaf etməyə başlayır.[46] XIV əsrdən etibarən Kiran şəhərinin yerləşdiyi ərazi mənbələrdə Azadciran adlandırılır.[46] 1412-ci ildən etibarən Azadciran əyaləti Qaraqoyunlu dövlətinin (1410–1468), 1468-ci ildən etibarən isə Ağqoyunlu dövlətinin (1468–1501) tərkibinə daxil olur. XVI–XVII əsrlərdə Azadciran tez-tez Səfəvi şahlarının fərmanlarında qeyd edilir.[50]

Ermənidilli mənbələrdə

[redaktə | mənbəni redaktə et]

Kiran şəhəri haqqında ən qədim məlumatlar erməni dilli mənbələrdə saxlanmışdır.[5] Kiran şəhərinin yerləşdiyi əyalət erməni dilli mənbələrdə Qoltn[51], Qoxtn[52][53], Qoxten[54] və Qoxtan[55] adlandırılmaqla, Sünikin bir hissəsi kimi göstərilir.[5]

Qoxtn əyaləti haqqında ilk məlumat Favstos Buzandın "Ermənistan tarixi" əsərində verilir.[5] B. e. IV əsri ilə bağlı hadisələrdən bəhs edərkən Buzand, II Tiqranın hakimiyyəti dövründə yaşamış "Qoltn knyazı Atom" haqqında da bəhs edir.[51] Moisey Xorenli də özünün "Ermənistan tarixi" adlı əsərində Qoxtn haqqında çoxlu məlumat verir.[5] Müəllif Qoxtn əyalətini ilk dəfə e.ə. VI əsrə aid hadisələrlə bağlı çəkir.[5] Xorenlinin V əsrin əvvəllərində Mesrop Maştotsun uzun müddət Qoxtn əyalətində yaşayaraq xristianlığı təbliğ etməsi haqqında məlumatı isə xüsusi əhəmiyyət daşıyır.[56]

Qoxtn əyalətinin ərəblərin yürüşündən əvvəlki siyasi mənsubiyyətinin tədqiq edilməsi üçün VII əsrə aid naməlum müəllifə məxsus "Aşxaratsuyts" əsəri mühüm əhəmiyyətə malikdir.[57] Ərəb ordularının Qoxtn və Naxçıvana yürüşü haqqında məlumatlar VII əsr müəllifi Vardapet Gevondun "Xəlifələrin tarixi"[34] və X əsr müəllifi Stepannos Asogikin "Ümumi tarix"[58] əsərlərində saxlanmışdır. Asogik həm də X əsrdə Qoxtnda hökm sürmüş hörmətli knyaz Əbu Təlubun (Əbu-Dulaf) hakimiyyət dövrü haqqında geniş məlumat verir.[59]

976-cı ildə Ermənistan katolikosu Xaçik tərəfindən Naxçıvandakı (Naxavaq şəklində) Müqəddəs Stepannos monastırına verilmiş kondaktda Kiran (Qiran şəklində) şəhərinin də adı çəkilir.[60]

Ərəbdilli mənbələrdə

[redaktə | mənbəni redaktə et]

VII əsrdən başlayaraq Kiran şəhəri və ümumilikdə Naxçıvan haqqında ərəbdilli mənbələrdə məlumatlar verilir ki, belə mənbələrdən biri də Əhməd ibn Əsam əl-Kufinin "Kitab əl-Fütuh" (X əsr) əsəridir.[61] İbn Xordadbeh (IX–X əsrlərin əvvəlləri) "Kitab əl-Məsalik vəl-Məmalik"[62] və Əbu əl-Fərəc Kudama (X əsr) "Kitab əl-Xərac və sənət əl-Kitabə"[63] əsərində Kirandan keçən ticarət yolları haqqında bəhs edirlər.

Əl-İstəxri (X əsr) "Məsalik əl-Məmalik" əsərində Kiran şəhərinin sərhəd əyalətində olduğunu qeyd edir.[64] Əl-Yəqubi (IX–X əsrlər) "Kitab əl-Buldan"[65], İbn əl-Fəqih (IX–X əsrlər) "Kitab əl-Buldan"[66], Əl-Müqəddəsi (X əsr) "Əhsən ət-takasim fi-mərifət əl-aka-lim"[67], İbn Hövqəl (X əsr) "Məsalik və Məmalik"[68] əsərində Araz çayı, onun sahillərində yerləşən şəhər və kəndlər, həmin ərazilərin sakinləri, təbii zənginlikləri və ticari məhsulları haqqında ətraflı məlumat verirlər.

Ərəbdilli mənbələr arasında Yaqut əl-Həməvi şəhərin adını dəqiqliklə (Kiran) qeyd etməklə, həm də ilk dəfə onun dəqiq koordinatlarını qeyd edir.[69] İbn əl-Əsirin (XII–XIII əsrlər) "Əl-Kamil fi-t-tarix" əsərində Kiran şəhəri (Qiran formasında) ərəb sərkərdəsi Mərvan ibn Məhəmmədin (VII əsr) yürüşü ilə bağlı qeyd edilir.[38]

Digər mənbələrdə

[redaktə | mənbəni redaktə et]

Farsdilli mənbələr arasında Kiran şəhəri haqqında ilk məlumat XIII əsrə aid "Əcaib əd-dünya" adlı naməlum müəllif tərəfindən yazılmış coğrafiya əsərində verilir.[70] Həmin əsərdə Kiran qalası, şəhərdəki tikililər o cümlədən istehsal edilən məhsullardan bəhs edilir.

Gürcü hərbiçilərinin XII əsrin sonları-XIII əsrin əvvəllərində AzərbaycanArrana yürüşləri haqqında çariça Tamarın (1156–1184) naməlum tarixçisinin "Bayraqdarların təriflənməsi tarixi" adlı salnamədə bəhs edilir. Həmin mənbədə Naxçıvan ərazisində dövrün siyasi həyatı haqqında ciddi məlumat verilir.[71]

Azad şəhəri (Naxçıvan tüməninin Azad-Ciran nahiyyəsinin mərkəzi), onun yeri və məhsulları haqqında məlumat fars coğrafiyaşünas Həmdullah Qəzvinin (1281–1350) "Nüzhət əl-qülub"[49] əsərində verilir. Teymurləngin yürüşü ilə bağlı hadisələrlə əlaqədar olaraq Kiran və Azad şəhərləri Nizaməddin Şaminin "Zəfərnamə" əsərində qeyd edilir.[72]

Naxçıvan və onun ətrafındakı yaşayış məntəqələrinin monqolların yürüşü zamanı vəziyyəti haqqında məlumat fransız səyyahı rahib Gilom de Rubrukun "Şərq ölkələrinə səyahət"[73] əsərində verilir.

Monqolların yürüşündən sonra Kiran şəhəri yazılı mənbələrdə qeyd edilmir. Yaxınlıqdakı Azad şəhərinin adı ilə birlikdə Kiran şəhərinin də adı həmin şəhərlərin yerləşdiyi Azadciran nahiyyəsinin adında istifadə olunur.[10] Səfəvi şahlarının Matenadaranda saxlanan fərmanlarında Azadciran nahiyyəsi və onun kəndləri haqqında çoxlu sayda müxtəlif məlumatlar verilir.[74]

Arxeoloji qazıntılar

[redaktə | mənbəni redaktə et]
Arxeoloji qazıntılar zamanı Xarabagilandan aşkar edilmiş orta əsrlərə aid ipək parça qalığı, Azərbaycan Tarix Muzeyi

Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.[17] 1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır.[75] XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir.[76]

Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır.[77] Belə ki, 1912-ci ildə Düylün Bəylər kəndinin Eyvazoğlu soyadlı sakini təsərrüfat xarakterli qazıntı zamanı 500 qızıl sikkə ilə doldurulmuş saxsı küp aşkarlamış, bundan sonra Ter-Avetisyan ərazidə qazıntılara başlamışdır.[78] Tədqiqatlar nəticəsində üzə çıxarılmış bütün maddi-mədəniyyət nümunələri Qafqaz muzeyinə təhvil verilmişdir.[79] Yuxarı Aza kəndində qərargah yaratmış Ter-Avetisyan bir neçə gün davam edən tədqiqatlar zamanı şəhərin ümumi topoqrafiyası, həmçinin şəhər ərazisində yerləşən müxtəlif tikililərin xarabalıqları ilə tanış olmuş, eni zamanda ətrafdakı Aşağı AzaDarkənd kəndlərindəki abidələrə baxış keçirərək onların ümumi təsvirini vermişdir.[78] Ter-Avetisyan Xarabagilan ərazisində ətraflı ölçmə işləri apararaq planlar tərtib etmiş, bir neçə şəkil şəkmiş və səkkiz sahədə kiçik qazıntı həyata keçirə bilmişdir.[80] Arxeoloqun Xarabagilandan aşkarladığı palıd tabut və üzəri oyma işləməli olan qoz lövhələri Qafqaz muzeyinə göndərilməsi üçün Yuxarı Aza kəndinə göndərilsə də, 1914-cü ildə Avstriya-Macarıstan imperiyasının Rusiya imperiyasına müharibə elan etməsindən sonra tədqiqatlar dayandırılaraq heyət təcili geri çağırılmış, buna görə də həmin artefaktlar itirilmişdir.[77]

1926-cı ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi, Azərbaycan Arxeologiya Komitəsinə məlumat verərək, Yuxarı Aza kəndi yaxınlığındakı Xarabagilan ərazisində arxeoloji qazıntılar aparmağı planlaşdırdığını bildirir və komitə üzvlərindən bir nəfərin qazıntı sahəsinə göndərilməsini xahiş edir.[81][82] 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır. Bu qazıntılar zamanı abidə ərazisində bir neçə məzar açılaraq öyrənilir, Xarabagilan və ətraf ərazilərin qısa təsviri verilir.[83] Bu qazıntılar zamanı mis və dəmir məmulatları, ərəb yazılı saxsı qab qırıqları, tikili karnizindən ərəb yazılı alebastr qırıqları, şüşə qolbağlar, saxsı su borularının qalıqları, parça qalıqları və sair artefaktlar aşkarlanaraq Azərbaycan Dövlət Muzeyinə təhvil verilmişdir.[84]

V. M. Sısoyevin tədqiqatları əsasən mavzoley və sərdabələrdə aparıldığından abidənin mədəni təbəqəsinin qalınlığını müəyyənləşdirmək mümkün olmamışdır.[84] V. M. Sısoyevlə birlikdə qazıntılarda iştirak etmiş epiqrafist İ. Əzimbəyov Xarabagilanın aşağı hissəsində aşkarlanmış iki məzar daşı və alebastr hissələrindəki yazıları tədqiq etmişdir.[85]

1927-ci ildə Azərbaycan Arxeologiya Komitəsinin verdiyi mandat əsasında Xarabagilan ərazisində S. V. Ter-Avetisyanın rəhbərliyi Qafqaz Tarix-Arxeologiya Komitəsinin ekspedisiyası qazıntılara başlamışdır.[84] Qazıntılardan əvvəl ekspedisiya üzvləri abidənin yerləşdiyi ətraf ərazilərə baxış keçirmişdir. Darkənd kəndinin mərkəzində yerləşən qədim məscidin xarabalıqları, həmçinin kənddən 1 km aralıda yerləşən türbələr ekspedisiya üzvlərinin diqqətini çəkmişdir.[86] V. M. Sısyoyev kimi, S. V. Ter-Avetisyan da yalnız qəbir abidələri və türbələrin tədqiqi ilə kifayətlənmişdir.[84] Tədqiqatçının əsas məqsədi şəhərin planının tərtib edilməsi idi.[84] Buna baxmayaraq, Ter-Avetisyan yalnız sitadel və şəhər mərkəzinin planını tərtib etməyə müvəffəq olmuşdur. Qafqaz Tarix-Arxeologiya İnstitutunun ekspedisiyasını fəaliyyətinin nəticələri 1928-ci ildə çap edilmişdir.[86]

Xarabagilan yaşayış yerinin sistematik arxeoloji tədqiqinə 1976-cı ildə Naxçıvan arxeoloji ekspedisiyasının V. Q. Əliyevin rəhbərlik etdiyi Xarabagilan dəstəsi tərəfindən başlanılmışdır. Ekspedisiya qazıntılara şəhərin şimal-şərq hissəsindən start vermişdir. Qazıntılar nəticəsində Kiran karvansarası aşkar edilmiş və onun şimal tərəfi təmizlənmişdir. İlk qazıntı sahəsində mədəni təbəqənin qalınlığının 2 metr olması müəyyən edilmişdir. Abidənin statiqrafiyasının tədqiqi ekspedisiyanın əsas məqsədlərindən biri idi. Tikililərin memarlıq üslubu və əldə edilmiş külli miqdarda artefaktların stilistik analizi aşkar edilmiş kompleksin XII–XIII əsrlərə aid edilməsinə imkan vermişdir.[87]

1977-ci ildə qazıntılar sitadel yaxınlığındakı şəhristanın ikinci məhəlləsində aparılmışdır. Bu qazıntılar nəticəsində yaşayış binaları üzə çıxarılmış və təmizlənmişdir.[87] 1978-ci ildə həmin ərazidə qazıntıların genişləndirilməsi nəticəsinə evin daha yeddi otağı və ikinci mərtəbəyə aparan daş pilləkən, üç təndir və giriş tağı aşkar edilmişdir. Abidənin statiqrafiyasının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, birinci mədəni təbəqə XIII–XIV əsrləri, ən aşağı mədəni təbəqə isə IX–XII əsrlərə aiddir. Statiqrafik məlumatlar abidə ərazisindən aşkar edilmiş sikkələr və saxsı materiallarının xarakterləri ilə də təsdiqlənmişdir.[87] Bu ərazidə aşkar edilmiş yaşayış kompleksi, yaşayış məhəllələrinin sıxlığını və memarlıq xarakteri baxımından monqolların yürüşündən əvvəlki yaşayış evlərinin sıxıcı xarakterini aşkara çıxarmışdır.[87]

1980-ci ildə AMEA Tarix İnstitutu tərəfindən təşkil edilmiş və Q. M. Aslanovun rəhbərlik etdiyi Xarabagilan ekspedisiyası şəhər ərazisində qazıntılara başlamışdır. Ekspedisiya üzvləri Xarabagilanın şəhər mərkəzində və yaxınlıqdakı Muncuqlutəpə nekropolunda qazıntılar aparmışdır. Ümumilikdə orta əsr şəhəri ərazisində 5000 m2 ərazidə qazıntı aparılmışdır. Bu tədqiqatlar nəticəsində çoxlu sayda yaşayış binaları, türbələr və karvansara aşkara çıxarılaraq təmizlənmişdir.[88] Ekspedisiyanın Muncuqlutəpə nekropolunda üzə çıxardığı hurri möhürü və xəncəri, xarakterik tipli keramik qablar Xarabagilanın e.ə. VI–IV və e.ə. IX–VI əsrlərə aid mədəni təbəqəsini tədqiq etməyə imkan vermişdir.[88]

1982–1984-cü illərdə Kiran karvansarası ərazisində qazıntı işləri davam etdirilmişdir. Nəticədə orta əsrlərə aid karvansara kompleksinin 28 otağının hamısı və daxili həyəti təmizlənmişdir. Bu karvansaranın tədiq edilməsi Azərbaycan ərazisindəki erkən orta əsr karvansaralarının xarakterik xüsusiyyətlərini müəyyən etməyə imkan vermişdir.[88]

Xarabagilan xarabalıqları yeddi təpə üzərində yerləşir. Bu təpələrin hamısı şimal və şimal-şərq istiqamətində bir-birindən yuxarıda düzülmüşlər. Onların cənub və cənub-qərb tərəfi iri kanyonla əhatələnib. Cənubdan qədim şəhərin xarabalıqlarına mənzərə açılır.[89]

Xarabagilanın sitadeli şəhərin cənub-şərq tərəfində yerləşən təpənin ellips formalı düz yüksəkliyindədir. Sitadelin cənub və şərq tərəfləri sərt yarğanla yekunlaşır və hündürlüyünə görə təpənin qərb tərəfini (170–180 metr) geridə qoyur. Qərb tərəfdən müdafiə divarlarının pilləkənvari qalıqları, xarabalıqların yuxarısında isə sitadel görünür.[89] Sitadel müdafiə qüllələri zənciri ilə əhatə olunmuşdur. Şimal-qərb tərəfdən sitadelə, qayada yonulmuş və 200 pillədən artıq hissəsi dövrümüzə çatmış pilləkən aparır. Pilləkəmlər qala divarlarının 7–12 sıra hörgüsünə kimi qalxır ki, bu da bəzi yerlərdə 2 metrə qədər hündürlük deməkdir.[89]

Sitadel daxilindəki bütün tikililər yerli sarımtıl-qırmızı qaya daşından inşa edilmişdir. Kiçik ölçülü dördbucaqlı formaya malik bu evlərin divarları 0.8–1 metr hündürlüyündə (5–6 sıra hörgü) saxlanmışdır. Evlərin divarlarının dağılmış hissələrindən tökülmüş daşlar onları ətrafına səpələnmişdir.[89] Bəzi evərdə pəncərə və qapı yerləri qalmışdır. Xarabalıqlar arasında tez-tez memarlıq detalları, karniz qırıqları və sair elementlərə rast gəlinir.[89]

Sitadelin mərkəzi hissəsində iki su kəhrizi vardır. Yerli daşdan inşa edilmiş kəhrizlər 8–12 sıra hörgüdə saxlanmışdır. Kəhrizlərdən biri iki dördbucaqlı otaqdan ibarətdir. Daha böyük olan ikinci kəhriz isə xaçvari planda inşa edilmişdir. Cənub şərq tərəfdən həmin kəhrizə enişi kiçik daş pilləkən təmi edir. B. İbrahimov ehtimal edir ki, kəhrizlərin hər ikisinin üstü günbəzlə örtülmüşdü.[89]

Sitadel tikililərinin inşası zamanı yerli daşla yanaşı kərpic və alebastr da istifadə edilmişdir. Xarabalıqlar arasında aşkarlanmış çoxlu sayda bişmiş kərpiclər və alebastr karniz qalıqları (bəzi hallarda üstü yazılı) da bu iddianı təsdiq edir.[90]

Şəhərin şərq qurtaracağında, sitadelin aşağı tərəfində müdafiə divarlarının və qüllələrin qalıqları görünür. Sitadeldən kifayət qədər böyük olan bu qala divarları (şərq müdafiə divarı) kiçik bir təpə üzərində başlayaraq dərin yarğanı keçir və sitadelin qərb qurtaracağına çatır. Buradan şəhərin müdafiə divarlarının ikinci qatı başlayır (cənub-şərq müdafiə divarı).[90] Şəhər xarabalıqlarının qalan hissəsi iki dağ silsiləsi üzərində yerləşir və cənubdan başlayan həmin hissələr şimala doğru inkişaf etdikcə daha da yüksəkləşir. Bu silsilələrin aşağı hissələri üzərində şəhər məhəllələri yerləşən kiçik təpələrdən təşkil olunmuşdur.[90]

Birinci məhəllənin xarabalıqları sitadelin qərb tərəfində kişik təpə üzərində yerləşir. Burada divarları yerli qaya daşı və çaydaşı qarışığından inşa edilmiş yaşayış tikililərinin qalıqları dövrümüzə çatmışdır.[90] Həmin evlərin divarları 3–5 sıra tikili səviyyəsində saxlansa da, məhəllənin şimal tərəfində dörd evin zirzəmisi tam şəkildə qorunmuşdur. Həmin məhəllədə ümumilikdə 17 yaşayış tikilisinin xarabalıqları qalmışdır ki, onlar da təpənin bütün şimal tərəfini tutur. Yaşayış tikililərindən 30–50 metr aralıda 6 sərdabənin xarabalıqları yerləşir. Qazılmış torpağın dərinliyində inşa edilmiş xaçvari sərdabələrin divarları daşdan inşa edilmişdir. Yuxarı hissəsi dağıdılmış sərdabələrin hamısı talan olunmuşdur.[90]

Həmin kompleksdən bir qədər aşağıda şəhərin beşinci məhəlləsi yerləşir. Dördüncü və beşinci məhəllələri ayıran şəhər küçəsi qərbə doğru uzanaraq daş kompleksə çatır. Beşinci məhəllənin tikililəri təməlinə kimi dağılmış vəziyyətdə dövrümüzə çatmışdır. Binaların təməl hissələri dağılmış hissələrin materialları ilə örtüldüyündən və qazıntı işləri aparılmadığından beşinci məhəllənin tikililərinin funksiyası haqqında fikir söyləmək mümkün olmamışdır.[91] Həmin məhəllədəki gil-kərpic tikilinin kiçik karvansara olması ehtimal edilir. Həmin bina plan xüsusiyyətləri baxımından ikinci və üçüncü məhəllələr arasındakı hamamın yanında yerləşən karvansarası xatırladır.[91]

Beşinci məhəllənin cənubunda qəbirsanlıq yerləşir. Qəbirsanlığın şimalında – şəhərə yaxın ərazidə türbələr yerəşir. Bir qədər aşağıda isə adi başdaşı və sinədaşından ibarət müsəlman qəbirləri vardır. Şəhərin şimal tərəfində, qala divarlarından kənarda digər bir qəbirsanlıq yerləşir. Həmin qəbirsanlıqda mərmər daşlardan hazırlanmış çoxlu məzar daşları dövrümüzə çatmışdır.[91]

Şəhərin su ilə təminatı iki kanal vasitəsiylə həyata keçirilirdi. Kanallardan biri başlanğıcını Xalıkeşan çayından (eni 1.2 metr), digəri isə Gilaçnaydan (eni 1.8 metr) götürür.[91]

Plan xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Orta əsr Azərbaycan şəhərləri müstəqil məhəllələrdən təşkil olunmaqla, memarlıq-planlaşdırma strukturuna görə üç hissədən ibarət idi: sitadel, şəhristan, rabad.[92] Sitadel şəhərin mərkəzində yerləşməklə ərazinin təbii-coğrafi xüsusiyyətlərindən asılı olaraq, tamamilə və ya qismən qala divarları ilə əhatə olunurdu.[92]

Kiran şəhərinin sitadeli yüksək dağlıq ərazidə inşa edilmişdir. İbrahimov 33 Bir qədər aşağıda yerləşən müxtəlif təpələr üzərində isə şəhər məhəllələri – şəhristan salınmışdır. Şəhristanın qala divarlarından kənarda yerləşən təpə yamacları isə rabad əraziləridir.[93] Xarabagilanın hər üç hissəsi güclü qala divarları ilə əhatə olunmuşdur. Beləliklə, sitadelə çatmaq istəyən düşmən, ilk öncə rabadın, daha sonra şəhristanın qala divarlarını keçməli və qəsri xatırladan sitadelə çatmalı idi.[93]

XIII əsrdə naməlum müəllif tərəfindən yazılmış "Əcaib əd-dünya" adlı mənbədə Kiran şəhəri təsvir edilərkən qeyd olunur: "Araz sahilində yerləşən bu şəhər, daşdan tikilmiş güclü divarlarla əhatə olunmuşdur."[94] Bişmiş kərpicdən inşa edilən və fasadları həndəsi fiqurlarla bəzədilən müxtəlif türbələr, məscidlər, karvansaralar və sair iri tikililər şəhristanda yerləşirdi. Xarabagilan şəhristanının xarabalıqları arasında tez-tez maraqlı memarlıq elementlərinə, alebastrdan hazırlanmış dekor – xüsusilə karniz hissələrinə rast gəlinir. Ümumiyyətlə şəhristan tikililəri memarlıq xüsusiyyətlərinin zənginliyi ilə seçilir.[93]

Şəhristan divarlarının xaricində yerləşən rabad tikililəri sadəliyi ilə seçilir. Əksər ictimai tikililər, o cümlədən hamamlar, dəyirmanlar və karvansaralar rabad və şəhristan məhəllələri arasında yerləşir. Xarabalıqlar arasında şəhərin əsas küçəsini müşahidə etmək mümkündür. Şimaldan cənuba istiqamətlənən bu küçəyə şərqdən birinci və ikinci məhəllələrin qərbdən isə dördüncü və beşinci məhəllələrin küçələri çıxır. Şərq istiqamətindən mərkəzi küçə sitadelə, qərbdən Gilançaya, cənubdan isə Araz çayına aparır.[93] Şəhərin su təminatı saxsı borular, kəhrizlər və kanallar vasitəsiylə təmin edilmişdir.[95]

Kiran şəhərinin xarabalıqları olan Xarabagilan abidəsi 30 hektar əraziyə malikdir.[96] Su hövzələri, küçələr, türbələr, bazarlar, məzarlıqlar və digər ictimai binalar tərəfindən tutulmuş 200 hektar ərazini çıxdıqda yerdə qalan 100 hektar ərazinin evlər üçün nəzərdə tutulduğunu müəyyənləşdirmək olur.[96] Q. M. Əhmədovun fikrincə Beyləqan şəhərində hər hektarda təxminən 120 ev yerləşmişdir ki, bu da Beyləqan şəhristanında 6600 ev anlamına gəlir və şəhristan əhalisinin sayının 40.000-ə çatdığını göstərir.[97] B. İbrahimov qeyd edir ki, əgər bu hesablamanı Kiran şəhərinə də tətbiq etsək, Xarabagilan ərazisində yaşayış evlərinin sayının 12.000-ə, əhalinin sayının isə 60.000-ə çatdığını göstərmək olar.[96]

Kiran qalasının divarlarının aşağı hissələri yerli daşlardan, yuxarı hissələri isə çiy kərpicdən inşa edilmişdir.
border=none Əsas məqalə: Kiran qalası

Kiran şəhərini müxtəlif hissələrdən əhatə edən qala divarlarıdır. Kiran qalasının ən əhəmiyyətli hissəsi sitadeldir. Təbii baxımdan əlverişli ərazidə salınmasına baxmayaraq, sitadel möhtəşəm qala divarları və qüllələrlə əhatə olunmuşdur. Şərq qala divarı şəhər məhəllələrindən əhəmiyyətli dərəcədə aralı inşa edilmişdir. O, bir tərəfdən sitadelin yerləşdiyi təpənin ətəyinə tərəf uzanaraq dərin yarğan ərazisindən keçidi məhdudlaşdırır.[96]

Sitadelin müdafiə sistemində əhəmiyyətli rol oynamış qüllələrindən yeddisi dövrümüzə çatmışdır. Həmin qüllələrdən dördü dördbucaqlı, üçü isə dairəvi formaya malikdir. Kiran qalasının qismən yaxşı saxlanılmış şərq divarları isə 540 metr uzunluğa və altı qülləyə malikdir.[98]

border=none Əsas məqalə: Kiran sarayı

Saray, Kiranın ikinci məhəlləsinin cənub hissəsində yerləşir.[99] Saray binasının divarları nəhəng ölçülü qaya parçalarından tikilmişdir.[99] Düzbucaqlı formaya malik olan həmin daş bloklar 2 metr uzunluğa və 0.5 metr enə malikdir. Saray divarlarının 6 sırası dövrümüzə çatmışdır ki, tədqiqatçı B. İbrahimov saxlanılmış hissənin iri tikilinin yalnız kürsüsü olduğunu qeyd edir.[99]

Saray binası düzbucaqlı formaya malikdir.[99] Cənub tərəfi istisna olmaqla, digər tərəflərdən saray binasına müxtəlif kiçik tikililər də birləşir. Saray binasına kürsünün tikilməsində istifadə edilmiş geniş daşlardan hörülmüş iri pilləkən aparır.[99]

Kiran karvansarası

[redaktə | mənbəni redaktə et]
Kiran karvansarasının qalıqları 1970-ci illərdə.
border=none Əsas məqalə: Kiran karvansarası

Karvansara Kiran şəhristanının iki, üç və dördüncü məhəllələri arasında yerləşir.[100] Binanın yuxarı mərtəbələri əsasən çiy kərpicdən inşa edildiyinə görə, dağıldıqdan sonra onun yerində kiçik təpə formalaşmışdı.[100] Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Özülün ilk hörgü sıraları iri ölçülü qaya daşlarından (40–50 sm) tikilmişdir. Divar yuxarı qalxdıqca daşların ölçüsü də tədricən balacalaşır. Hörgü zamanı birləşdirici maddə kimi yüksək plastikliyə malik gil (2–4 sm qalınlığında) istifadə edilmişdir.[100]

Kiran karvansarasının inşası zamanı şəhərin əksər tikililəri – xüsusilə türbələr üçün xarakterik olan antiseysmik üsul tətbiq edilmişdir. Bu üslubun əsas xüsusiyyəti binanın divarlarının aşağı hissələrinin yuxarı hissələrə nisbətən daha enli inşa edilməsidir.[100] Karvansaranın bütün otaqları planda dördbucaqlı formaya malikdir. İstifadə xarakterinə görə onlar, yaşayış, məişət, anbar və heyvanların saxlanması üçün otaqlara bölünür.

Səkkizbucaqlı Kiran türbəsinin sərdabəsinin tağtavanının görünüşü.

Ümumilikdə Kiran şəhəri ərazisində bir neçə türbə aşkarlansa da, onlardan ikisi ərazisində əsaslı arxeoloji qazıntılar və tədqiqat işləri aparılmışdır. Tədqiq edilmiş Kiran türbələrindən biri səkkizbucaqlı, digəri isə dördbucaqlı formaya malikdir. Səkkizguşəli Kiran türbəsi qüllə tipli mərkəzi günbəzli türbələr qrupuna daxildir.[101] Konstruktiv həlli və memarlıq xüsusiyyətlərinə görə türbənin XII əsrin 80-ci illərində inşa edildiyi güman edilir.[102] Səkkizbucaqlı Kiran türbəsi giriş qapılarının həlli və dizaynı, detalların profilləşdirilməsi və künclərin ornamentasiyası, fasad naxışlarının bloklara bölünməsi və konstruktiv bütövlüyü ilə Yusif ibn KüseyrMömünə Xatun türbələrinin memarlıq xüsusiyyətlərini təkrarlayır.[102] Bütün bu xüsusiyyətləri nəzərə alan tədqiqatçı B. İbrahimov Səkkizbucaqlı Kiran türbəsinin də Əcəmi Naxçıvaninin əsəri olması ehtimalını irəli sürür.[102]

Dördbucaqlı Kiran türbəsi Kiran şəhristanının dördüncü məhəlləsi yerləşən təpənin enişində, Səkkizbucaqlı Kiran türbəsindən şimal-qərbdə yerləşir. Türbə, qismən yonulmuş yerli daşla üzlənmiş kürsü üzərində ucaldılmış kubu xatırladır. B. İbrahimov qeyd edir ki, abidənin memarlıq xüsusiyyətləri və arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrinə əsasən, Dördbucaqlı Kiran türbəsinin XII əsrin sonları-XIII əsrin əvvəllərində inşa edildiyini ehtimal etmək olar.[103] Dördbucaqlı Kiran türbəsinin divarları xaricdən yerli daşdan, daxildən isə kvadrat formalı (20x20x5 sm) bişmiş kərpiclərdən inşa edilmişdir. Türbənin oxvari tağ formasında həll edilmiş giriş qapısı şərq divarındakı portalda yerləşdirilmişdir. Qapı, şahmat sırası ilə düzlmüş üç kərpic hörgüsündən yaradılmış ¾ sütunlarla əhatələnmişdir.[104]

Yaşayış binası

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kiran yaşayış binası

Xarabagilan arxeoloji abidəsi ərazisində 1977–1978-ci illərdə tədqiq edilmiş Kiran yaşayış binası Kiran şəhərinin mülki memarlığının öyrənilməsi, həmçinin orta əsr Azərbaycan şəhərlərində yaşayış binalarının inşa xüsusiyyətlərinin tədqiq ediməsi baxımından mühüm əhəmiyyətə malikdir.[105] Arxeoloqlar evin XII əsrin sonu-XIII əsrin əvvəllərində inşa edildiyi qərarına gəlmişlər.[106] Qazıntılar zamanı ev ərazisindən aşkarlanmış Eldənizlər dövrünə aid müxtəlif sikkələr də arxeoloqların qənaətini təsdiqləmişdir.[106]

Yaşayış binası Kiran şəhristanının ikinci məhəlləsinin şərq qurtaracağında yerləşir.[107] Evin ikinci mərtəbəsi tamamilə dağılmışdır. Lakin on bir pillədən ibarət olan 2 metrdən çox hündürlüyə malik daş piləkənin saxlanması, evin ikinci mərtəbəsinin də olduğunu sübut edir.[107] Evin birinci mərtəbəsində səkkiz otaq aşkarlanmışdır.[107] Otaqların hər biri müxtəlif döşəmə hündürlüyünə malikdir. Ev təpənin maili yerində yerləşdiyinə görə, otaqlardan bir-birinə keçid da pilləkənlər vasitəsilə təmin edilmişdir.[107] Evin şərq tərəfi təpənin sıldırım qayalı hissəsinə açılır. Birinci və ikinci otaqların şərq divarında yerləşən qapalı terraslardan şərqdəki su hövzəsi və Kiran qalasının şərq divarına panoram görüntüsü açılırdı.[107]

Əldә edilmiş numizmatika materiallarına әsasәn Sasani şahı IV Hörmüzün (579–590) adından sikkә zәrb edildiyi mәlumdur. Ərazi cəhətdəm Şәrq ilә Qәrb arasında gedәn ticarәt әlaqәlәrindә әhәmiyyәtli rol oynadığından 14-cü әsrdә fәaliyyәtini bәrpa etmiş vә burada Hülakülərin gümüş dirhәmlәri kәsilmişdir.

Xarabagilandan aşkarlanmış arami yazılı kuzə, təxm. b.e. I–III əsrləri, Azərbaycan Tarix Muzeyi.

Xarabagilan abidəsinin arxeoloji tədqiqi zamanı aşkara çıxarılmış artefaktlar arasında keramika məhsulları növ və keyfiyyət zənginliyi ilə diqqəti cəlb edir.[108] S. V. Ter-Avetisyanın tədqiqatları zamanı əldə edilmiş 50-yə yaxın keramika nümunəsi hazırda Gürcüstan Milli Muzeyinin,[108] V. M. Sısoyevin tədqiqatları zamanı əldə edilmiş 200-dən çox keramika nümunəsi Azərbaycan Tarix Muzeyində[108], sonrakı dövrdə Xarabagilanda araşdırmalar zamanı tapılmış keramika nümunələri isə Naxçıvan Tarix Muzeyində saxlanılır.[109]

Kiran karvansarası (qazıntılar 1976, 1982–1983-cü illərdə aparılmışdır) və sonradan ətraflı tədqiq edilmiş yaşayış binasının (qazıntılar 1977–1978-ci illərdə aparılmışdır) qazıntıları xüsusilə keramika məhsullarının toplanması baxımından məhsuldarlığı ilə seçilmişdir. Xarabagilan qazıntılarından əldə edilmiş keramika nümunələrinin böyük bir hissəsi XII–XIII əsrlərə aiddir.[109] Həmçinin artefaktlar erkən orta əsr keramika nümunələri, nadir hallarda isə XIV–XV əsr keramikasına rast gəlinir.[109]

Kiran keramikası şirsiz və şirli olmaqla (müvafiq olaraq 80% və 20%) iki qrupa bölünür.[109] Şirsiz süfrə əşyaları ümumilikdə şirsiz keramikanın cüzi hissəsini təşkil etməklə IX–XI əsrlərə aiddir.[109] XI–XIII əsrlərdə süfrə keramikası tamamilə şirli olaraq hazırlanır.[109] Şirsiz süfrə qabları – qədəhlər, boşqablar və fincanlar qırmızı gildən hazırlanmışdır. Küpə və vazaların hazırlanmasında isə əsasən yaşımtıl boz gildən istifadə edilmişdir.[109]

Karvansaranın qazıntısı zamanı silindrik formalı iki tava aşkar edilmişdir. Onlardan biri iki, digəri isə bir qulpa malikdir. İkinci tava formasının orijinallığı ilə fərqlənir. Belə ki, onun qulp olmayan tərəfində burun-suzgəc yerləşdirilmişdir. Bu cür burunlu tava Xarabagilandan başqa heç bir yerdə aşkar edilməmişdir.[110]

Xarabagilan qazıntıları zamanı şəhristanın VI məhəlləsindən aşkarlanmış üstü arami yazılı bir qulplu saxsı kuzə şəhərin mədəni həyatının öyrənilməsi üçün böyük əhəmiyyət təşkil edir.[111] Kuzənin boğazından aşağı hissəsinə kimi gövdəsi mürəkkəblə yazılmış arami dilli yazılarla örtülmüşdür.[111] Kuzənin üstü mineral duz qatı ilə örtülüb və həmin təbəqənin təmizlənməsi çətinlik yaratdığına görə yazının tam oxunması mümkün olmamışdır.[112] Kuzə üzərindəki yazıları oxumağa çalışan İ. M. Dyakonov "güc", "cazibə", "və insan həyatı üçün", "bizə zülm etməsinə imkan vermə" kimi söz və ifadələri oxumağa müvəffəq olmuşdur.[111] İ. B. İbrahimov Dyakonovun oxuya bildiyi materiallara əsasən kuzə üzərindəki yazıların dua və ya lənət xarakteri daşıdığını qeyd edir.[111]

Şirli keramika Xarabagilandan aşkarlanmış keramika məhsullarının az bir hissəsini əhatə edir və onun da əsas hissəsi süfrə qablarıdır. Karvansaranın qazıntıları zamanı aşkarlanmış şirli keramika məhsulları, onlar üzərindəki epiqrafika və ətrafdakı sikkələrə əsasən tarixləndirilmişdir.[113] Xarabagilandan aşkarlanmış şirli qablar ornamentlərinin çoxnövlüyü və zənginliyi ilə seçilir.[114] Əksər hallarda həndəsi və nəbati naxışlar istifadə edilir. Kiran keramikasının həndəsi naxışları üçün simmetriklik və detalların dəqiq işlənməsi xarakterikdir. Q. A. Ciddi bunu şəhər mədəniyyətinin yüksək inkişaf səviyyəsinə çatması ilə izah edir.[115]

Xarabagilan keramikasında antropomorf formalara nadir hallarda rast gəlinir. B. İbrahimov bunu, İslamın insan təsvirinə olan qadağası ilə əlaqələndirir.[114]

Keramika məhsulları ilə müqayisədə Xarabagilan qazıntıları zamanı aşkarlanmış metalişləmə məhsulları say baxımından azlıq təşkil edir. Kiran metal məmulatları əsasən məişət və bəzək əşyaları nümunəsində öyrənilmişdir.[116] Arxeoloji qazıntılar nəticəsində aşkarlanmış metal əşyalarının əksəri mis və tuncdan hazırlanmışdır.[116]

Xarabagilan qazıntıları zamanı iki növ bilərsizklər aşkarlanmışdır. Onlardan ən geniş yayılanı iki və ya üç tunc kəndirin bir-birinə hörülməsi ilə yaradılmışdır. Azərbaycan ərazisində bu cür bilərziklər Beyləqan qazıntılarından da əldə edilmiş və XI–XIII əsrlərə aid edilmişdir.[117] İkinci növ bilərziklə nazik mis lövhələrdən hazırlanmaqla üzəri oyma naxışlarla bəzədilmişdir.[118]

Xarabagilan memat məmulatı arasında mis sinəlik və tunc amulet xüsusi diqqət cəlb edir.[118] Tökmə yolu ilə hazırlanmış və dörd çıxış yeri olan yaxalıq lövhəsi oturmuş bayquşu xatırladır.[118] Tökmə yolu ilə hazırlanmış tunc amuletin bir tərəfi düzdür, digər tərəfində isə sürünən heyvan təsviri vardır.[118] Metal əşyalar arasında üç güzgü vardır və onlardan ən böyük olanı ürək formasındadır.[118] Güzgünün kənarları düymə formalı çıxıntılarla bəzədilmişdir.[118]

Kiran metal məmulatları arasında bütöv qablar olmasa da, müxtəlif qab hissələri aşkar edilmişdir. Onlardan mis dolçanın zoomorf burunu diqqət cəlb edir. Tökmə yolu ilə hazırlanmış və bir-birinə birləşdirilmiş iki hissədən ibarət başlıq əjdaha başı formasındadır.[119] At ayağı formalı çıraq ayaqlarının isə tam oxşarı Beyləqan qazıntıları zamanı da aşkar edilmişdir.[120]

Dəmir əşyalar, əsasən, Kiran karvansarasının qazıntısı zamanı aşkar edilmişdir. Buradan ərsin (qapının bağlanması üçün metal hissə), nizə başlığı, dəmir qab ayaqları, mismarlar və sair əldə edilmişdir.[121]

Atropatena hökmdarı I Daranın (e.ə. 85–65) adından kəsilmiş və Xarabagilandan aşkarlanmış gümüş drahma, Azərbaycan Tarix Muzeyi

Numizmatik materiallar

[redaktə | mənbəni redaktə et]

Numizmatika nümunələri tarixləndirmə materialı olmaqla yanaşı, həm də şəhərin iqtisadi, siyasi və mədəni həytaının öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir.[122] Xarabagilan qazıntıları zamanı e.ə. II əsrdən b.e. XV əsrinə kimi müxtəlif dövrləri əhatə edən 170-dən çox müxtəlif sikkə nümunəsi aşkara çıxarılmışdır.[122] Onlardan ən qədim olanı e.ə. II–I əsrlərdə II Mitridatın (e.ə. 123–88) adından kəsilmiş Arşaki drahmasıdır.[123] Qərbi Roma imperatoru Honorinin (395–423) adından kəsilmiş qızıl solid Azərbaycan ərazisi üçün nadir tapıntı olmaqla, həm də imperiya ilə ticarət əlaqələrini göstərir.[122]

1912-ci ildə həyata keçirilmiş arxeoloji qazıntılar zamanı Xarabagilandan qızıl dinarlar xəzinəsi (500-ə yaxın sikkə) aşkara çıxarılmışdır.[124] Həmin sikkələrdən 5 nüsxə Ermitajda, 5 nüsxə Azərbaycan Tarix Muzeyində, 2 nüsxə isə Gürcüstan Milli Muzeyində saxlanılır.[111]

Xarabagilandan aşkarlanmış sikkələrin böyük bir hissəsi Azərbaycan Atabəyləri dövrünə aiddir. Eldənizlərin sikkələri ilə yanaşı Xarabagilandan anonim Bizans sikkəsi (XI–XII əsrlər)[125], I Məsudun (1180–1193) adından 1189–1190-cı illərdə Mosulda kəsilmiş sikkə[126], Şirvanşahlara məxsus mis sikkələr (XII əsr), Hülakülərdən Qazan xanın (1295–1304) mis sikkələri, Hülakülərdən Əbu Səidin adından 1328–1330-cu illərdə çap edilmiş sikkələr də əldə edilmişdir.[122]

  1. Ибрагимов, 2000. səh. 8
  2. Г. М. Асланов, Б. И. Ибрагимов. – Раскопки в Мунджуглутепе//Археологические открытия 1979 г. М. 1980. 419.
  3. 1 2 Ибрагимов, 2000. səh. 9
  4. Уманец, С.И. Аракс и очeрк местностей, по которым он протекает, Кавказский календарь на 1851 г. Тифлис. 1850. 21.
  5. 1 2 3 4 5 6 Ибрагимов, 2000. səh. 10
  6. 1 2 Ибрагимов, 2000. səh. 5
  7. Сейфадднни, М.А. Монетное дело и денежное отношение в Азербайджане ХII- XIV вв. Т. 1. Баку. 1978. 165.
  8. Нахичеванские рукописные документы ХVII- XIХ вв. Пер. и комментарии К.Н.Смирнова и Дж. Гаибова (Передняя Азия в документах. Кн. 1.). Тифлис. 1936.
  9. 1 2 3 4 Мамедов, Р. "Хараба-Гилан". Совет кянди. 16 марта 1972. (#accessdate_missing_url)
  10. 1 2 Ибрагимов, 2000. səh. 11
  11. Ал-Мукаддаси. Ахсан ат-такасим фи-марифат ал-акалим. Пер. Н.А.Караулова // СМОМПК. Вып. 38. Тифлис. 1908. 11.
  12. Ибрагимов, 2000. səh. 13
  13. Ал-Якуби. История. Пер. П.Жузе. Баку. 1927. 167.
  14. Шопен, И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. СПб. 1852. 158.
  15. Ибрагимов, 2000. səh. 14
  16. Минорский, В.Ф. История Ширвана и Дербента Х-XI веков. М. 1963. 32.
  17. 1 2 3 Ибрагимов, 2000. səh. 15
  18. Пасхалов, Я. Килить (СМОМПК. Вып. 13). Тифлис. 1892. 334–343.
  19. Шопен, И. Новые заметки на древние истории Кавказа и его обитателей. СПб. 1866. 408–409.
  20. Ибн ал-Асир. Ал-камил фи-т-тарих. Баку. 1940. 46.
  21. Казвини, Хамдаллах. Нузхат ал-Кулуб. 17.
  22. Олеарий, А. Подробное описание путешествия Гоштинского посольства в Московию и Персию в 1633, 1636 и 1639 годах. Пер. с нем. М. 1870. 701.
  23. Рафиев, Дж. Хараба-Гилан (Елм ва хаят, № 3). 1976.
  24. Тер-Аветисян, С.В. К археологическому обследованию Хараба-Гилана (Известия КИАИ. Т. 6.). Тбилиси. 1927. 167.
  25. Бартольд, В.В. Сочинения (Т. 7). М. 1971. 215.
  26. 1 2 3 4 5 6 7 8 9 Ибрагимов, 2000. səh. 23
  27. Хоренский, Моисей. История Армении.Пер. Н.Ф.Эмина. СПб. 1893. 44.
  28. Пахомов, Е.А. Монеты Азербайджана. Вып. 1. Баку. 1979. 15.
  29. 1 2 3 4 5 Ибрагимов, 2000. səh. 24
  30. Буниятов, З.М. Азербайджан в VII-IX вв. 41.
  31. Буниятов, З.М. Азербайджан в VII-IX вв. 44.
  32. Буниятов, З.М. Азербайджан в VII-IX вв. 73.
  33. Буниятов, З.М. Азербайджан в VII-IX вв. 82.
  34. 1 2 Гевонд, Вардепет. История халифов. СПб. 1862. 3.
  35. Асохик, Степанос. Всеобщая история. Пер. Н.Ф.Эмина. М. 1864. 89.
  36. 1 2 3 4 5 6 Ибрагимов, 2000. səh. 25
  37. Ибн ал-Асир. Ал-камил фи-т-тарих. Баку. 1940. 32.
  38. 1 2 Ибн ал-Асир. Ал-камил фи-т-тарих. Баку. 1940. 33.
  39. Ибн ал-Асир. Ал-камил фи-т-тарих. Баку. 1940. 38.
  40. Мамедов, Р.М. Очерк истории города Нахичевани. Баку. 1977. 69.
  41. Асохик, Степанос. Всеобщая история. Пер. Н.Ф.Эмина. М. 1864. 132.
  42. 1 2 Асохик, Степанос. Всеобщая история. Пер. Н.Ф.Эмина. М. 1864. 140.
  43. Шарифли, М.Х. Феодальные государства Азербайджана второй половины IХ-ХI вв. Баку. 1965. 76.
  44. Кафесоглы, И. Сельджукская империя в эпоху султана Мелик-шаха. Стамбул. 1953. 2.
  45. Ибрагимов, 2000. səh. 26
  46. 1 2 3 4 5 6 Ибрагимов, 2000. səh. 27
  47. Рубрук, Г. де. Путешествие в Восточные страны // Карпини Д. История монголов. М. 1957. 188.
  48. Мамедов, Р.М. Очерк истории города Нахичевани. Баку. 1977. 18.
  49. 1 2 Казвини, Хамдаллах. Нузхат ал-Кулуб. 89.
  50. Персидские указы Матенадарана. Т. 1. С. 178,188,189,221. Т. 2. С. 313, 315, 316, 322, 323.
  51. 1 2 Бузанд, Фавстос. История Армении. Пер. М.А.Геворгяна. Ереван. 1953. 26.
  52. Хоренский, Моисей. История Армении. Пер. Н.Ф.Эмина. СПб. 1893. 44, 60–62, 97, 184, 201.
  53. Гевонд, Вардепет. История халифов. СПб. 1862. 125–126.
  54. Асохик, Степанос. Всеобщая история. Пер. Н.Ф.Эмина. М. 1864. .25, 89.
  55. Кандзакеци, Киракос. История Армении. Пер. А.А.Ханларяна. М. 1976. 71, 262.
  56. Хоренский, Моисей. История Армении. Пер. Н.Ф.Эмина. СПб. 1893. 184.
  57. Армянская география VII в. по Р.Х. Пер. К.П.Патканова. СПб. 1877. 48.
  58. Асохик, Степанос. Всеобщая история. Пер. Н.Ф.Эмина. М. 1864. 25–85, 89, 132–140.
  59. Асохик, Степанос. Всеобщая история. Пер. Н.Ф.Эмина. М. 1864. 63–75.
  60. Тер-Аветисян, 1927. səh. 167
  61. ал-Куфи, Ахмад ибн Асам. Китаб ал-Футух. Пер. З.Буниятова. Баку. 1981.
  62. Ибн Хордадбех. Китаб ал-Масалик ва'л-Мамалик. Пер. Н.А.Караулова (СМОМПК. Вып. 32). Тифлис. 1903.
  63. Кудама, Абу ал-Фарадж. Китаб ал-Харадж ва санат ал-Китаба. Пер. Н.А.Караулова (СМОМПК Вып. 32). Тифлис. 1903. 26.
  64. ал-Истархи, Абу Исхак Ибрагим. Китаб Масалик ал-Мамалик. Пер. И.Афшара. Тегеран. 1969. 160.
  65. ал-Якуби, Ахмад. Китаб ал-Булдан. Пер. М.Айати (2-е изд). Тегеран. 1964. 46, 47.
  66. Ибн ал-Факих. Китаб ал-Булдан. Пер. Н.А.Караулова (СМОМПК. Вып. 32). Тифлис. 1903.
  67. Ал-Мукаддаси. Ахсан ат-такасим фи-марифат ал-акалим. Пер. Н.А.Караулова (СМОМПК. Вып. 38). Тифлис. 1908.
  68. Ибн Хаукаль. Масалик ва Мамалик. Пер. Н.А.Караулова (СМОМПК. Вып. 38). Тифлис. 1908.
  69. ал-Хамави, Якут. Муджам ал-Булдан. Пер. П.Жузе. 248–332.
  70. Миклухо-Маклай, Н.Д. Аджаиб ад-Дунйа. М.-Л. 1954. 208.
  71. История восхваления венценосцев. Пер. К.С.Кекелидзе. Тбилиси. 1954. 42–43, 81–82.
  72. Шами, Низамеддин. Зафернаме. Пер. с перс, на турец. Недтати Лугал. Анкара. 1949. 120, 122. 199, 201.
  73. Рубрук, Г. де. Путешествие в Восточные страны (Карпини Д. История монголов). М. 1957. 187–188.
  74. Персидские указы Матенадарана (Т. 1-2). Ереван. 1956–1959.
  75. "Тифлисский листок" (1914. 7 мая). . (#accessdate_missing_url)
  76. Известия КОМАО (Вып. 2. 1903. С. 18). Протокол № 15 от 8 декабря 1903 г.
  77. 1 2 Ибрагимов, 2000. səh. 16
  78. 1 2 Тер-Аветисян, С.В. К археологическому обследованию Хараба-Гилана (Известия КИАИ. Т. 6). Тбилиси. 1927. 168.
  79. Известия КОМАО (Вып. 4). Тифлис. 1919. 48.
  80. Тер-Аветисян, С.В. К археологическому обследованию Хараба-Гилана (Известия КИАИ. Т. 6). Тбилиси. 1927. 176.
  81. "Протокол № 70 от 3 мая 1914 г.". 8 (Вып. 4). Тифлис. Известия КОМАО. 1915. (#accessdate_missing_url)
  82. "Тетрадь 2.1929". 192 (Вып. 4). Известия АЗКОМСТАРИС. (#accessdate_missing_url)
  83. Сысоев, В.М. Нахичевань на Араксе и древности Нахичеванской АССР (Вып. 4. Тетрадь 2). / Известия АЗКОМСТАРИС. 1929. 87.
  84. 1 2 3 4 5 Ибрагимов, 2000. səh. 17
  85. Азимбеков, И. Мусульманские надписи: в Тифлисе, Эривани, Нахичевани, Карабагларе и др (Вып. 4. Тетрадь 2). Известия АЗКОМСТАРИС. 1929. 309–310. (#accessdate_missing_url)
  86. 1 2 "Бюллетень КИАИ в Тифлисе". 16 (№ 4). 1928. (#accessdate_missing_url)
  87. 1 2 3 4 Ибрагимов, 2000. səh. 18
  88. 1 2 3 Ибрагимов, 2000. səh. 19
  89. 1 2 3 4 5 6 Ибрагимов, 2000. səh. 28
  90. 1 2 3 4 5 Ибрагимов, 2000. səh. 29
  91. 1 2 3 4 Ибрагимов, 2000. səh. 31
  92. 1 2 Мамедзаде, К.М. Строительное искусство Азербайджана IV-ХVI вв. Баку. 1978. 33.
  93. 1 2 3 4 Ибрагимов, 2000. səh. 33
  94. Миклухо-Маклай, Н.Д. Аджаиб ад-Дунйа (Ученые записки Института востоковедения. Т. 9.). М.-Л. 1954. 208.
  95. Сысоев, В.М. Нахичевань на Араксе и древности Нахичеванской АССР (Вып. 4. Тетрадь 2). / Известия АЗКОМСТАРИС. 1929. 20.
  96. 1 2 3 4 Ибрагимов, 2000. səh. 34
  97. Ахмедов, Г.М. Средневековый город Байлакан. 50.
  98. Ибрагимов, 2000. səh. 35
  99. 1 2 3 4 5 Ибрагимов, 2000. səh. 30
  100. 1 2 3 4 Ибрагимов, 2000. səh. 49
  101. Ибрагимов, 2000. səh. 42
  102. 1 2 3 Ибрагимов, 2000. səh. 44
  103. Ибрагимов, 2000. səh. 47
  104. Ибрагимов, 2000. səh. 45
  105. Ибрагимов, 2000. səh. 38
  106. 1 2 Ибрагимов, 2000. səh. 41
  107. 1 2 3 4 5 Ибрагимов, 2000. səh. 39
  108. 1 2 3 Ибрагимов, 2000. səh. 62
  109. 1 2 3 4 5 6 7 Ибрагимов, 2000. səh. 63
  110. Ибрагимов, 2000. səh. 69
  111. 1 2 3 4 5 Ибрагимов, 2000. səh. 115
  112. Азимбеков, И. Мусульманские надписи в Тифлисе, Нахичевани, Карабаг ладе и др (Известия АЗКОМСТАРИС. Вы. 4. Тетрадь 2). Баку. 1929. 309–310.
  113. Ибрагимов, 2000. səh. 80
  114. 1 2 Ибрагимов, 2000. səh. 95
  115. Джидди, Г.А. Первые результаты археологических раскопок города Шемахи. 214.
  116. 1 2 Ибрагимов, 2000. səh. 107
  117. Ахмедов, Г.М. Средневековый город Байлакан. 55, 157. Рис. 33.
  118. 1 2 3 4 5 6 Ибрагимов, 2000. səh. 108
  119. Ибрагимов, 2000. səh. 109
  120. Ахмедов, Г.М. Средневековый город Байлакан. 186. Рис. 62.
  121. Ибрагимов, 2000. səh. 110
  122. 1 2 3 4 Ибрагимов, 2000. səh. 113
  123. Пахомов, Е.А. Клады Азербайджана и других республик и краев Кавказа (Вып. 2). Баку. 1938. 11.
  124. Ибрагимов, 2000. səh. 114
  125. Пахомов, Е.А. Клады Азербайджана и других республик и краев Кавказа (Вып. 2). Баку. 1938. 28.
  126. Пахомов, Е.А. Клады Азербайджана и других республик и краев Кавказа (Вып. 2). Баку. 1938. 29.
  • Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). Баку-Москва: Московская типография № 12. 2000.

[[Fayl:|link=Portal:Naxçıvan|24x24px|alt=П:]]  Naxçıvan portalı П:  Tarix portalı П:  Memarlıq portalı