Kirkuk-Ceyhan neft kəməri

Kərkük-Ceyhan neft kəməri (İraq-Türkiyə neft nəqledici) — 970 kilometr neft nəqli, Kərküklə Ceyhanı birləşdirən İraqın ən böyük neft nəql etmə sistemi.

Kərkük-Ceyhan neft kəməri
Ümumi məlumatlar
Tipi neft kəməri
Başlayır Kərkük
Bitir Ceyhan
İstismara verilib 1970
Uzunluğu 970 km
Yerləşməsi
Ölkələr
Regionlar İraq, Türkiyə

Texniki təsvir[redaktə | mənbəni redaktə et]

Neftin ötürülməsi diametri 1, 170 və 1,020 millimetr olan 2 boru ilə həyata keçirilir.

Neft nəqletmə qabiliyyəti gün ərzində 1,100 və 500 min barel təşkil edir.

Kərkük-Ceyhan neft kəməri
Kərkük-Ceyhan neft kəməri

Neft nəqli qurğuların ötürmə qabiliyyətinə uyğun tam gücdə istifadə edilmir.

2013-cü ildə Nasos stansiyasında işlərdən sonra İraqın şimalında onunla ötürülən neftin həcmində artım müşahidə olunmuşdur.

Belə ki, bu rəqəm 300 dən 500-600 min barelə qədər yüksəlmişdir.[1]

Bir çox yerlərdə borular əsaslı təmirə ehtiyac duyur.

2003-cü ildə İraq tərəfdən neft nəqli çoxsaylı sabotaj hərəkətlərinə görə çətinləşdi.[2]

2009-cu il 26 oktyabr tarixində Mosul ətrafında borularda problem yarandı.[3]

2015-ci il iyul ayının 29-da Türkiyədən 18 km sərhəddə boruların bir hissəsi partladıldı.

Sonuncu hadisənin məsuliyyətini PKK öz üzərinə götürdü, baxmayaraq ki, maliyyə baxımından ziyan görən tərəf Kürdistan regional idarəçiliyi oldu. Bu zərər $250 milyon məbləğində dəyərləndirilirdi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Iraq-Turkey Pipeline Capacity Increase Near Complete
  2. Gulf states mull over Hormuz bypass Arxivləşdirilib 2008-11-21 at the Wayback Machine, Upstream Online (11 мая 2007). Проверено 8 марта 2008.
  3. 11 августа 2010 года в близи от деревни Магара произошёл взрыв Blast rocks Kirkuk export link Arxivləşdirilib 2012-09-23 at the Wayback Machine, Upstream Online (28 октября 2009). Проверено 28 октября 2009.