Bakı-Novorossiysk neft kəməri

Bakı-Novorossiysk neft kəməriXəzər dənizi neftini Qara dəniz sahilində yerləşən Rusiya limanı Novorossiyskə daşımaq üçün nəzərdə tutulan neft kəməri, Şimal marşrutu.

Bakı-Novorossiysk neft kəməri
Ümumi məlumatlar
Tipi neft kəməri
Başlayır Bakı
Bitir Novorossiysk
İstismara verilib 1997
Uzunluğu 1347 km
Yerləşməsi
Ölkələr
Regionlar Azərbaycan, Rusiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1347 km, o cümlədən:

- Azərbaycan hissəsi 231 km;

- Rusiya hissəsi 1116 km (1983-cü ildə tikilmiş, 1995-1996-cı illərdə ABƏŞ və ARDNŞ tərəfindən hərəkət istiqaməti dəyişdirilmişdir).[1]

Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir.[2]

Borunun diametri - 720 mm., nasos stansiyalarının miqdarı 12. Maksimal daşıma qabiliyyəti ildə 6 mln. ton. Daşıma qabiliyyətini ildə 17 mln. tona qədər artırma ehtimalı var. Neft kəmərinin hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı 60 mln. dollarlıq iş görülmüşdür. (Azərbaycan Respublikasının ərazisində) Marşrut Sənqəçal neft terminalından başlanır. Terminalın qiyməti - 72 mln. dollar, tutumu 100 000 ton (730 000 min. barr.). Terminal hər birinin tutumu 25 000 ton olan 4 rezervuardan ibarətdir. Son məntəqə - Novorossiysk limanıdır. Liman ildə 34 mln. tona qədər neft və neft məhsullarını daşıma qabiliyyətinə malikdir. Azərbaycan hissəsinin operatoru - ABƏŞ, Rusiya hissəsinin operatoru isə Rusiyanın "Transneft" şirkətidir ki, o həm də mövcud obyektlərin təmir və yenidən qurulmasına, eləcə də yeni obyektlərin tikintisinə sərf olunan xərcləri öz üzərinə götürür.

Şimal marşrutu üzrə tariflər:

  • Rusiya Federasiyasının ərazisində 1 ton üçün 15,67 dollar;
  • Azərbaycan Respublikası ərazisində 1 ton üçün 1,013 dollar.

Azərbaycan neftinin Rusiya ərazisi ilə nəql edilməsi, eləcə də tərəflərin müvafiq fəaliyyət, vəzifə və məsuliyyətləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 18 yanvar 1996-cı il Sazişi ilə tənzimlənir. Sazişə uyğun olaraq xarici şirkətlər və Rusiya tərəfi ilə aparılan danışıqlar nəticəsində aşağıdakı çoxtərəfli kontraktlar və sənədlər imzalanmışdır ki, burada tərəflərin və öz hökumətlərini təmsil edən təşkilatların qarşılıqlı münasibətlərinin bütün kommersiya və hüquqi aspektləri ətraflı surətdə təsvir edilmişdir:

  • Azərbaycan neftinin Rusiya Federasiyasının ərazisindən nəql edilməsi haqqında "Transneft" şirkəti ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında saziş;
  • Neftin şimal marşrutu ilə eksportu üzrə ARDNŞ, ABƏŞ və xarici şirkətlər - "Əsrin müqaviləsi"nin iştirakçıları arasındakı sazişin əsasları;
  • Neftin nəql olunmasına kömək edilməsi haqqında Azərbaycan Respublikasının hökuməti ilə ABƏŞ arasında saziş.

Danışıqlar prosesi, bütün hökumətlərarası və başqa lazımi sazişlərin imzalanması və qüvvəyə minməsi qurtardıqdan sonra boru kəmərinin tikintisi və yenidən qurulması başlandı ki, bu da 1997-ci ildə başa çatdı. Lakin işlərin xeyli ahəngsiz getməsi səbəbindən layihədə nəzərdə tutulmuş daşıma gücünə müvəffəq olunmamışdır. [1]

Lakin işlərin xeyli ahəngsiz getməsi səbəbindən layihədə nəzərdə tutulmuş daşıma gücünə müvəffəq olunmamışdır. [1] Azərbaycan neftinin vurulması, nəzərdə tutulduğu kimi, 25 oktyabr 1997-ci ildə başlandı və 1999-cu ilin yanvarına kimi 1,5 mln. ton neft vuruldu. [3] Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin noyabr ayında Novorossiysk limanından 174 min 287 ton xam neft ixrac etmişdir.[4]

Bakı-Novorossiysk (neft kəməri) 2013-cü ildən Rusiyanın "Transneft" şirkəti tərəfindən idarə edilir. Neft kəmərlər vasitəsi ilə Novorosiyskə ötürülür və Urals markası ilə tanınır. "Urals" və "Azəri layt" markalı neft arasında qiymət fərqi 2006-cı ilin göstəricilərinə görə $3 təşkil edirdi.[5]

1997-ci ilin yanvarında Rusiya Fedrasiyası ilə Azərbaycan arasında neftin həcmini və ötürülmə müddətini müəyyən edən müqavilə imzalandı. Azərbaycan tərəfi il ərzində 2,5-2,7 milyon ton neftin nəql etməyi öhdəlik götürdü.[5]

SOCAR və "Transneft" şirkətləri 2021-ci ildə bir milyon ton neftin Bakı-Novorossiysk boru kəməri ilə nəqli barədə müqavilə imzalayıb. 2021-ci ilin yanvar-noyabr aylarında bu boru kəməri ilə 1,009 milyon ton Azərbaycan neftinin nəql olunub.[6]

  1. 1 2 3 "Şimal marşrutu" (PDF). 2022-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-01.
  2. "Bakı-Novorossiysk Neft Kəməri". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  3. "Azərbaycan neftinin nəql marşrutları (Bakı - Novorossiysk, Bakı-Supsa)". 2017-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  4. "Novorossiysk, Supsa və Ceyhan limanlarından xam neftin ixracı. "Xalq qəzeti", 2012, 5 dekabr, № 271, s. 1" (PDF). 2022-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-01.
  5. 1 2 "Azərbaycan neftinin nəql edilməsi marşrutları  — beynəlxalq səviyyədə siyasi fərqliliklərin mənbəyi, kreml.org, 15 mart 2006-cı il". 2018-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  6. "Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin həcmi açıqlanıb". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]