Kiyoşi Şiqa

Kiyoşi Şiqa (志賀 潔, Şiqa Kiyoşi?, 7 fevral 1871, Senday, Miyaqi25 yanvar 1957, Tokio[d], Yaponiya) və ya Kiyoşi SatoYaponiya bakterioloqu.[1]

Kiyoşi Şiqa
yap. 志賀潔
Doğum tarixi 7 fevral 1871(1871-02-07)
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1957(1957-01-25) (85 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Elm sahəsi tibb
İş yeri
  • Keyco İmperiya Universiteti[d]
Təhsili
Üzvlüyü
Mükafatları "Mədəniyyət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Kiyoşi Şiqa 1871-ci ildə Yaponiyanın Senday hanında[a] doğulmuşdur.[1] 1896-cı ild Tokio Universitetinin tibb fakültəsinin bakteriologiya bölməsindən məzun olmuşdur.[2] O, Şibasaburo Kitazatonun başçılığı altında Yoluxucu Xəstəliklər İnstitutunda və Karantina Bürosunda işləyərkən[2] 1897-ci ildə dizenteriyanın törədicisi olan Shigella dysenteriae bakteriyasını kəşf etmişdir.[1] İki dəfə Almaniyaya səyahət edərək serologiya, immunologiyavərəm üzrə dərslər almış, Paul Erlixin tələbəsi olmuşdur.[1] 1906-cı ildə doktorat dərəcəsi almışdır.[2]

Yaponiyaya qayıtdıqdan sonra 1915-ci ildə Kitazato İnstitutunun yaradılmasında iştirak etmiş və institutun bir bölməsinin başçısı olmuşdur.[2] 1920-ci ildə Koreya general-qubernator xəstəxanasının direktoru seçilmişdir.[2] 1920-ci ildə Keyo Universitetinin professoru olmuş, daha sonra Seul şəhərində yerləşən Keyco Universitetinin professoru (1925) və prezidenti (1929–1931) təyin olunmuşdur.[1] Bu dövrdə Filippin, Hindistan, İtaliya, Britaniya və İsveç kimi ölkələri ziyarət etmişdir.[2]

1944-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[1] Kitazato İnstitutunun fəxri üzvüdür.[2]

Qeydlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 89. ISBN 0-87011-627-4. İstifadə tarixi: 3 fevral 2023.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1383. İstifadə tarixi: 3 fevral 2023.