Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir.[1]
Heydər Əliyevin dəfni | |
---|---|
Tarix | 15 dekabr 2003 |
Yeri | Bakı, Azərbaycan |
İştirakçılar |
Əliyevlər Vladimir Putin Nursultan Nazarbayev Əsgər Akayev Eduard Şevardnadze Leonid Kuçma Əhməd Necdət Sezər Rəcəb Tayyib Ərdoğan |
Vikianbarda əlaqəli mediafayllar |
13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.[2] 14 dekabr Heydər Əliyevin qəbri Bakıya gətirilib.[3]
Heydər Əliyevlə vida mərasimində xeyli sayda xarici qonaqlar iştirak edib.[4]
Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin dəfni üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı.[5] Aşağıdakı siyahıda komissiyanın üzvləri göstəriib.[6]
Heydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Respublika Sarayında keçirilib.[7] Dəfn mərasimi Azərbaycanın əsas telekanalları ilə canlı yayımlanıb. Heydər Əliyevlə vida mərasimi yeddi saat çəkib.[7] Dəfndə 250,000 nəfər iştirak edib.[8] Yerli vaxtla saat 9.00-da tabutun önündə Azərbaycan Milli Qvardiyasının fəxri qarovul dəstəsinin düzülməsi ilə vida mərasimi başlayıb. Yerli məsciddə də eyni vaxtda cənazə namazı qılınırdı. Rəsmi mərasimdən sonra çoxlu kilometrlik yürüş baş tutdu. Bakıda cəmi bir saat yarım qaldıqdan sonra Vladimir Putin və Nursultan Nazarbayev mərasimi Binə Beynəlxalq Hava Limanı vasitəsilə erkən tərk etdilər. Heydər Əliyev Fəxri xiyabanda dəfn edildi. Dəfn zamanı artilleriya atəşi açıldı.[9][10]
Dəfn mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Əhməd Necdət Sezər,Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Leonid Kuçma, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti Vladimir Voronin, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Moskvanın meri Yuri Lujkov və digər siyasi-ictimai şəxslər iştirak edib.[11]