Ermənistan RespublikasınınLoru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Koğos kimi qeyd edilir.[5] 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Koğes bələdiyyəsi"ni (erm.Կողես համայնքի) təşkil edir.[6] 12 – 21 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 381 nəfərdir.[7]Qədim türk mənşəli Kol tayfasının adından yunan mənşəli "es" şəkilçisindən ibarətdir.[8]