Amerikan alimləri Ç.Kobb və P.Duqlasın adları ilə bağlı yaratdıqları «Kobb-Duqlas funksiyası» ekonometrik nailiyyətlərin ən geniş tətbiq məhsullarındandır. ABŞ-nin XX əsrin 20-ci illərində emal sənayesinə hesablanan «Kobb-Duqlas funksiyası» istehsal həcminin istehsalın əsas faktorları əmək və kapitaldan asılılığını ifadə edir. Bu funksiyaya görə istehsal həcmi iki faktorla istifadə edilən istehsal vasitələri kapital və əməyin miqdarı ilə təyin olunur.
İstehsal funksiyasının ümumi düsturu Y = AF(K,N) şəklindədir. Bununla belə, Kobb-Duqlas kimi spesifik düsturlar da mövcuddur:
Burada (1-θ) və θ uyğun olaraq əmək və kapitalın gəlirdəki xüsusi çəkilərini göstərir. Kobb-Duqlas funksiyası iqtisadiyyatı dəqiq təsvir etdiyinə və riyazi cəhətdən asan təfsir olunduğuna görə iqtisadçılar tərəfindən geniş istifadə edilir. Məsələn, Kobb-Duqlas funksiyasından istifadə etməklə kapitalın marjinal məhsuldarlığını (KMM) aşağıdakı şəkildə ifadə edə bilərik[1]:
Kobb–Duqlas istehsal funksiyası qeyri xəttidir:
Ancaq funksiyanın hər iki tərəfini təbii loqarifm götürməklə xətti hala transformasiya etmək mümkündür:
Kobb-Duqlas funksiyasının başlıca cəhətləri aşağıdakılardır:
İstehsal funksiyalarının irəli sürülməsi tarixi sənayeləşmə dövrünə təsadüf edir. 1927–1947-ci illərdə Çarlz Kobb və Paul Duqlas istehsal funksiyasını formalaşdırmışdılar[3]. Ekonometrik axının görkəmli nümayəndələri iqtisadiyyat sahəsində ilk Nobel laureatla Raqnar Friş /1895-1973/, Yan Tinberqen /1903-1994 hesab edilirlər. V.Leontyevin «xərclər-buraxılış» modeli, R.Friş və Y.Tinberqenin bu çevrədəki tədqiqat nəticələri, amerikan riyaziyyatçısı Çarlz Kobb ilə amerikan iqtisadçısı Pol Qovarl Duqlasın /1892-1976 müvafiq «Kobb-Duqlasın istehsal funksiyası» və digər miqyaslı ekonometrik işləmələr orta və uzun müddətli həcmli makro modellərin fundamental əsasını təşkil edir. Amerikan alimləri Ç.Kobb və P.Duqlasın adları ilə bağlı yaratdıqları «Kobb-Duqlas funksiyası» da ekonometrik nailiyytlərin ən geniş tətbiq məhsullarındandır. ABŞ-nin XX əsrin 20- ci illərində emal sənayesinə hesablanan «Kobb-Duqlas funksiyası» istehsal həcminin istehsalın əsas faktorları əmək və kapitaldan asılılığını ifadə edir. Bu funksiyaya görə istehsal həcmi iki faktorla istifadə edilən istehsal vasitələri kapital və əməyin miqdarı ilə təyin olunur. «Kobb-Duqlas funksiyası» asanlıqla aqreqatlaşır, xalq təsərrüfatı proseslərinin modelləşmə vasitəsinə çevrilə bilir. O, statistik modellərə giriş verərək cari resursların xərcləri ilə istehsal nəticəliyinin nisbətinin təyinatını imkanlı edir, müəssisənin fəaliyyətinin öyrənilməsində geniş istifadə tətbiqini tapır[4].