Yan Tinberqen

Yan Tinberqen (nid. Jan Tinbergen; 12 aprel 1903, Haaqa, Niderland9 iyun 1994, Haaqa, Niderland) — Niderland iqtisadçısı. 1969-cu ildə Raqnar Friş ilə birlikdə ilk dəfə olaraq İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Həmçinin Raqnar Frişlə birlikdə ekonometrikanın qurucularından hesab olunan və zəif inkişaf etmiş ölkələrdə iqtisadi planlama mövzusunda apardığı tədqiqatlarla məşhurlaşmış bir iqtisadçıdır.

Yan Tinberqen
nid. Jan Tinbergen
Doğum tarixi
Doğum yeri Haaqa Niderland Niderland
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Haaqa Niderland Niderland
Vətəndaşlığı Niderland Niderland
Elm sahəsi İqtisadiyyat
İş yeri Erasmus Universiteti
Təhsili
Elmi rəhbəri Pol Ehrenfest
Tanınır İlk makroekonometrik modelləşdirmə
Üzvlüyü
Mükafatları Nobel mükafatı 1969 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
M.Pronk, Yan Tinberqen və De Seynes. Haaqa iqtisadi simpoziumunda. 23 may 1975

Beş uşaqlı bir ailənin ilk övladı idi. Demək olar ki, bütün ailə üzvləri elm sahəsində öz sözünü demiş insanlardı. Atası orta məktəbdə dil bilgisi üzrə müəllimdi. Yan Tinberqenin yazdığı əsərlərin sadə dildə olmasında da atasının xüsusi təsiri vardı. Ailəsindən təsirlənərək onda da siyasi maraq formalaşmışdı. O, ilk əvvəl Sosialist Gənclər Təşkilatına, daha sonra isə Sosial Demokrat Partiyasına qoşuldu. Siyasi düşüncələrinə görə hərbi xidmətdən imtina etdi və bunun əvəzində hökumət işlərində məcburi xidmətə başladı. Məcburi xidmətinin bir hissəsini Dövlət Statistika Bürosunda yerinə yetirdi.

Bir müddət universitetdə köməkçi kimi fəaliyyət göstərdikdən sonra yenidən statistika bürosunda işə başladı. Universitetdə fizika ixtisası üzrə təhsil almışdı. Buna baxmayaraq doktorluq müdafiəsinin adı "Fizika və iqtisadiyyatda minimum problemlər" idi. Bundan sonra fəaliyyət sahəsi getdikcə iqtisadiyyata meylləndi. Universitetdə qazandığı riyazi biliklər və statistika bürosunda qazandığı təcrübə iqtisadiyyat sahəsindəki fəaliyyətində bu iki elmdən də qarşılıqlı şəkildə istifadə etməsinə səbəb oldu. Yan Tinberqen məsələlərə bu şəkildə yanaşmağını iqtisadi konyukturada dalğalanmalar mövzusunda da tətbiq etməyə çalışdı. Həm dalğalanmaları izah edən, həm də konyuktura nəzəriyyələrini emprik olaraq sınaqdan keçirən ekonometrik modellər qurdu. Bu işlərində C.M.Keynsin düşüncələrindən də istifadə etməsinə baxmayaraq, Keyns tərəfindən tənqid olundu. Bu işlər 1960-cı illərə qədər lazımi diqqəti çəkə bilmədi.

Yan Tinberqen daha sonralar rifah iqtisadiyyatı və inkişaf mövzusunda tədqiqatlara başladı. Xüsusilə bu sahədə bir sıra beynəlxalq qurumlarda işlədi.

Türkiyədə Dövlət Planlama Təşkilatının qurulmasında aktiv fəaliyyət göstərdi. İlk planların giriş-çıxış analizlərinə əsasən hazırlanmasında xüsusi rol oynadı.

Düşüncələri gəlirlərin bölüşdürülməsində ədalət prinsipi üzərində qərarlaşdı. Ancaq analizləri gəlirlərin ədalətli bölüşdürülməsindən çox rifahın ədalətliliyinə əsaslanırdı. 1969-cu ildə Raqnar Frişlə birlikdə "dinamik modelləri təkmilləşdirərək iqtisadi analizlərə uyğunlaşdıran" tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü.

  • Amerika Birləşmiş Ştatlarının biznes tsiklı (1919-1932). 1939
  • Biznes tsiklı nəzəriyyəsinin statistik sınaqları. 1939
  • Beynəlxalq İqtisadi Kooperasiyalar. 1946
  • İqtisadi siyasət nəzəriyyəsi. 1952
  • İqtisadi siyasət: prinsipləri və quruluşu. 1956
  • Biznes tsikllarının dinamikası: iqtisadi dəyişikliklərin öyrənilməsi. 1974. ISBN 0-226-80418-6
  • Gəlirlərin paylanması: analiz və siyasətlər. 1975
  • İqtisadi siyasət: prinsipləri və quruluşu. 1978
  • İqtisadi siyasətdə mərkəzləşmə və mərkəzdənyayınma. 1981. ISBN 0-313-23077-3

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]