Kolleksiya (lat. collectio — toplantı, toplanmış) — bir və ya ümumi kateqoriyada birləşdirilmiş əşyaların və ya sənət əsərlərinin (kitablar, əlyazmalar, arabalar, boyalar, markalar, sikkələr və s.) toplanması.
Kolleksiya elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusudur. Kolleksiyanın toplanmasına materialın toplanması, təhlili və redaktə edilməsi daxildir. Eyni mövzuyla əlaqədar olan rəsm əsərləri, əşyalar və mövzuların toplanması qədim dövrlərdən bəllidir. Kolleksiya toplamaq məşğuliyyəti kolleksiyaçılıq, kolleksiya toplayan, kolleksiyaçılıq ilə məşğul olan şəxs isə kolleksiyaçı adlanır. Kolleksiyaçılar topladıqları kolleksiyaları sərgilərdə nümayiş etdirirlər. Bəzən onlar kolleksiyaları muzeylərə və ya dövlətə hədiyyə edirlər.
Pul kolleksiyası sikkə və ya kağız pulların toplanmasıdır. Bir elm kimi buna numizmatika da deyilir, lakin numizmatika təkcə pulların toplanması deyil həm də onların incələnməsini (pulların neçənci ildə zərb olunması, neçənci ilə qədər istifadə olunması, qiyməti və s.) öyrənən elmdir. Pul kolleksiyasına daxil olan predmetləri incələyən, yəni numizmatika elmi ilə məşğul olan şəxsə numizmat deyilir.
Tanınmış yazıçı və kolleksiyaçı Aleksandr Qlezer müasir rəsm əsərləri ilə maraqlanmış və onları toplamışdır. O, sürgün olunandan sonra rəsm kolleksiyasının 500 parçasından yalnız 80-ni özü ilə Fransaya apara bilmişdir.
Şərqşünas-alim Bertels Yevgeni Eduardoviçin zəngin kitab kolleksiyası olmuşdur. Bu kolleksiyada 4253 nüsxə sənəd vardır. Alimin şəxsi kolleksiyası onun vəfatından sonra sonra Azərbaycan SSRİ EA MEK-in Şərq ədəbiyyatı fonduna daxil edilmişdir.
Ümumiyyətlə bir çox alimin öz ixtisasına aid kitab kolleksiyası olur və onların vəfatından sonra bu kolleksiyalar kitabxanalara hədiyyə edilir.
http://nedir.az/kolleksiya-nedir-kolleksiya-haqqinda Arxivləşdirilib 2018-11-03 at the Wayback Machine
Bu məqalə qaralama halındadır. Məqaləni təkmilləşdirərək və ya özəlləşdirilmiş qaralama şablonlarından birini qoyaraq Vikipediyaya töhfə verə bilərsiniz. |