Konkord meydanı (Paris)

Konkord meydanı ya Razılıq meydanı (fr. Place de la Concorde) — Klassizim üslubunda salınmış Parisin mərkəzi meydanı, "5 kral meydanından" biri. Böyüklüyünə görə Fransanın Bordo şəhərindəki lat. “Quinconces” meydanından sonra ikincidir. Sahəsi 68.470 m²- dir. Meydan Sena çayından şimalda, VIII arrondissement ərazisində, Tyuilri bağı ilə Şanzelize prospekti arasında yerləşir. Konkord meydanına RivoliRoyal küçələri açılırlar.

Konkord meydanı
Ümumi məlumatlar
Ölkə
Uzunluğu 359 m
Eni 212 m
metro
Konkord meydanı
Fontaine des Mers et l'Obélisque de la Concorde.jpg
fr. Fontaine des Mers
Obelisk in Place de la Concorde, Paris.JPG
Luksor obeliski
Fontaine des Fleuves.jpg
fr. Fontaine des Fleuves

Meydan 1755 ci ildə Kral meydanı kimi fransız memarı fr. Ange-Jacques Gabriel tərəfindən layihələşdirilərək salınmışdır. O zaman meydanda XV Lüdovikin heykəltaraş fr. Edmé Bouchardon tərəfindən hazırlanmış atüstündə heykəli qoyulmuş və onun şərəfinə adlandırılmışdır. Fransa inqilabından sonra atlı heykəli dağıdılır. Onun yerində "Azadlıq" heykəli ucaldılır. Bu meydanda 1119 şəxs (XVI Lüdovik, Mariya Antuanetta, Mari Jana Dübarry, Danton, Maksimillian Robespyerfr. Olympe de Gouges və s.) edam olunur. 1795 ci ıldə Yakobinlər hakimiyyətinə son qoyulduqdan sonra meydan Konkord (Razılıq) adlandırılır. Sonrakı illərdə ad hökmdarın adına müvafiq "XVI Lüdovik" sonra isə "Xartiya", 1830 cu il iyul inqilabından sonra isə təzədən Konkord adlandırılır. Vətəndaş kral Lui Filipp meydana neytral siyasi motivli bir heykəl qoyulması üçün fərman verir. Bu günə qədər Misirdən gətirilmiş həmin heykəl — Luksor obeliski meydana xüsusi görkəm verməkdədir.

"Konkord meydanı yer deyil, ideyadır."

Luksor obeliski

[redaktə | mənbəni redaktə et]

25 oktyabr 1835 ci ildə Konkord meydanının mərkəzində 23 metr hündürlüyə, 250 ton çəkiyə malık, e.ə. XIII əsrə aid II Ramzes tərəfindən Teben məbədi üçün monolit qranitdən yondurulmuş Luksor obeliski qoyulur. Luksor obeliski Misir valisi (vassal hökmdar) Məhəmməd Əli Paşa tərəfindən misirşünas alimi Jan-Fransua Şampolyonun gördüyü işlərin əvəzində ona hədiyyə olaraq verilmişdir.

Fransız dənizçilərinin ruhunu tərənnüm edən "Dəniz" (fr. Fontaine des Mers) (obeliskdən cənubda) və "Çay" (fr. Fontaine des Fleuves) (obeliskdən şimala) fəvvarələri Luksor obeliskinin cinahlarında yerləşir. Hər iki fəvvarə 1 may 1840 cı ildə inşa edilmişdir.

  1. 1 2 base Mérimée (fr.). ministère de la Culture, 1978.
  2. 1 2 archINFORM (alm.). 1994.