Konqo çökəkliyi

Konqo çökəkliyi — Mərkəzi Afrikada 300–500 m hündürlükdə yerləşən və diametri təxminən 1000 km olan çökəklik. Afrika platformasının sinekliz zonasına aiddi. Konqo çayı onu drenaj edir.

Konqo çökəkliyi
Konqo çayının hövzəsi. Konqo çökəkliyi onun mərkəzi hissəsində yerləşir.
Konqo çayının hövzəsi. Konqo çökəkliyi onun mərkəzi hissəsində yerləşir.
Ümumi məlumatlar
Mütləq hündürlüyü 300—500 m
Sahəsi 1 milyon
Yerləşməsi
0° şm. e. 22° ş. u.
Ölkələr
Konqo çökəkliyi xəritədə
Konqo çökəkliyi
Konqo çökəkliyi
Konqo çökəkliyi xəritədə
Konqo çökəkliyi
Konqo çökəkliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bitki örtüyü rütubətli qalın həmişəyaşıl və yarpağıtökülən həmişəyaşıl tropik meşələrindən ibarətdir.[1]

Sahəsi təxminən 1 milyon kilometr təşkil edir; onun şimaldan cənuba və qərbdən şərqə ölçüsü təxminən 1 000 km. Əsas çayı Konqodu, çökəkıiyin ərazisində həmçinin çoxlu göl və bataqlıqlar var.

Strukturasına görə Konqo çökəkliyi Kembri dövründən əvvəl yaranan Afrika platformasının sinekliz zonasına aiddi. Platformanın kristallik bünövrəsinin yeraltı (500—1000 metrdən çox dərinliydə yerləşir) çıxıntısı sineklizi şimal və cənub çökəkliylərinə bölür, onların mərkəzi hissələrində bünövrə daha 3000 metr dərinliyinə endirilib.

Konqo çökəkliyi yarus quruluşu ilə səciyyələnir. Ən aşağı (300–400 m) və gənc (Holosen) yarus çoxsaylı çayların geniş, daha çox bataqlaşmış subasar vadilərini yaradır, həmən vadilər çökəkliyin mərkəzi hissəsində vahid yastı olan və vaxtaşırı batırılan allüvial düzənlik yaradırlar.

Orta aylıq temperaturu 23-25°-dən 26-21°С-ədək dəyişir,  yağıntının illik miqdarı 1500–2000 mm və onun artığa bərabərdir.

  1. "Arxivlənmiş surət". 2018-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-26.