Konstantin Abramenko

Konstantin Maksimoviç Abramenko (rus. ́Константин Максимович Абраменко; 15 noyabr 1923, Gəncə28 noyabr 2005, Gəncə) — daha çox "Dyadya Kostya" kimi tanınan[1][2] SSRİAzərbaycan idman xadimi, məşqçi. "Azərbaycan SSR əməkdar məşqçisi" və "Əməkdar bədən tərbiyəsi və idman işçisi".[3][4]

Konstantin Abramenko
Константин Абраменко
Ləqəbi Dyadya Kostya
Doğum tarixi 15 noyabr 1923(1923-11-15)
Doğum yeri
Vəfat tarixi 28 noyabr 2005(2005-11-28) (82 yaşında)
Vəfat yeri
Dəfn yeri Gəncə Fəxri Xiyabanı
Mükafatları Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi

Konstantin Abramenko 15 noyabr 1923-cü ildə Gəncədə anadan olub. Gənc yaşlarında Gəncə dəmir yolu sistemində adi qaynaqçı kimi çalışıb. O dönəmlərdə futbola həvəsi olan Abramenko, uşaqları düşünərək, elə vağzalətrafı mikrorayonda öz gücü və vəsaiti ilə "Lokomotiv" adlı kiçik stadion qurub.[5][6] Onun yetirmələri sırasında Maşalla Əhmədov, Asif Əliyev, MehmanFüzuli Allahverdiyev qardaşları, Əli Rəhimov, Xaliq Mərdanov, Mahmud Qurbanov, Cavid Əhmədov, Rövşən Əhmədov, Anar Kələntərov, Fazil Pərvərov, Yunis HüseynovCeyhun İmamquliyev kimi futbolçular var.[5][7]

Konstantin Abramenko 28 noyabr 2005-ci ildə Gəncədə vəfat etmişdir. Gəncə Fəxri Xiyabanında dəfn edilib.[8][9].

Bir qızı var. O da atası vəfat etdikdən sonra evi satıb, Rusiyaya, qohumlarının yanına köçmüşdür.[9]

  • Azərbaycan SSR əməkdar məşqçisi: 1981[3]
  • Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi: 1991[3]
  1. "Gəncənin iki dahi məşqçisinin xatirə turniri KEÇİRİLDİ - FOTO". Bizim.media. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  2. "Bir gün Gəncədə - qəmli notlardan şən notlaradək - FOTOLAR". Sport24.az. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  3. 1 2 3 "ABRAMENKO Konstantin Maksimoviç". Ensiklopediya.gov.az. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  4. "Bədən tərbiyəsi və idman işçilərinin bir qrupuna "Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi" fəxri adı verilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 31 yanvar 1991-ci il tarixli, 153 nömrəli Fərmanı Arxivləşdirilib 2019-04-11 at the Wayback Machine  (az.)
  5. 1 2 "Gəncədə "Kostya dayının stadionu" bərpa edildi". 525.az. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  6. "Gəncədə "Dyadya Kostya"nın stadionu bərpa edildi - FOTO". bizim.media. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  7. ""Lokomotiv"ə getdim, bir gündən artıq qala bilməyib, geri qayıtdım" - Yunis Hüseynov". Qol.az. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  8. ""Kəpəz" "Kostya dayı"nın məzar daşını yeniləyib - FOTO". Msport.az. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  9. 1 2 Unudulmuş Abramenkoyla bitən era - LAYİHƏArxivləşdirilib 2016-04-26 at the Wayback Machine. futbolinfo.az, 21.04.2016  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]