"Tarixi derbi" — Neftçi və Kəpəz arasında keçirilən Azərbaycan futbol derbisidir. Bu iki komanda arasındakı matç hər zaman Azərbaycan futbol ictimaiyyətinin diqqət mərkəzində olur və daim prinsipiallığı ilə seçilir. Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır. Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırkı paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir. Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, "Kəpəz"in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir. Klub Gəncə şəhərini təmsil etsə də, Azərbaycanın bütün Qərb bölgəsi, Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi — Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir. Hələ Sovet dövründəykən də "Kəpəz"in tərəfdar kütləsi böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi. Buna görə də Qərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur.
Tarixi derbi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Digər adı | Tarixi Derbi |
İdman | Futbol |
Yer |
Bakı Gəncə |
Komandalar |
Neftçi Kəpəz |
Yayımçı | CBC Sport |
Stadionlar |
Tofiq Bəhramov adına Respublika Stadionu (Neftçi), Bakcell Arena (Neftçi) Gəncə Şəhər Stadionu (Kəpəz) |
Rəqabətin kökü SSSR zamanlarına dayanır. Beləki Kəpəz azarkeşləri hər zaman bildirirlər ki,"Kəpəz"in SSSR dönəmində "Neftçi" qədər uğurlu olmamasının ən böyük səbəbi məhz Neftçinin paytaxt təmsilçisi olduğu üçün, ölkənin əsas komandası hesab edilərək, Azərbaycanın ən istedadlı futbolçularını ənəlxüsus Gəncə futbolunun yetirmələrini hər zaman Kəpəz'dən "qopararaq" Neftçi'yə aparılmaları olubdurki buda Kəpəzin uğurlarına əngəl olub". Azərbaycan futbol ictimaiyyəti tərəfindən "Tarixi Derbi" olaraq adlandırılan bu rəqabət 20-ci əsrin 90-cı illərində MDB ölkələri arasında ən rəqabətli derbilər sırasında belə adı çəkilmişdir. İlk qarşılaşma 1962-ci il 26 iyunda SSSR kubokunun 1/8 mərhələsinə təsadüf edir. Klubların o zaman ki adları ilə "Dinamo Kirovabad"-"Neftyanik Baku" qarşılaşması 1–0 hesabı ilə qərblilərin qələbəsi ilə nəticələnib. Ümumilikdə isə o zamandan indiyədək bu komandalar 45 dəfə üz-üzə gəliblərki bu görüşlərdə paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır. Belə ki, bakılıların aktivində 21, gəncəlilərin aktivində isə 18 qələbə vardır.
Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır. Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırkı paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir. Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, "Kəpəz"in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir. Klub Gəncə şəhərini təmsil etsə də, Azərbaycanın bütün Qərb bölgəsi, Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi — Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir. Hələ Sovet dövründəykən də "Kəpəz"in tərəfdar kütləsi böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi. Buna görə də Qərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur.
Rəqabətin kökü SSSR zamanlarına dayanır. Beləki Kəpəz azarkeşləri hər zaman bildirirlər ki,"Kəpəz"in SSSR dönəmində "Neftçi" qədər uğurlu olmamasının ən böyük səbəbi məhz Neftçinin paytaxt təmsilçisi olduğu üçün, ölkənin əsas komandası hesab edilərək, Azərbaycanın ən istedadlı futbolçularını ənəlxüsus Gəncə futbolunun yetirmələrini hər zaman Kəpəz'dən "qopararaq" Neftçi'yə aparılmaları olubdurki buda Kəpəzin uğurlarına əngəl olub". Azərbaycan futbol ictimaiyyəti tərəfindən "Tarixi Derbi" olaraq adlandırılan bu rəqabət 20-ci əsrin 90-cı illərində MDB ölkələri arasında ən rəqabətli derbilər sırasında belə adı çəkilmişdir. İlk qarşılaşma 1962-ci il 26 iyunda SSSR kubokunun 1/8 mərhələsinə təsadüf edir. Klubların o zaman ki adları ilə "Dinamo Kirovabad"-"Neftyanik Baku" qarşılaşması 1–0 hesabı ilə qərblilərin qələbəsi ilə nəticələnib. Ümumilikdə isə o zamandan indiyədək bu komandalar 45 dəfə üz-üzə gəliblərki bu görüşlərdə paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır. Belə ki, bakılıların aktivində 20, gəncəlilərin aktivində isə 18 qələbə vardır.
Neftçi Azərbaycanda ən çox dəstəklənən klublardan biridir. Ölkənin ən çılğın azarkeşləri Neftçi azarkeşləri hesab olunur. Neftçi azarkeşləri Azərbaycana ilk dəfə Ultras Mədəniyyətini gətirmiş azarkeşlərdir. Müxtəlif illərdə Neftçinin bir sıra azarkeş qrupları olmuşdur. Onlar arasında Flaqman, Ultra Neftçi, Neftçimania və Forza Neftçini qeyd edə bilərik. Hal-hazırda klubun ən böyük azarkeş qrupu Forza Neftçidir. Forza Neftçi 2009-cu ildə yaranmışdır və Azərbaycanda ən güclü və ən çılğın azad azarkeş qruplarından biri hesab olunur. Forza Neftçi Bakcell Arenada kluba dəstəyini 1A sektorundan verir. Neftçini dəstəkləyən digər azarkeş qrupu isə "Neftçimania" adlanır. Neftçimania 2011-ci ildə yaranmışdır və ilk fəaliyyəti 2015-ə qədər olmuşdur. Sonradan bir müddət tribunalardan uzaqlaşdığını bildirən qrup "Köhnə 13" adı ilə 2017-də tribunaya qayıtsa da, 2019-cu ildə yenidən köhnə adı ilə tribunaya qayıtmışdır. Hal-hazırda Bakcell Arenada 4A sektorundan Neftçiyə dəstək olurlar. Klubun azarkeşləri ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Almaniya, Hollandiya və digər böyük azərbaycanlı icması olan ölkərdə var, lakin 2010-cu illərdə Neftçi öz mövqeyini təkmilləşdirilmişsəni baxmayaraq, klubun orta tamaşaçı sayısı aşağı səviyyəyə düşmüşdür.
Kəpəz"in başa çatan 2015/16-cı il Azərbaycan Premyer Liqasında ortalama azarkeş göstəricisi 15.000 olmuşdur, bu isə uzun illərdən sonra ölkə çempionatında ən yüksək göstəricidir. Azarkeşlər "Kəpəz"i Gəncənin bir növ rəmzlərindən biri olaraq görməkdədirlər və doğma şəhərlərinə qarşı olan sonsuz sevgiləri Kəpəzə qarşı da öz əksini tapır. 1990-cı illərdə bütövlükdə ölkədə olan tənəzzül sözsüz ki, ikinci böyük şəhər Gəncədən də yan keçməmişdir və şəhərin ağır günlərində insanlar doğma komandalarının əfsanəvi çıxışları ilə təskinlik tapırdılar. Buna görə də, "Kəpəz" hər zaman Gəncə şəhərinin simvolu olaraq görülüb. Kəpəz ölkənin 2-ci böyük şəhəri olan Gəncəni təmsil etsə də, demək olar ki, bütün Qərb bölgəsində və Aran bölgəsində xalqın komandası statusunu daşıyır və adı çəkilən bölgələrdə minlərlə azarkeşə sahibdir. Klubun ən çılğın azarkeş qruplaşmaları kimi Kapaz Ultras və Xəmsə Fan Klubu"nu qeyd etmək olar. Ümumilikdə isə klubun rəsmi olaraq beş fan-klubu fəaliyyət göstərir.
Yarış | Oyun | Neftçi PFK | Heç-heçə | Kəpəz PFK | Top fərqi |
---|---|---|---|---|---|
Azərbaycan Premyer Liqası | 44 | 21 | 7 | 16 | 69–41 |
Azərbaycan Kuboku | 14 | 8 | 2 | 4 | 18–11 |
SSRİ yüksək liqası | 2 | 1 | 0 | 1 | 2–3 |
SSRİ Kuboku | 1 | 0 | 0 | 1 | 0–1 |
SSRİ birinci liqası | 2 | 2 | 0 | 0 | 5–1 |
Cəmi | 63 | 32 | 9 | 22 | 94–57 |