Asif Tofiq oğlu Əliyev[1] (10 fevral 1956, Kirovabad) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi.
Asif Əliyev | |||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 10 fevral 1956 (68 yaş) | ||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
Asif Əliyev 10 fevral 1956-cı ildə Kirovabadda anadan olub. Peşəkar futbolçu karyerasına 1973-cü ildə, Futbol üzrə SSRİ ikinci liqasında çıxış edən "Dinamo Kirovabad" klubunda start verib.[2] 1976-cı ildə respublikanın əsas komandası olan "Neftçi" klubuna cəlb edilib. 1976–1985-ci illər ərzində Bakı təmsilçisinin heyətində ümumilikdə 227 oyuna çıxıb və 39 qol vurub.[2]
1985 mövsümünün gedişində Kirovabada qayıdıb və 1990-cı ilə qədər "Kəpəz"də çıxış edib. Peşəkar futbolçu karyerasını 1991-ci ildə Qazaxın "Göyəzən" komandasında başa vurub.[2]
Karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. 1996, 1998 və 1999-cu illərdə "Neftçi"nin baş məşqçisi olub.[3]