Koreyanın Səsi

Koreyanın səsi (kor. 조선의 소리 방송) — radiostansiyası Koreya Xalq Demokratik Respublikasının rəsmi kütləvi informasiya vasitəsidir, KXDR-nın Mərkəzi Komitəsinin televiziyaradio verilişləri üzrə struktur bölməsidir. Radiostansiyanın çağırış siqnalı "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrasıdır.

Koreyanın səsi
조선의 소리
Şəhər Pxenyan
Ölkə Şimali Koreya KXDR
Şüar "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrası
Tezlik 621 kilohertz, 6.070 kilohertz, 7.210 kilohertz, 7.220 kilohertz, 7.235 kilohertz, 9.425 kilohertz, 9.435 kilohertz, 9.445 kilohertz, 9.650 kilohertz, 9.730 kilohertz, 9.875 kilohertz, 9.890 kilohertz, 11.635 kilohertz, 11.645 kilohertz, 11.710 kilohertz, 11.735 kilohertz, 11.865 kilohertz, 11.910 kilohertz, 12.015 kilohertz, 13.650 kilohertz, 13.760 kilohertz, 15.105 kilohertz, 15.180 kilohertz, 15.245 kilohertz
Başlama tarixi 14 oktyabr 1945-ci il
Sayt www.vok.rep.kp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Radiostansiya əvvəllər "Pxenyan radiosu", "Mərkəzi Koreya radiosu", 1982-ci ildən "Koreyanın səsi" adlandırılmışdır.

Radiostansiya ilk dəfə olaraq 1945-ci ilin 14 oktyabrında "Pxenyan radiosu" kimi fəaliyyətə başlamışdır,[1] 2002-ci ildən "Koreyanın səsi" adlandırılır.

Radiostansiyada ilk xarici dildə verilişlər 1947-ci il 16 martdan yayımlanan Çin dilində olmuşdur. Yapon dilində verilişlər 1950-ci ildən, İngilis dilində 1951-ci ildən, Fransız və Rus dillərində 1963-cü ildən, İspan dilində 1965-ci ildən, Ərəb dilində 1970-ci ildən,[2] Alman dilində 1983-cü ildən yayımlanmağa başlanmışdır

Həftəlik yayımlanan verilişlərin həcmi 1960-cı ildə 159 saat, 1970-ci ildə 330 saat, 1980-ci ildə 597 saat, 1990-cı ildə 534 saat, 1994-cü ildə 529 saat, 1996-cı ildə 364 saat təşkil edirdi.

15 aprel 2011-ci ildə "Koreyanın səsi" radio stansiyasının internet saytı fəaliyyətə başlamışdır.

Xarici keçid[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hoare, James E. Voice of Korea // Historical Dictionary of Democratic People's Republic of Korea. London: Scarecrow Press. 2012. səh. 395. ISBN 978-0-8108-7987-4. 2017-11-27 tarixində arxivləşdirilib.
  2. "Voice of Korea mid-2014 schedule". North Korea Tech. 27 March 2014. 25 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 18, 2014.