Krım kərtənkələsi

Krım kərtənkələsi (lat. Podarcis tauricus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü.

Krım kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ümumi uzunluğu 20-24 sm təşkil edir. Üzəri yaşımtıl rəngdə olub iki uzunsov tünd ləkəyə malik olur. Buxax hissəsi erkəklərdə yaşıl və ya narıncı, dişilərdə isə yaşıl və ya ağ rəngdə olur. Başları qısa, quyruqları isə uzun olur. Əsasən otlu əraziləri, çöllükləri, yol kənarlarını xoşlayırlar. Hündürlüyü 1800 metrə qədər olan ərazilərdə rast gəlinir. Quyruqlarını atma xüsusiyyətlərinə malik olurlar.

Yumurta qoymaqla çoxalırlar ящерица. Dişilər may-iyunun əvvəllərində 2-6 yumuta qoyur. Blalar avqustun sonları-sentyabrın əvvəlləri yumurtadan çıxır.

Növ Balkan yarımadası, Moldova, Ukrayna, Macarıstanİon dənizi adalarında rast gəlinir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  • Podarcis tauricus ionica Albaniya və Şərqi Almaniyada yayılmışdır.
  • Podarcis tauricus thasopulaeThasopoulos adasında (Egey dənizi)
  • Podarcis tauricus tauricus — bütün areal boyunca
  1. The Reptile Database (ing.). / P. Uetz 2015.