Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kraliça İzabellanın portreti ilə olan 25 sent - gümüş sikkə, eyni zamanda I İzabella dörddə biri ( ing. Isabella quarter). Dolların dörddə birini təşkil edən gümüş sikkə 1893-cü ildə ABŞ - ın Çikaqo Dünya Sərgisində iştirak etməyi münasibətilə buraxılıb. Sikkə ön tərəfində portreti yerləşdirilmiş Kastiliya Kraliçası İzabella -nin şərəfinə adlandırılmışdır.
Sikkə bir sıra xüsusiyyətlərə malikdir:
Sikkə buraxıldıqdan sonra dizaynı tənqid olundu və köhnəlmiş adlandırıldı. Sikkə sərgi zamanı qeyri-qənaətbəxş şəkildə paylandı: 1 dollar müəyyən edilmiş qiymətlə cəmi 15,000 nüsxə satıldı. Nominal dəyərində isə daha 10,000 sikkə Qadın Təşkilatçılar Şurasının nümayəndələri tərəfindən alındı ( ing. The Board of Lady Managers). Buraxılan sikkələrin demək olar ki, yarısı yenidən ərinməsi üçün qaytarıldı. Bu gün həmən sikkə kolleksionerlər arasında populyardır və bir neçə min dollaradək qiymətləndirilir.
1892-ci ilin avqustunda ABŞ Konqresi öz qərarı ilə Çikaqodakı Ümumdünya Sərgisinin Amerika ekspozisiyasının təşkilatçılarına ABŞ-nin ilk xatirə sikkələrini - Kolumbun təsviri ilə yarım dollarlıq - buraxmaq hüququ verdi. Tədbirin keçirilməsinə icazə isə Amerika parlamenti tərəfindən iki il əvvəl verilmişdi. Bundan əlavə, qanunda iki təşkilat komitəsinin yaradılması nəzərdə tutulmuşdur: Qadınlar Şurası ( ing. The Board of Lady Managers) və Kişilər Şurası ( ing. Board of Gentleman Managers ).Qadın şurasına rəhbərlik Berta Palmer'ə tapşırıldı. Berta Palmer'in həyat yoldaşı Potter Palmer həmən vaxtlarda Çikaqoda ən böyük hotel sahibi idi.
Qadın Təşkilatçılar Şurasının yaradılması qərarı vəkil və hüquq müdafiəçisi Syuzan Entoninin təklifi ilə qanun layihəsinə daxil edilmişdi. O, qadınların kişilərlə yanaşı tədbirin təşkilinə kömək edə biləcəyini israr etdi. Eyni məqsədlə, Qadınlar Şurası sərgi çərçivəsində xatirə sikkəsi buraxmağı qərara aldı. Kolumbun portreti olan sikkəyə "rəqib" olaraq. 1892-ci ilin Noyabr ayında Kolumbun şəkli ilə yarım dolların sərbəst buraxılması baş verəndə, Qadınlar Şurası dizaynını "qeyri-bədii" adlandırdı. Berta Palmer, Qadınlar Şurasının nümayəndələrinin "ABŞ hökuməti tərəfindən buraxılan ilk yüksək bədii sikkənin müəllifi olmaq şərəfinə sahib olma" arzusunu dilə gətirdi.
3 mart 1893-cü ildə Konqres, texniki xüsusiyyətləri dövriyyəyə buraxılması nəzərdə tutulan sikkələrin parametrlərinə uyğun gəlməli və sikkənin istehsalı üçün qanun layihəsini qəbul etdi. Bundan əlavə, dizayn qəbul edilmiş qanuna uyğun olaraq , Maliyyə Naziri tərəfindən təsdiqlənməli idi. Xatirə sikkəsi olan 25 sentin ümumi tirajı 40.000 nüsxə qəbul edildi.
Əvvəlcə Berta Palmer, sikkənin dizaynının eskizində kömək üçün rəssam Kenyon Koksa müraciət etmişdi. Amma, dizaynın son mərhələsini qadın yaradmalı idi. Şuranın nümayəndələri, sərginin bədii katibi Sara Hallovellə də məsləhətləşirdilər. Hallovell heykəltaraş Augustus Saint-Gaudens'ə müraciət edir. O isə öz növbəsində, onun keçmiş şagirdi Kerolayn Peddli məsləhət görmüşdü. Peddl həmən vaxtlarda Tiffany şirkətinin sifarişi ilə məşğul olurdu. Və sonda sikkənin dizaynını işləmək Peddl'ə həvalə olunur.
Konqress sikkənin buraxılmasına qərar verən kimi, 14 mart 1893 -cü ildə ABŞ sikkə sarayının direktoru Edvard Liç Bertha Palmer'ə məktub göndərir. Leach məktubunda deyirdi - o, istərdi ki, 25 sentin dizaynını Şura yaradsın, lakin sikkə sarayının mühəndisi Çarlz Barber və Fiodelfiya sikkə sarayının rəhbəri Oliver Bosbişell tələb edir di, dizaynın işlənməsini sikkə sarayı özü etsin. Palmer isə öz cavabında deyir ki, Şura sikkəyə Kraliça İzabella I-nin portretini yerləşdirməyi qərar verib. Bu barədə Berta Palmerin konqresmen ilə Allen Durborou ilə də görüşü olmuşdur.
Mart ayının sonunda heykəltaraş Kerolayn Peddli ilə rəsmi razılaşma əldə edilir. Berta Palmerin təlimatlarına əsasən, sikkələrin ilkin təsvirlərində Kraliça İzabella təsviri, nominalı , ölkənin adı və yazılmalıdır - "Dünya Kolumbiya Sərgisinin təşkilatçıları Qadınlar Şurası tərəfindən 1492-1892 Konqres Qanununa uyğun olaraq verilmiş xatirə sikkəsi. (" ing. Commemorative coin issued for the Board of Lady Managers of the World's Columbian Exposition by Act of Congress, 1492—1892) Maliyyə Naziri John Griffin Carlisle Şuranın dizaynına etiraz etmədi, amma əks tərəfinin dizaynının dəyişdirilməsini istədi, "uzun bir yazısı olan bir sikkə reklam nişanı kimi görünəcək" - dedi.
Təlimatlara əsasən Peddl Sikkə sarayının direktoruna sikkənin üz tərəfində Kraliçanın rəsmini, arxa tərəfində uzun yazı ilə olmaqla ilk eskizləri göndərdi. Təqdim olunan eskizlər Liçi qane etmədi. O, sikkənin arxa tərəfini Çarlz Barberə tapşırdı. Kerolayn Peddli'dən isə ön tərəfini yenidən işləməyi, Kraliçanın profildən rəsmini istifadə etməyi təklif etdi. Dəyişikliklər təstiqləndi.
1. Sərgi Xristafor Kolumbun Amerikanı kəşf etməsinin 400 illiyinə həsr olunmuşdu.
2. 1873-cü ildə ABŞ hökuməti sikkələrin, əskinazların, qiymətli kagızların üzərində sağ olan insanların rəsmini vurmağı qadağan etmişdir.
Bu məqalə qaralama halındadır. |