Kraliça Meri Torpağı[1][2] (ing. Queen Mary Land) — Şərqi Antarktida ərazisində, 92°03' və 100°04' şərq uzunluqları arasında yerləşən bölgə.
Kraliça Meri Torpağı | |
---|---|
ing. "Queen Mary Land" | |
66°45′ c. e. 96°00′ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Qərnəbdən II Vilhelm Torpağı, şərqdən isə Uilks Torpağı ilə əhatələnir. Həqiqət sahilini Deyvis dənizi və Mouson dənizi yuyur. Şərqini Şeklton şelf buzlağı təşkil edir.
Bölgənin ərazisi bütünlüklə buzla örtülüdür. Materikin daxilinə doğru buzlağın qalınlığı 2500-3000 metr təşkil edir. Sahil ərazilərində təbii suxurkar üzə çıxır.
Kraliça Meri Torpağı ilk dəfə 1912-ci ildə Avstraliya Sntarktida ekspedisiyasının rəhbəri Duqlas Mouson tərəfindən kəşf edilmiş və V Georqun həyat yoldaşı Mariya Tekskayanın şərəfinə adlandırılmışdır.
Kraliça Meri Torpağına rəsmi olaraq Avstraliya iddia edir. Ancaq Antarktida haqqında konvensiyaya görə bütün ərazi iddiaları dondurulmuşdur. 1956—1959-cu illərdə burada SSRİ-yə məxsus Komsomolskaya Pioner, 1957-1959-cu illərdə isə Komsomolskaya qütb stansiyası fəaliyyət göstərmişdir. Bölgə də Vostok gölü yerləşir.