Mouson dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Vize burnu və Poynsett burnu arasında yerləşir. Sahəsi 333,000 km², sahil xəttdinin uzunluğu 800 km, maksimal dərinliyi 1000 m təşkil edir. Suları il boyu hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Burada Selkton şelf buzlağı yerləşir. Dənizin öyrənilməsində Sovet Antartik ekspedisiyasının böyük rolu olmuşdur. 1962-ci ildə ekspedisiya Cənub okeanının bu hissəsinin müstəqil bir dəniz olmasını isbat etmişdir. Dəniz Avstraliya antarktik ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. Seklton şelf buzlağı gəmilər, üçün təhlükəlidir. Sahilində Vaqner vahəsində 1956–1958-ci illərdə "Oazis" elmi-tədqiqat stansiyası fəaliyyət göstərirdi. Hal-hazırda burada Avstraliyaya məxsus "Keysi" stansiyası fəaliyyət göstərir.
Mouson dənizi | |
---|---|
ing. Mawson Sea | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 333,000 km² |
Sahil uzunluğu | 800 km |
Dərin yeri | 1,000 m |
Yerləşməsi | |
64°00′00″ c. e. 105°00′00″ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Üst akvatoriyası | |
Yerləşməsi | Şərqi Antarktida |
|
Dəniz sularında 2 növ plankton vardır: Diatomeya və dinoflaqelyatta. Burada molyuskalara, xərcənglərə və kiçik dəniz ulduzuları rast gəlinir.