Ksantippa (q.yun. Ξανθίππη; e. ə. V əsr, Afina – e. ə. IV əsr) — qədim yunan filosofu Sokratın həyat yoldaşı. O, zadəgan ailəsindən idi. Sokratla təxminən 50 yaşında ikən evlənmiş və üç oğlu dünyaya gəlmişdir. Edamdan əvvəl son gün Sokratla vidalaşmağa gələnlər arasında Platon Ksantippanın adını çəkdi. Ksenofont onu dözülməz xarakterə malik olan qəmgin qadın kimi təsvir edirdi. Sonradan Sokratın ailə münasibətləri çoxlu təfərrüatlar və lətifə hekayələri ilə tamamlandı. Onların etibarlılığı, filosofun ölümündən yüz illər sonra görünmə vaxtını nəzərə alsaq, son dərəcə şübhəlidir.
Ksantippa | |
---|---|
q.yun. Ξανθίππη | |
Doğum tarixi | e. ə. V əsr |
Doğum yeri | |
Vəfat tarixi | e. ə. IV əsr |
Həyat yoldaşı | |
Fəaliyyəti | əsilzadə |
Fəaliyyət illəri | e.ə. 5. əsr–e.ə. 4. əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Sokrat ailəsindəki vəziyyət və Ksantippanın qəzəbli xarakteri Qədim Afinada "şəhərin söhbətinə" çevrildi. Ksantippanın adı qəzəbli bir arvad etalonu oldu. Müasir alimlər Sokrat və Ksantippin xarakterlərindəki fərqi vurğulayırlar. Fəlsəfədən uzaq bir gənc qadın Sokratın küçələrdə, meydanlarda tələbələrlə söhbətlərdədə keçirdiyi vaxtdan razı qala bilməzdi. Uşaqlara və ev təsərrüfatına qayğı yalnız Ksantippanın üzərinə düşürdü. Bu, Sokratın fəlsəfi sakitliklə qəbul etdiyi daimi ailə qalmaqallarına və təhqirlərə səbəb olurdu. Antik müəlliflər üçün Ksantippa ilə Sokrat arasındakı münasibət filosof və qəzəbli arvad arasında ziddiyyət təşkil edən çoxsaylı zarafatların mənbəyinə çevrildi. Pis xasiyyətinə baxmayaraq, tarixçilər Ksantippanı ərini özünəməxsus şəkildə sevən qayğıkeş ana hesab edirlər.[2] İngilis şairi və yazıçısı Robert Qreyvs Sokrat və Ksantippa arasındakı münasibətdə rasional-intuitiv və fəlsəfi arasında ziddiyyət görürdü. Ksantippa ərinin fəaliyyətini ailənin rifahı və uşaqların gələcəyi üçün təhlükə kimi görürdü. İki mümkün variantdan - ərini olduğu kimi qəbul etmək və ya onun fəaliyyətini başqa istiqamətə yönəltmək üçün bütün vasitələrlə cəhd etmək - ikincini seçdi.[3]
Alman filosofu Fridrix Nitsşe Sokratın bir filosof kimi şəxsiyyətinin formalaşmasında Ksantippanın mühüm rolunu görürdü. Arvadının ağır xarakteri Sokratı ev rahatlığından məhrum etdi. Beləliklə, Ksantippa ərinə “küçədə və söhbət edə biləcəyi, boş qala biləcəyi hər yerdə yaşamağı öyrətdi və bununla da ondan ən böyük Afinalı küçə dialektikini yaratdı”.[4]
Antik müəllif Leartlı Diogen (180-240) Sokrat və Ksantippa haqqında bir neçə məşhur lətifə verir. Növbəti mübahisədən sonra Ksantippa yenə ərinin başına su tökür. Bu dəfə Sokrat deyir: “Ksantippada əvvəlcə ildırım gurlayır, sonra isə yağış yağır”. Bir gün Sokratın tələbəsi Alkiviad müəlliminə Ksantippanın təhqirinin dözülməz olduğunu söylədikdə o, belə cavab verir: “Amma mən buna çarxın əbədi cırıltısı kimi öyrəşmişəm. Bəs sən qazın qışqırıq səsinə dözə bilirsənmi?” "Amma qazlardan süfrə üçün yumurta və cücələr alıram" deyə Alkiviad cavab verdikdə: “Və Ksantippa da mənim övladlarımı dünyaya gətirib” deməklə Sokrat söhbəti yekunlaşdırır.[5]