Kuban deltası — Rusiya ərazisində yerləşən iri deltalardan biri. Delta Kuban çayının mənsəbində yerləşir. Sahəsi 4 300 km² təşkil edir. Bu sahə Volqa çayının illik su sərfiyyatının 5 % təşkil edən Kuban çayı üçün böyük göstəricidir. Kuban deltası Azov dənizinin şərq sahillərində yerləşir. Çayın qolları sahil boyunca ensiz zolaq şəklində axır. Onun qollarından bəziləri Taman yarımadası ərazisindən dənizə tökülür. Bu isə deltanı dünyanın ən fərqli deltası edir. Belə ki yarımadanın degər sahilini Qara dənizin suları yuyur. Deltanın sahil xəttinin uzunluğu 280 km-dir. Bunun 160 km Azov dənizi, 120 km isə Qara dənizin sshilini təşkil edir.
Çağdaş delta balaqlıqlaşmış liman, göl, ada və adaçıqlarla zəngin olan bir sahədir. Bölgə Mülayim və Subtropik iqlim qurşaqlarının kəsişdiyi sahədə yerləşir. Delta zəngin fauna və floraya sahibdir. 1980-ci illərdən Çaqqallar deltanın ərazisində məskən salmışlar. Onlar kifayət qədər isti sevər olmalarına baxmayaraq bölgəyə uyğunlaşmışlar[1][2]. Kuban çayı öz başlanğıcını Qafqazın buzlaqlarından götürür. O Azov dənizinə tökülən Don çayından sonra ikinci böyük çaydır. Uzunluğu 870 km, hövzəsinin sahəsi isə 57 900 km² təşkil edir. Hər il deltaya 13,5 km³ su gəlir ki, bununda 2,5 km³ bataqlıqlarda qalır. Krasnodar su anbarının inşasından sonra çayın dənizə tökülən suyunda azalma müşahidə edilir. Bu cəmi 11,0 km³ təşkil edir.
Əvvəllər Azov dənizi çağdaş Krasnodar vilayəti ərazisinə qədər uzanırdı. Taman yarımadası isə sadəcə bir arxipelaq idi. Sonradan arxipelaqda olan adaları ayıran boğazlar lillə dolmuşdur.