Kubanda Noğay üsyanı — bozqırlarda köçəri həya sürən noğayların Rusiyanın işğalçılıq siyasətinə qarşı son əhəmiyyətli müqavimətləridir. 1783-cü ildə baş vermişdir. Üsyanın məğlubiyyətlə nəticələnməsi Qafqazın şimal hissəsinin slavyanlaşdırılma yol açmış və Qafqazın Rusiya tərəfindən ələ keçirilməsinin əsasını qoymuşdur. Üsyanın səbəbi Krımın Rusiya imperiyasına ilhaq edilməsi və bu ətraflarda yaşayan noğayların buradan Ural ətrafına köçürülməsi planları olmuşdur. Üsyan bir neçə ay ərzində Aleksandr Suvorovun komandanlığı altındakı ordu tərəfindən qəddarlıqla yatırılmışdır.
Kubanda Noğay üsyanı | |||
---|---|---|---|
| |||
Yeri | Kuban | ||
Səbəbi | Rusiya imperiyasının Krımı ilhaqı və noğayları Urala köçürmə planları | ||
Nəticəsi | Noğay məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Qara dənizin şimalındakı noğaylar demək olar ki, 300 il idi ki, Krım xanlığından asılı idilər. Krım xanlığı da öz növbəsində Osmanlı imperiyasından vassal asılılığında idi. Kuban noğayları şərqə uzaq olduqları üçün digər yaxın qruplara nisbətən daha müstəqil idilər. Rusiya tədricən noğayları cənuba doğru sıxışdırmağa başladılar. 1768-1774-cü illər Rus-Türk müharibəsinin nəticəsində Krım xanlığı Osmanlı asılılığından çıxdı, lakin əslində Rusiyanın vassallığına keçdi. Rusiya meyilli Şahin Gəray xalq arasında nüfuza malik deyildi və ruslara yaxınlaşmağa məcbur idi. Kuban noğayları hələ də rus hakimiyyətinə düşmən mövqedə qalırdılar. 1781-ci ildə Kubandakı noğaylar ruspərəst Krım xanına düşmən münasibətlər sərgiləməyə başladılar. 1782-ci ilin iyulunda üsyan Krıma yayıldı. İlk üsyan 1782-ci ilin sonlarında rus qoşunları tərəfindən yatırıldı.[1][2]
8 aprel 1783-cü ildə Rusiya imperatriçası II Yekaterina manifest imzaladı. Manifestə görə Krım, Taman və Kuban Rusiyanın mülkü elan edilirdi.[3] Bu noğayların Krıma deyil, Rusiyaya tabe olması demək idi. Qara dəniz noğaylarının böyük bir hissəsi (Yedisan, Edişkul, Djemboyluq) Rusiyanın subyekti olmaqdansa, Kubana miqrasiya etməyi üstün tutdular.
1783-cü ilin yayında Kuban korpusunun komandanı Aleksandr Suvorov Kuban noğaylarını imperiyaya sadiqlik andı içməyə razı salmağa çalışdı. Eyni zamanda, Qriqori Potyemkinin əmri ilə noğayları Uralın Tambov quberniyasına və Saratov quberniyasına köçürülməsinə hazırlıqlar başladıldı. Hər iki quberniya cənubi Uralın qərbində yerləşirdi. 28 iyun 1783-cü ildə Kuban və Qara dəniz noğaylarının mirzələri Yeyskdə Rusiyaya bağlılıq andı içdilər. Rus və kazak qoşunlarının nəzarəti altında köçürülmə həyata keçirilməyə başladı. Bu qoşunlar qaçmaq üçün bütün keçidləri ələ keçirmişdilər.
Buna cavab olaraq, 30-31 iyul 1783-cü ildə noğayların əksəriyyəti köçməyi rədd edərək, Kubanda üsyana qalxdılar. 1 avqust tarixində, təxminən 7-10 min nəfərdən ibarət üsyançılar Buturski və Vladimir alaylarının yerləşdiyi Orak Yylqasa və Yeya çayları üzərindəki rus postlarına hücum etdilər.[4][5] Buradakı rus qoşunlarına leytenant Jidkov rəhbərlik edirdi. Mayor Rautsisu və Kekuatovun alayları onlara köməyə gəldilər. Döyüşün radiusu 30 km-ə qədər genişlədi və noğayların ağır məğlubiyyəti ilə nəticələndi. Lakin bir qrup noğay cəbhə xəttini yararaq, Laba çayı boyunca cənuba keçə bildilər. Hökumət qüvvələr Mambetmirzə Murzabekov, Kelembet Mirzə və digər noğay mirzələrini ələ keçirməyə nail oldular.
23 avqust gecəsində Yeysk ətrafındakı kazak dəstəsi 5 min nəfərlik süvari noğay ordusunun hücumuna məruz qaldı. İki hücum dəf edildi, lakin Azov dənizi sahilində noğaylara yardım gəldiyini öyrənən rus komandir Leşkeviç dəstələrini qaladan geri çəkdi və top zərbələri ilə noğaylara ziyan vurdu.[6] Yeyskə hücum edən noğaylar arasında 40 mirzə və ağa var idi. Onların əksəriyyəti gənc aristokratlar idilər. Yeysk almaq noğaylar üçün çox çətin idi, çünki orada güclü odlu rus silahlarına qarşı noğaylar yalnız yüngül silahlanmış süvari ordusuna malik idilər. Noğaylar ağır itki verdilər.
1 oktyabr 1783-cü ildə Kuban korpusunun və Don kazaklarının birləşmiş dəstələri Suvorovun komandanlığı altında gizli formada Kubanı keçdilər və üsyançıların Kermençik yaxınlığındakı əsas düşərgəsinə yaxınlaşdılar. Bu düşərgə Laba çayı sahilində yerləşirdi. Döyüşdə Suvorov noğayların dəstələrini tamamilə dağıtmağı bacardı.ref name=":1" /> Edişkul, Kasayev və Novruz ordalarının mirzələri döyüşdə qətlə yetirildi.
İlin sonunda Suvorov növbəti dəstələri Kuban boyunca individual noğay qruplarını təmizləməyə göndərdi.
Noğayların itkisi çox idi. 7 min noğay döyüşçüsü döyüşdə vəfat etdi və mindən çoxu əsir düşdü. Bu rəqəmlərə qadın və uşaqların sayı daxil deyil. Nəticə olaraq, mirzələrin əksəriyyəti Suvorova itaət etdi və nəhayət, Krımın, Noğay torpaqlarının Rusiya imperiyasına ilhaqını qəbul etdilər. Qarşılığında, Rusiya imperiyası noğaylatın Urala köçürülməsini dayandırdı. Kuban noğaylarının bir hissəsi Xəzər dənizi sahilinə köçdü. Burada modern noğaylar yaşayır. Djemboyluq və Yedisan ordaları Azov dənizinin şimal-qərbində yerləşən Moloçna çayının sahilinə köçdülər.
Noğayların itkiləri bütünnoğay əhalisinə təsir etmişdi. Nəhayət, uzun müddətdir davam edən noğayların siyasi müstəqilliyi sona çatdı. Bir çox müasir noğay sosial təşkilatlarına görə üsyançılara qarşı görülən tədbirlər soyqırım aktıdır. Noğayların bildirdiklərinə görə, üsyanın yatırılması zamanı qadın və uşaqlar da daxil olmaqla, on minlərlə insan qtələ yetirilmişdir.
Üsyanın yatırılmasından sonra Rusiya imperiyası üçün bütün Qafqazı ələ keçirmək yolu tamamilə açılmış oldu.