Rusiya imperiyasının Krımı ilhaqı — əvvəllər Krım xanlığına bağlı yarımada olan Krım 19 aprel 1783-cü il tarixində Rus imperiyası tərəfindən ilhaq edilməsi hadisəsi nəzərdə tutulur.[1] İlhaqdan əvvəlki müddətdə rus imperiyası Krımın daxili işlərinə müdaxilələr edərkən, Krımın bağlı olduğu Osmanlı imperiyası Krım ilə yetərincə maraqlanmamaqda idi. İlhaqdan sonra tam 134 il boyunca rus imperiyası tərəfindən idarə edilən Krımdakı rus hakimiyyəti 1917-ci il iqilabından sonra qısaömürlü Krım Xalq Cümhuriyyətinin elan edilməsiylə sonlandı.
Rusiya Vətəndaş müharibəsi dövründə tez-tez əl dəyişdirən Krım 1921-ci ildən 1954-cü ilə qədər Rusiya Sovet Federativ Sosialist Respublikasının, daha sonra isə Ukrayna Sovet Sosialist Respublikasının və 1991-ci ildə müstəqilliyini qazanan Ukraynanın hakimiyyəti altında qaldı. 2014-cü ildə Rusiya tərəfindən yenidən ilhaq edilən Krımın son ilhaqı isə hələ beynəlxalq arenada rəsmi olaraq tanınmamaqdadır.[2][3]
Krımın Qara dənizin kənarında olması, yanında Qafqaza gedən yolun olması ruslar üçün yarımadanı strateji baxımdan önəmli hala gətirməkdə idi. Osmanlı imperiyası isə bu təhlükənin fərqinə XVIII əsrin sonlarında başa düşdü.[4] Rusiyanın Qara dəniz sahillərini əlinə keçirərək isti sulara çatma məqsədi üçün etdiyi müharibələrdən biri olan 1735–1739 Osmanlı-Rus-Avstriya müharibəsi nəticəsində imzalanan Belqrad müqaviləsi ilə ruslar Krımı müharibə yolu ilə ala bilməyəcəklərini başa düşərək sərhədlərini genişlətmə məsələsində strateji dəyişikliklərə getdilər. Krım xanlığının daxili işlərində qarışıqlıqlar çıxarmaq sürətiylə xanlığı içdən zəiflətmək və Osmanlı imperiyasının da zəif olduğu anda buranı almağı planlayan ruslar bu məqsədlə 1740-cı ildə Krım ilə əlaqələri nizamlamaq üçün Kiyevə vali təyin etdilər və Krıma da konsul təyin etdilər. Təyin edilən konsul Krımın sosial, siyasi və iqtisadi vəziyyətini, yarımadanın topoqrafik və strateji strukturunu, xalqın və Krımın hakim elitasının adət və ənənələri kimi xüsusiyyətlərini müntəzəm olaraq Rusiyaya bildirdi.[5]
Osmanlılar tatarların əvvəlki kimi ruslar qarşısında dayanıqlılıq göstərə bilməmələri səbəbiylə Krım və Kefe sərəskəri ünvanıyla vəzirin Kefedə yaşamasına ehtiyac hiss etmişlər və Krım xanlığının mərkəzini Baxçasaraydan ehtimal olunan rus hücumu qarşısında geostrateji önəmə sahib Bender yaxınlığındakı Qavşana köçürdülər.[6] Krımlıların sosial və siyasi strukturunun əvvəlkinə nisbətən zəifləməsini fürsət bilən ruslar Krımdakı tayfalar arasında nifaq salmağa və xalqın öndə gedənlərini öz tərəflərinə çəkməyə çalışdılar.[7] Hətta xanları belə Osmanlılardan gələn əmrlərə riayət etməmələri və Osmanlı ilə olan müharibələrində tərəfsiz qalmaları məsələsində razı salmışdılar. Krım içindəki təbliğatları nəticəsində özlərinə yetərincə tərəf tapdıqlarına inanan ruslar 1769-cu ildə Buçaq və Yedisan noqayları ilə dostluq və ittifaq müqavilələri imzaladılar.
1768-ci ildə Osmanlı Rusiyaya müharibə elan etmişdi. 15 iyul 1770-ci ildə Rusiya Dövlət Şurası xanın hakimiyyəti altında Krımın müstəqilliyini tanıyan qərar qəbul etdi. Ruslar müharibənin cərəyan etdiyi bu şəraitdə Krım hakim və elit təbəqələri arasında Krımın osmanlılardan ayrı, müstəqil dövlət olaraq qalmasını və özünün bunun dəstəkçisi olduğunu propaqandasını etməyə başladı. Bu sözlər Krım hakimləri üzərində təsirli oldu. Əsrlərdir Osmanlı himayəsində yaşayan krımlılar üçün heç bir siyasi gücün təsiri və məcburiyyəti altına girmədən dövlətlərini idarə etmək gözəl şey olaraq görülməkdə idi, lakin rusların iltifatları və yumşaq sözləri onları o qədər təsiri altına almışdı ki , istər-istəməz Rusiyaya meyl etməyə və tarixi düşmənləri rusların artıq qüvvətli olduğunu, onları aldatdığını və Krımı işğal edəcəyini düşünməməkdə idilər.[8]
1770-ci ildə Krımda Osmanlıya bağlı xalq olmaqla bərabər, Rusiya heyranı bəy və mirzələr var iid. Rusların 1770-də Krıma ilk hücumunda Krım xalqı sərəskər İbrahim paşaya lazımi köməyi göstərmədi və hətta, tatarlardan bəziləri əl altında ruslara kəşfiyyat məlumatları verdilər.[9] Prut həndəvərində önünü kəsən ruslarla bir aya qədər döyüşən II Qaplan Gəray vəzifəsindən uzaqlaşdırılaraq,[10] yerinə III Səlim Gəray gətirildi. Ruslar Knyaz Dolqoruki komandanllğında Krımı tamamən işğal etdi.[11] 1771-ci ilin iyulda Krımda hər hansı müqavimətlə qarşılaşmadan içəriyə doğru irəliləyən rus ordusu Kefe, Kerç və Yeniqala kimi şəhərləri də ələ keçirdi. Bundan sonra ruslara qarşı döyüşüb məğlub olan Krım xanı III Səlim Gəray qaçaraq İstanbula gəldi. Onun yerinə Osmanlı imperiyası Maqsud Gərayı xan olaraq təyin etdi.[8][12] Rusların təsiri altına düşən mirzələr bu təyinatı tanımadılar və II Sahib Gərayı xan olaraq seçdilər. Sonrasında, Krım xanzadələri və bəyləri Peterburqa gedərək II Katerinaya sədaqət andı içdilər.[13]
Müharibədə həyatını itirən sərəskər İbrahim paşa katibi Necati Əfəndinin ruslara əsir edilməsindən bəhs etdiyi xatirəsinə görə, Osmanlı imperiyası artıq Krım xalqı üçün ümid olmaqdan çıxmış, rus himayəsinin qəbulu de-fakto vəziyyət almış, bu vəziyyət Krım ali təbəqəsini parçalamış, xanlığın varlığının davamı imkansız hala gəlmişdi.[14]
Osmanlı imperiyasının quruda və dənizdə ard-arda aldğı məğlubiyyətlərdən sonra 1774-cü ildə Kiçik Qaynarca müaviləsi danışıqları başladığında Krım 3 il idi ki, rus hakimiyyəti altında idi. Müqavilənin şərtlərinə görə, Krım müstəqil oldu və öz xanlarını özləri seçmə haqqı qazandılar. Krım yalnız dini yöndən Osmanlıya bağlı olacaqdı.[15] Krım rəsmən müstəqil xanlıq oldu. Osmanlı Krımı Rusiya tabeliyində görməkdənsə, müstəqil görməyi üstün tuturdu. Osmanlı xalqı və hakim təbəqəsi Krımın əldən çıxmasını müvəqqəti hal kimi qəbul edirdilər.
Rusiya üçün Krım torpaqlarının bir qismini işğal etmək və qalan qismi üçün müstəqillik statusunu təminat altına almaq Krımın ilhaqına gedən yolun önəmli addımları idi. Krımın müstəqil dövlət halına gəlməsi o zaman qədər dini, tarixi və mədəni bağlarla Osmanlı dövlət və cəmiyyətinə bağlı olan Krım tatarları arasında narazılığa səbəb oldu. Bu davranışın formalaşmasında rusların əvvəlki vədlərinin ziddinə olaraq, 3 illik işğal müddətində yerli xalqla rəftarlarının pis olması önəmli rol oynadı. Krımlılar əvvəlki kimi Osmanlıya bağlı qalmağı və Osmanlı imperiyasının himayəsini istəməyə başladılar. Bu məqsədlə daha əvvəl xan olaraq seçdikləri Sahib Gəraya təzyiq edərək, müstəqillikdən əl çəkilməsini və sultana göndəriləcək heyət ilə təşrifat və mənşur istənməsini təklif etdilər.[16] Bu məqsədlə İstanbula gedən heyətin təkliflərinin qəbulunun müqaviləyə görə mümkün olmadığını irəli sürən osmanlılar, sadəcə sultanın adının zikredilməsi, sikkənin xəlifənin adı ilə kəsilməsi və Krım qazılarına mürasələ yollanması məsələlərində Krım heyətiylə razılaşdılar.
Digər tərəfdən ruslar krımlılar ilə osmanlılar arasında cərəyan edən bu hadisələri uzaqdan izləməkdə idilər. Osmanlılar krımlıların son istəklərini qəbun eərkən rusların da fikrini öyrənmişdilər. Rusların hadisələrə mənfi yanaşmamasının səbəbi baş verənlərin gələcəkdə edəcəklərinə əsas verməsi idi. Ruslar Sahib Gərayın xanlığına günün şərtlərinə görə razı olarkən, Peterburqdakı imperator saryında bir neçə il qalan və rus adət-ənənələrini mənimsəyən Şahin Gərayı uyğun zamanda xanlığa daşımaq idi. Krımdakı siyası havanın yönləndirilməsi rusların əlində idi. Rusiya Sahib Gərayın xanlıq taxtına çıxmasına etiraz etməzkən, gizlincə müstəqilliyə müstəqilliyə qarşı çıxan və Krım tatarları, şərkəzlər və noqayların hisslərini oxşayan siyasət güdən və müxalifət yaradan IV Dövlət Gərayı dəstəkləyirdi və Krım xalqını da mövcud xana qarşı üsyana təşviq edirdi.
Krımlılar geri dönən heyətdən müstəqilliyin ortadan qaldırılmadığını, Yeniqala, Kerç və Krımın bəzi yerlərinin hələ də ruslarda olduğunu öyrənincə Sahib Gərayın əleyhinə təbliğata başladılar.[17] Rusiyadan dəstək görə bilmədiklərini başa düşən Sahib Gəray ona qarşı olan üsyana çox müqavimət göstərə bilmədi və 1775-ci ilin aprelində İstanbula getdi. Krım xalqının, abxazların, çərkəzlərin və köhnə Krım sərəskəri Canikli Əli paşanin dəstəyini alan IV Dövlət Gəray da gizlincə Sahib Gərayı devirmək üçün mübarizə aparırdı. Bu hadisədən sonra IV Dövlət Gəray Krımın yeni xanı oldu.[18][19]
IV Dövlət Gəray Krımın müstəqilliyini araadan qaldırmaq, Yeniqala və Kerçdən rusları qovmaq kimi təbliğatlarla taxta çıxsa da, bunları etmək mümkün deyildi. Çünki, Osmanlı imperiyası iqtisadi və hərbi problemlərdən əlavə, xarici siyasətində baş verən müxtəlif hadisələrə görə Krım məsələsini həll edə biləcək vəziyyətdə deyildi. Özündən əvvəl gələn heyətin istəkləri ilə yenidən gələn yeni heyət Osmanlı nümayəndələrini bir xeyli çətinliyə saldı, çünki osmanlılar bu dəfə də təklifin geri çevirlməsi ilə krımlıların onlardan üz döndərəcəyini bilirdilər.
Qısa zamanda xalqdan bir qismi, Şirin və Mənsur əşirətləri Şahin Gərayın tərəfinə keçdilər. Ruslar Şahin Gərayın lehinə hərəkət edəcək xalq kütləsini formalaşdırmaqla bərabər, əşirətlərə bol miqdarda pul da verməkdə idi. IV Dövlət Gəray xanlığını təminat altına almaq üçün Osmanlıdan xanlığın varislik yolu ilə keçməsini tanımasını istədi. Müqaviləyə görə Osmanlı idaərçilərinin belə bir istəyə müsbət və ya mənfi münasibət göstərməsi mümkün deyildi, belə bir istək isə Krım məclisi və əşirətlərinin də Dövlət Gəraydan soyumasına səbəb oldu.[20] Osmanlıların İran hücumlarıyla məşğul olmasını fürsət bilən ruslar Krımın giriş qpaısı olaraq bilinən Or qapısına çox saylı qoşun topladılar və Şahin Gəraya "mənəvi dəstək" oldular.[21] Ruslar bunu edərkən, Osmanlı imperiyasını da Krımın daxili işlərinə qarışmaqda ittiham edirdi. IV Dövlət Gəray Osmanlı imperiyasından yardım ala bilməməsi və vədlərini yerinə yetirə bilmədiyinə görə Krımı tərk etdi və İstabula getdi.[22]
Yeni hökmdar Şahin Gərayın[23] Krım xanlığına rusların dəstəyi ilə gətirilməsinin nə mənaya gəldiyini Osmanlı da çox yaxşı başa düşürdü. Xəbər İstanbula çatdığı zaman sultan I Əbdülhəmid "Şahin alət-i mülahazadir. Rusların məramı Krımı zəbt etməkdir" dedi.[24] Yeni xan ilk iş olaraq xanlığına legitimlik qazandırmaq üçün digər xanlarında etdiyi kimi xalqın rəyi xan seçildiyini bildirmək və təşrifat istəmək üçün İstanbula heyət göndərdi. Krımlıların çoxu onun xan seçilməsinin tərəfdarı deyildilər. Belə ki, rus ordusu Şahin Gərayın istəyi ilə hələ də Ağməsciddə qalmaqda idi.[25] Rus müdaxiləsi ilə yaranmış yeni vəziyyət İstanbuldakı rus səfiri ilə müzakirə edildi. Ruslar Şahın Gərayı taxta çıxarmaq üçün etdiklərinin müqaviləyə zidd olmadığını iddia etməkdə və xalqın dəvəti ilə Krıma girdiklərini bildirməkdə idilər. Bununla yanaşı, Şahin Gərayın xanlığının qəbul edilmədiyi təqdirdə qoşunları geri çəkməyəcəklərini də bildirirdilər. Danışıqlar bu nöqtədə dalana dirəndi. İstanbulda danışıqlar gedərkən, Krımda Şahin Gəray öz hakimiyyətini möhkəmləndirmək üçün bir sıa islahatlar həyata keçirirdi.[26]
Onun islahatları xalq tərəfindən dəstəklənmədi. Torpaq islahatı üləmanın mənfi münasibəti ilə qarşılaşarkən, ənənəvi hərbi formanı rus formasına bənzər forma ilə dəyişdirmə istəyi xalqın etirazı ilə qarşılaşdı. Yemək yemə forması, içkiyə düşkünlüyü və yaşam tərzi də xalqın qəzəbinə səbəb olurdu.[27] Xanın bəy və mirzələrdən vergi alması onların da ətrafından uzaqlaşmasına səbəb oldu. Şahın krımlıların hamısının axır-əvvəl ona verilən dəstəyi tamamilə kəsəcəklərini bilirdi, buna görə də, özünə dəstək tapmaqda gecikmədi. Bu kütlə 1768–1774-cü illər müharibəsi zamanı Moraviyadan gətirilib Krıma yerləşdirilən və "arnavutlar" deyə adlandırılan moraviyalılardı. Xüsusilə, rusların da dəstəyilə bunların qısa zamanda iqtisadi həyatda təsirli rol üstlənməsi üçün bütün imkanlar səfərbər edilməkdə idi. Krımın bu yeni sakinləri Şahinin islahatlarına dəstək verməkdə idi. Ruslar Şahin gərəyi hakimiyyətə gətirməklə yanaşı, Krımda həyatın qaydasına düşməsini də istəmirdilər. Özlərinin Krıma yerləşmə məsələsindəki gələcəklərini buradakı daxili mübarizə və intizamsızlığın artmasına bağlayırdılar. Bu məqsədlə Şahin Gərayı islahatlar məsələsində dəstəklərkən, əl altından agentlləri vasitəsiylə xalqı ona qarşı təhrik edirdilər. Digər tərəfdən də xristian "arnavutlar" ilə yerli xalq araısnda düşmənlik havası əstirməyə başlamışdılar. İstanbulda rus elçisi müzakirələr edilərkən, 14 oktyabr 1777-ci ildə Krımda üsyan başladı. İlk əvvəllər, xristian "atnavutlar" ilə xalq arasında başlayan hadisələr daha sonra Şahin Gərayın etdiklərinə qarşı ümumi üsyan şəklinə dönüşdü. Qısa zamanda Krım xalqı – noqaylar, Kabartayda olan çərkəzlər, abazalar və dağıstanlılarlar ruslara və Şahin Gəraya qarşı döyüşmək üçün ittifaq qurdular. Bu ümumi vəziyyət qarşısında Şahin Gəray rus ordusuna sığındı.
Krımda Kiçik Qaynarca müqaviləsinə zidd formada rus dəstəyilə iqtidara gələn Şahin Gəray məsələsində İstanbuldakı görüşmələrdə irəliləməyə nail olunmaması və oktyabr 1777-ci ildə başlayan hadisələrdən sonra Osmanlı hakimiyyəti dekabr 1777-ci ildə fövqəladə toplanaraq bu məsələdə bir sıra qərarlar qəbul etdi. Buna görə ehtimal olunan rus hücumuna qarşı İsmayıl qalasına 45 min əsgər göndərildi. Canikli Əli paşa donanma ilə Krım sərəskərliyinə təyin edildi və müqavilənin pozulması mənasına gələn rus müdaxiləsi ilə ortaya çıxan vəziyyət Avropaya bildirildi. Bundan əlavə, krımlıların da dəvəti ilə III Səlim Gərayın Krıma göndərilməsinə qərar verildi. III Səlim Ağməscidə gəldiyi 1778-ci ilin yanvarından sonra Krımda biri Rusiya tərəfindən dəstəklənən, digəri də Osmanlı tərəfindən dəstəklənən iki xan mövcud idi.[28] Lakin III Səlimin gəlib çatmasına qədər rusların köməkliyi ilə Şahın Gəray xanlıqdakı mövqeyini gücləndirmişdi. III Səlimin çatdıqdan sonra bir neçə təşəbbüsü uğursuz oldu və 1778-ci ilin fevralında Krımdan ayrılaraq geri dönməyə məcbur oldu.[29] Beləcə, ruslardan dəstək alan Şahin Krım taxtındakı yerini sağlamlaşdırmış və rəqibsiz formada yenidən oturdu.
İsmayıl qalası üçün əsgər topanarkən, Canikli Əli paşadan gözləntilər yüksək idi və onun Krımı qurtarması düşünülməkdə idi. Krımlılardan hər gün gələn yardım çağırışları da onun bir an öncə Krıma çatmasını gərəkli etməkdə idi. Əli paşanın Krıma hərəkət etdiyi avqust 1778-ə qədər bir neçə gəmi ilə hərbi yardım göndərilsə də, bu krımlıların işinə yaramadı. Əli paşa 40 min əsgərlə Krıma çatdıqdan sonra rusların hər tərəfi hərbçilərlə doldurduğunu və bir quruya çıxarma etməsi halında uğur qazanmasının çətin olacağını gördü. Vəziyyəti bildirdiyi İstanbuldakı Osmanlı divani da Əli paşaya quruya çıxmaq üçün mütləq əmr vermədi. Donanmanın getməsinə baxmayaraq Osmanlı imperiyası Rusiya ilə müharibəni gözə almaq istəmədi.[30] Bu əsnada beynəlxalq siyasi vəziyyət dəyişməyə başlamışdı. Ediləcək müharibədə mövcud hərbi nizam və iqtisadi vəziyyətlə uğur qazanmaq xəyal kimi görüldüyü üçün Osmanlı imperiyası Krım məsələsində müqavilənin pozulması dəqiq olmasına baxmayaraq, mütləq və qərarlı münasibət sərgiləyə bilmədi.
Rusları cəsarətləndirən də Osmanlı hakimiyyətinin qərarsız vəziyyəti, hərbi və iqtisadi zəifliyi idi. Buna görə də Canikli Əli paşanın uğur əldə etmədən geri dönmək məcburiyyətində qalması və Osmanlı imperiyasının ruslara qarşı bir şey edə bilməməsi gözlənti sahiblərinin xəyal qırıqlığına uğratdı. Nəticədə, donanmanın uğursuz formada geri dönməsi xalqın narazılığına səbəb oldu. Hətta İstanbuldakı rus səfirinə belə hücum edildi. O zamana qədər boğazlardan xarici gəmi keçməsinə vərdişkar olmayan xalq sərbət formada gəlib-keçən və Qara dənizdə məkik toxuyan rus gəmilərini görüncə hövsələdən çıxırdı. Hadisələrə rusların Əflak və Boqdanın daxili işlərinə qarışması da əlavə edilincə xalqın narazılığını və krımlıların üsyanlarını diqqətə alan hökumət müharibəni gözə almaq üçün Osmanlı limanlarındakı rus gəmilərinə əl qoydu.[31] Gözlənilməyən bu vəziyyət ruslarda da şok təsiri yaratdı. II Yekaterina hərbi və iqtisadi strukturunun müharibə qazana bilməyəcəyini bilirdi. Bu zaman Amerika İstiqlaliyyət mübaribəsi səbəbiylə Fransa krallığı və Böyük Britaniya krallığının qarşı-qarşıya gəlməsi və uşağı olmayan Bavariya hökmdarının vəfatıyla Avstriya və Prussiyanın da belə müharibənin eşiyində olması ehtimal Osmanlı-Rus müharibəsinin önündə əngəl kimi görünməkdə idi. Çünki Avropadakı bu hadisələr eşiyində Rusiyanı öz tərəflərinə çəkə biləcəyini düşünən dövlət var idi. II Yekaterina yenə də tədbir olaraq, Osmanlını şərqdən sıxışdırmaq üçün İran ilə ittifaq müqaviləsi imzaladı, lakin müharibəyə ehtiyac qalamdan Fransanın vasitəçilyi ilə 21 mart 1779-cu ildə Aynalıkavak sazişi imzalandı.[32]
Aynalıkavak sazişində Kiçik Qaynarca müqaviləsinin Krım ilə əlaqəli üçüncü maddəsinə gətirilən dəyişikliklərə görə Şahin Gərayın xanlığı Osmanlılar tərəfindən təstiq edildi. Osmanlı imperiyası xanlığın daxili işlərinə qarışmayacağı və xanlığın boşalması halında yenisinin seçimlə olacağı qərarlaşdırıldı. Rusiya bundan sonra 1 iyun 1779-cu ildə ordusunu Krımdan çıxardı.[20]
Krım 1783-cü ildə Rusiyanın vilayəti halına gətirildi. 1787-ci ildə Krım məsələsinə görə Osmanlı-Rusiya arasında bir kəs daha müharibə başladı və Osmanlı mütləq məğlubiyyətə uğradı. 1792-ci il Yassi müqaviləsi ilə Krımı Rusiyaya tərk etdi.