Kuman dili

Kuman dili, həmçinin polovets dili və ya qıpçaq-polovets dili — XI–XIV əsrlərdə Dunay və Volqa arasındakı çöldə yaşamış kumanların danışdığı dil. Hazırda istifadə olunmayan kuman dili bu günkü Krım tatar və Qaraçay-balkar dillərinə yaxınlığı ilə diqqət çəkir. Kumanlar Şərqi Avropada istifadə olunan türk ləhcələrindən birində danışırdılar.

Kuman dili
Təsnifatı
Nostratik dillər
Altay dilləri
türk dilləri
Ortaq türk dili
Qıpçaq dilləri
Kuman-qıpçaq dilləri
Kuman dili
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 qwm
IETF qwm

Adlandırması[redaktə | mənbəni redaktə et]

Elmi nəşrlərdə bu dil Kuman və Kuman türkcəsi kimi göstərilmişdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kumanlar XIII-XIV əsrlərdə Şərqi Avropada yaşamış türk tayfasıdır. Kumanlar tarix boyu qıpçaqlarla eyni birlikdə olduqlarından, müəyyən zaman sonra onları qıpçaqlarla eyni hesab etmişlər. Kuman türkcəsində Şərqi Avropada, Qara dənizin şimalında və qismən də Balkanlarda danışılmışdır. Kodeks Kumanikus türklər tərəfindən yazılmayan amma kuman dilinin danışıq xüsusiyyətlərini əks etdirən, öz dövründəki türk dilinin quruluşunu əks etdirən mühüm bir əsərdir.

Əsərlər[redaktə | mənbəni redaktə et]

Atamız kim köktesiñ. Alğışlı bolsun seniñ atıñ, kelsin seniñ xanlığıñ, bolsun seniñ tilemekiñ – neçikkim kökte, alay [da] yerde. Kündeki ötmegimizni bizge bu gün bergil. Dağı yazuqlarımıznı bizge boşatqıl – neçik biz boşatırbiz bizge yaman etkenlerge. Dağı yekniñ sınamaqına bizni quurmağıl. Basa barça yamandan bizni qutxarğıl. Amen!

Azərbaycan dilinə tərcüməsi: Atamız sən göydəsin. Alqışlı olsun sənin adın, gəlsin sənin xanlığın, olsun sənin diləməyin– necə ki göydə, və yerdə. Gündəlik əkməyimizi bizə bu gün ver. Və de günahlarımızdan (yazıklarımızdan) bizi bağışla– necə biz bağışlarqz bizə yamanlıq (pislik) edənləri. Və de şeytanın sınamasından bizi koru. Bütün yamanlıqdan (pislikdəm) bizi qurtar. Amin! Türk dillərinin qıpçaq qrupunun kuman-qıpçaq dilləri qrupuna aiddir.[1] Kuman dili haqqında məlumat XIV əsrin əvvəllərinə aid latın-fars -kuman lüğəti, qrammatikası "Codex Cumanicus" tərəfindən verilir.

Müasir dillərdən Krım-tatarı, kəraim, qırımçaq, tatar, qaraçay-balkarqumuq dilləri kuman dillərinə ən yaxın dillər hesab olunur.[1][2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Баскаков Н. А. Историко-типологическая фонология тюркских языков. М.: Наука. 1988. 111, 126.
  2. Баскаков Н. А. К вопросу о классификации тюркских языков. М. 1952.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]