Kutub-i ərbəə

Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır:

  • əl-Kafi — müəllifi Əllamə Kuleyni; (الكافي)
  • Mən la yəhduruhul-fəqih — müəllifi Şeyx Səduq; (من لا يحضره الفقيه)
  • Təhzibul-Əhkam — müəllifi Şeyx Tusi; (تهذيب الأحكام)
  • əl-İstibsar — müəllifi Şeyx Tusi. (الاستبصار)

Haqqında nəql olunan kəlamlar

[redaktə | mənbəni redaktə et]

Şeyx Hürr Amili belə deyir :

Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir.[1]

Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir :

“Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”.[2]

"Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir”[3]

  1. Hürr Amili, “Vəsail uş Şiə”, c. 20, səh. 104
  2. Şərəfuddin Əbdulhüseyn Musəvi, “Müraciat”, “Şəhriyar”, 2005, səh. 299
  3. Şərəfuddin Əbdulhüseyn Musəvi, “Müraciat”, 110-cu məktub.
  • Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Kutub-ərbəə — wikishia". az.wikishia.net (az.). İstifadə tarixi: 2024-03-22.