Kuyu adası (ing. Kuiu Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.
Kuyu adası | |
---|---|
ing. Kuiu Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 1936 km² |
Uzunluğu |
|
Eni | 37 km |
Hündür nöqtəsi | 1080[1] |
Əhalisi | 10 nəfər (2000-ci il) |
Yerləşməsi | |
56°35′ şm. e. 134°00′ q. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
Adanın uzunluğu 105 km, eni 20–30 km və 1936 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 16-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə:
Adanın ən cənub nöqtəsi olan Desijn burnunda mayak yerləşir[2].
Ada tamamilə Tonqass Milli Meşəsinin bir hissəsidir. Kuyuda qonur ayılar və bariballar çoxluq təşkil edir. Zooloq Elizabet Pikokun hesablamalarına görə, onların sayı hər km²-ə 1,2–1,9 baş təşkil edir[3]. Ayıların əsas qidası qızılbalıqlardır[4]. Adada həmçinin canavar, qunduz, sansar, su samuru yaşayır; dəniz məməlilərindən — dəniz şirləri, pərayaqlılar, qozbel balinalar[5].
Adanın xəritəsi ilk dəfə 1793–1794-cü illərdə Vankuver Ekspedisiyası zamanı araşdırmaçı Ceyms Constoun və Discoveri gəmisinin kapitanı Cosef Uidbi tərəfindən çəkilib.