Kyonhi Universiteti (qısaldılması KHU) ( Hanqıl: 경희대학교 Hanca: 慶熙大學校 ) Cənubi Koreyanın Seulda və Suvonda Kampusu olan özəl universitetidir. 1949-cu ildə qurulmuş, Cənubi
Kyonhi Universiteti | |
---|---|
Hanqıl:경희대학교 | |
37°35′45″ şm. e. 127°03′02″ ş. u.HGYO | |
Şüar | "학원의 민주화, 사상의 민주화, 생활의 민주화" |
Əsası qoyulub | 1949 |
Tip | Özəl |
Prezident | Invon Çve |
Tələbə sayı | 33,373 (2020) |
Bakalavr sayı | 25,875 (2018) |
Magistrant sayı | 7,498 (2020) |
Ölkə | |
Ünvan | Seul və Suvon şəhərləri |
Sayt | khu.ac.kr/eng/main/index.do |
Vikianbarda əlaqəli mediafayllar |
Koreyanın ən yaxşı universitetlərindən biri olaraq tanınır. Kyonhi Universiteti, uşaq
bağçasından magistr dərəcəsinə qədər hərtərəfli təhsil verən Kyonhi Universitet Sisteminin bir
hissəsidir. 2020-ci ildən etibarən Kyung Hee Universitetində təxminən 33,000 tələbə təhsil alır.
Universitet 24 bakalavr, 1 ümumtəhsil məktəbi, 13 ixtisaslaşdırılmış məktəb və 49 köməkçi tədqiqat
müəssisəsindən ibarətdir. Kyonhi Universiteti 69 ölkədəki 434 qardaş universitetlə birlikdə
xaricdə təhsil proqramı həyata keçirir. Kyonhi Universiteti, ənənəvi Koreya tibbində və ənənəvi
Asiya tibbində aparıcı məktəb sayılan Koreya Tibb Kolleci ilə tanınır.
Kyonhi Universiteti 1949-cu ildə Sin Heung Junior Kolleci olaraq yaranmışdır. Koreya
müharibəsinin maliyyə böhranı dövründə Yon Şik Çoı (İngilis dilində: Young Seek Choue) çətin
vəziyyətdə olan məktəbi 1951-ci ildə satın aldı və kollec 1952-ci ildə 4 illik bakalvr kolleci olaraq
akkreditə edildi. 1954-cü ildə Bakalavr pilləsi açıldı. Kollec 1960-cı ildə Kyonhi Universiteti
adlandırıldı. Universitet 1968 -ci ildə Beynəlxalq Universitet Sədrləri Birliyinin konfransına ev
sahibliyi edib. 1999-cu ildə Seul Beynəlxalq QHT Konfransını təşkil edib, 2009 Dünya Vətəndaş
Forumunu keçirib, 2011 UNAI-Kyonhi Beynəlxalq Simpoziumunu idarə edib və Qlobal Ortaq
Cəmiyyət hərəkatına rəhbərlik edib. 1993-cü ildə Kyung Hee Universiteti UNESCO-nun Sülh Təhsili
Mükafatını alıb. 2006-cı ildə Kyonhi və Pensilvaniya Universiteti Penn-Kyung Hee birgə Yaz
Proqramı və iki il sonra Pekin, Ritsumeikan və Moskva Dövlət universitetləri ilə rəsmi global
əməkdaşlıq başladıb.
Universitetin emblemində çin yazıları ilə “universitet” yazısı ( 2016-cı ildə yalnız kitab mənası verən
simvolla dəyişdirilmişdir ) və arxa planda dünya xəritəsi var. Bu simvollar Kyung Hee Universiteti-
nin qloballaşma vizyonunu, dünyaya qarşı açıq düşüncəni və Humanizmi bildirir. Universitetin
xarakterik işarəsi həqiqəti işıqlandıran məşəl timsalında gülən aslan və beynəlxalq sülh simvolu
olan göyərçin ilə təsvir edilmişdir. Universitetin idman komandaları və müxtəlif tanıtım məhsulları,
Kyung Hee marka dəyərini bütün dünyada yaymaq üçün xarakterik işarəsindən istifadə edir.
Maqnoliya Kyung Hee Universitetinin rəsmi çiçəyidir və maqnoliya loqosu, Kyung Hee-nin
dayanıqlıq, gözəllik, alicənablıq və birlik kimi keyfiyyətləri təcəssüm etdirir.
• Humanitar Elmlər Kollec
• Hüquq Kolleci
• Siyasət və İqtisadiyyat Kolleci
• İdarəetmə Kolleci
• Otel və Turizm İdarəçiliyi Kolleci
• Elm Kolleci
• İnsan Ekologiyası Kolleci
• Tibb Kolleci
• Koreya Tibb Kolleci
• Stomatologiya Kolleci
• Əczaçılıq Kolleci
• Tibb bacısı elmi kolleci
• Musiqi Kolleci
• Gözəl Sənətlər Kolleci
• Rəqs Məktəbi
• Qlobal Eminence Departamenti
• Mühəndislik Kolleci
• Elektronika və Məlumat Kolleci
• Proqram Kolleci
• Tətbiqi Elmlər Kolleci
• Həyat Elmləri Kolleci
• Beynəlxalq Araşdırmalar Kolleci
• Xarici Dil və Ədəbiyyat Kolleci
• İncəsənət və Dizayn Kolleci
• Bədən Tərbiyəsi Kolleci
• Şərq-Qərb Tibb Elmləri məktəbi
• Ali Biznes Məktəbi
• Ali Təhsil Məktəbi
• Jurnalistika və Ünsiyyət Fakültəsi
• Bədən Tərbiyəsi Liseyi
• Texnologiya İdarəetmə Fakültəsi
• Beynəlxalq Hüquq İşləri Liseyi
• Pan-Sakit Okean Beynəlxalq Araşdırmalar Liseyi
• Şərq-Qərb Tibb Elmləri Lisansüstü Məktəbi
• Sülh Araşdırmaları İnstitutu
• Turizm Fakültəsi
• İncəsənət və Füzyon Dizayn Məktəbi
• Peşəkar Tibb Fakültəsi
• Professional Stomatologiya Liseyi
• Hüquq məktəbi
• Biotexnologiya Məktəbi
1948 -ci ildə Dongyang Kolleci olaraq qurulan və 1965 -ci ildə Kyung Hee Koreya Tibb Kolleci
(KHKM) adı altında yenidən təşkil edilən KHKM, ölkədə ənənəvi tibb təcrübəsinin öyrənilməsinə
həsr olunmuş on bir Koreya tibb kollecindən biridir. 1972-ci ildə tədqiqatçılar dərmansız akupunktur
Anesteziyasını nümayiş etdilər. 1998 -ci ildə Kyung Hee beynəlxalq alimlərlə geniş şəkildə əlaqə
qurmaq üçün Koreya Tibbi Beynəlxalq Araşdırmalar mərkəzini qurdu. Növbəti ildə Şərq və Qərbin
diaqnostik metodlarını birləşdirmək üçün Şərq- Qərb Tibb Elmləri Aspiranturasının (GSM) təməli
qoyuldu. Koreya Tibb Kolleci və Tibb Aspiranturası, iki ənənə Kyung Hee Tibb Mərkəzi daxilində
birləşdi və kollec ilə akupunktur müalicə, xroniki tibbi vəziyyət, iflic və geriatrik xəstəliklər (yaşlılıqda
meydana çıxan xəstəliklər) sahəsində biyomedikal mühəndislik şöbəsi arasında aktiv əməkdaşlıq
meydana gəldi.
Tibbi mərkəz Ümumi Xəstəxana, Stomatoloji Klinika, Koreya Təbabəti Xəstəxanası, Şərq- Qərb
Tibb Mərkəzi və Tibbi Elmi-Tədqiqat İnstitutuna bölünür. 1999-cu ildə edilən bir araşdırmaya
əsasən Kyung Hee Koreya tibbinin tədris planının 60%-i Şərq və 40%-i Qərb araşdırma və
praktikasından ibarət idi.
KHU Bədən Tərbiyəsi şöbəsi 1949-cu ildə Koreyada Bədən Tərbiyəsi şöbəsi olaraq quruldu və
Koreya Bədən tərbiyəsində çox önəmli rola malik şöbəyə çevrildi. 1955-ci ildə Asiyanın ən böyük
idman salonunun inşası başa çatdıqdan sonra Bədən tərbiyəsi kollecinə çevrildi. 1980-ci ildə
Koreyada ilk dəfə Doktorantura proqramı açıldı. Hal-hazırda Bədən Tərbiyəsi Kollecində beş şöbə
fəaliyyət göstərir: Bədən Tərbiyəsi, İdman Tibbi, məşqçilik, Golf idarəçiliyi və Taekvondo.
Kyung Hee Universitetinin üç kampusu var. Universitetin orijinal kampusu Seulun Dongdaemun
rayonunda yerləşən və 1954 -cü ildə qurulan Seul Kampusudur (245 hektar). 1979 -cu ildə
universitet Suvon yaxınlığındakı Yongin şəhərində ikinci kampusu olan Global Kampus-un (510
hektar) əsasını qoydu. 1984 -cü ildə isə universitet Seulun yaxınlığındakı Namyangju şəhərində
üçüncü kampusu Gvangneung Kampusunu (12 hektar) qurdu. Gvangneung Kampusunda Sülh
Araşdırmaları Aspiranturası yerləşir.
1955 -ci ilin oktyabrında açılmış və daha sonra mərkəzi kitabxana tamamlandıqdan sonra 1966 -cı
ilin noyabrında mərkəzi kitabxana binasının dördüncü mərtəbəsinə köçürülmüşdür. 2001 -ci ildə
Koreyanın 1 -ci Milli Muzeyi olaraq qeydiyyata alındıqdan (Mədəniyyət və Turizm Nazirliyi 193
nömrəli qeydiyyat) sonra yenidən işə başladı, kolleksiyalar kompüterləşdirildi və 2004 -cü ilin
yanvarında İnternetdə axtarış xidməti işə salındı.
Kyung Hee Universitetinin Təbiət Tarixi Muzeyi, Kyung Hee Universiteti tərəfindən qurulan və idarə
olunan bir muzeydir. 13 İyun 1978 -ci ildə açılmışdır və burada müxtəlif daşlar, minerallar,
Məməlilər, quşlar, Böcəklər, balıqlar və bitkilər kimi təxminən 70.000 nümunə və təbii material var.
Hər bir kateqoriyaya 1200 daş və mineral nümunəsi, 5.000 quş və məməli nümunəsi, 50.000 böcək
nümunəsi və 4.000 bitki nümunəsi daxildir.
Hye Jung muzeyi Koreyada qurulan ilk yüksək səviyyəli muzeydir. 11-ci əsrdən 20-ci əsrədək
Koreyada istehsal olunan ən böyük kolleksiya materiallarını özündə cəmləşdirir. Bunlara antik
xəritələr, işıqlar və tarixlə əlaqəli materiallar daxildir.
Bura ilk dəfə qərbdə Koreya üçün hazırlanan xəritəni təqdim etdi və yaradılan yeni bioqrafik xəritədə
Koreyanın təsviri obyektiv olaraq işıqlandırılmışdır.
Qlobal Əməkdaşlıq yay proqramı imkan yaradır ki, beynəlxalq tələbələr bu dərslərə qoşularaq
alimlərin rəhbərliyi altında qlobal idarəetmə və davamlılıq haqqında müzakirələr aparsın.
Qlobal Əməkdaşlıq tərəfindən birgə idarə olunan Pensilvaniya Universiteti, Pekin Universiteti,
Ritsumeikan Universiteti və Moskva Dövlət Universiteti ilə Birləşmiş Millətlər Təşkilatının Cenevrə
ofisi ilə əməkdaşlığıdır. Araşdırmada beynəlxalq tələbələr təhsil və qlobal idarəetmə modulları
yaxud davamlılıq və mühit layihələrində əməkdaşlıq edirlər.
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Şöbəsi ilə bir təşəbbüskar olaraq
çalışan Dünya Vətəndaş Forumu akademik institutları bir araya gətirən qlobal qurum, beynəlxalq
təşkilatlar, vətəndaş cəmiyyəti, hökumətlər, biznes sektoru və media təhsildə proqramlar yaradaraq,
aparılan araşdırma və təcrübələr dünyanı yaşamaq üçün daha yaxşı bir yerə çevirməklə
əlaqədardır. Dünya Vətəndaş Forumu eyni zamanda Dünya Vətəndaş Gənclik Forumu gəncləri
müasir qlobal mövzulara, vətəndaş dəyərlərinə və məşğulluğa yönəldir.
Qlobal xidmət korpusu yeni ictimai xidmət formalarında sülh araşdırmalarını vurğulayır. 2010-cu ilin
sentyabrında işə başlayan, könüllülük, sosial məsuliyyət, sosial xidmətlər və kənd təsərrüfatı
icmalarının ətraf mühitin qorunması və zərərin bərpa olunması kimi sahələrdə səylər göstərərək
regional və qlobal iştiraka yönəlmişdir. Bunun üçün proqramlar, tədqiqat, təhsil, təcrübə və media
olsa da qlobal problemlərdə korporativ əlaqəni təmin etmək üçün vasitələr axtarmağı hədəfləyir.
Birləşmiş Millətlər , beynəlxalq qeyri-hökumət təşkilatları, korporasiyalar və digər təşkilatlarla
əməkdaşlıq edir.
Qlobal tələbə şəbəkəsinin məqsədi müxtəlif institutlar və şəxslərin ünsiyyətin öhdəsindən gəlmək
üçün dünyada bütün dil və mədəniyyət maneələrini aşmaqdır. Şəbəkə həm yerli həm beynəlxalq
təşkilatları müzakirəyə təşviq edir. Əvvəlki istiqamətlərə ətraf mühit məsələləri və Birləşmiş Millətlər Təşkilatı və UNESCO
ilə münaqişələrin həlli daxildir.
Gələcək sivilizasiyalar üçün qlobal akademiya, 21 -ci əsrdə daha humanist bir sivilizasiya
yaratmağa həsr olunmuş beynəlxalq tədqiqat təşkilatları toplusudur. Bu proqram Birləşmiş Millətlər
və digər təşkilatlarla birgə işləyir.
Universitet və Birləşmiş Millətlər Akademik Təsiri proqramı insan hüquqları, savadlılıq, dayanıqlılıq
və konfliktlərin həll sahəsində BMT -nin prinsiplərini dəstəkləmək üçün ali təhsil müəssisələrini
Birləşmiş Millətlə uyğunlaşdırmağa çalışır. Akademik Təsir, hər bir iştirak edən kollecdən və ya
universitetdən hər il bu prinsiplərdən ən az birini dəstəkləməsini istəməsini tələb edir.
• Koreya Tibbinin Beynəlxalq Araşdırmaları
• İnsan Cəmiyyəti İnstitutu
• Sosial Elmlər İnstitutu
• Humanitar Elmlər İnstitutu
• Təhsil İşləri üzrə İnstitutu
• Hüquq İnstitutu
• Sənaye Əlaqələri İnstitutu
• Koreya Ornitologiya İnstitutu
• Şərq-Qərb Tibbi Tədqiqat İnstitutu
• Ağız Biologiyası İnstitutu
• Qlobal Ətraf İnstitutu
• Koreya Tibb İnstitutu
• Şərq-Qərb Hemşirelik İnstitutu
• Müasir İncəsənət İnstitutu
• Kohwang Tibbi Tədqiqat İnstitutu
• İnsan Həyatı üçün Elm Tədqiqat İnstitutu
• Dillərin Öyrənilməsi Mərkəzi
• Şərq-Qərb Farmakologiya Araşdırma İnstitutu
• Klinik Qidalanma İnstitutu
• Turizm Sənayesi Məlumat Araşdırma Mərkəzi
• Diş materiallar üçün Test və İnkişaf Mərkəzi
• Ətraflı Display Araşdırma Mərkəzi
• İncəsənət və Mədəniyyət İdarəetmə Mərkəzi
• Beynəlxalq Nitq və Debat Mərkəzi
• Səhiyyə Sənayesi İnstitutu
• Yaşla əlaqəli və Beyin Xəstəlikləri mərkəzi
• Akupunktur və Meridian Elmi Tədqiqat Mərkəzi
• Empedans Görüntüleme Mərkəzi (IIRC)
• Qlobal Məsələlər İnstitutu
• Oxşar Mədəniyyət Araşdırmaları Mərkəzi
• Sosial Elm və Siyasət İnstitutu
• Dizayn İnstitutu
• Bitki Metabolizm Araşdırma Mərkəzi
• Empedans Görüntüləmə Mərkəzi
• Hye-Jung Mədəniyyət İnstitutu
• Dəri Biotexnologiya Mərkəzi
• Sənaye Əlaqələri İnstitutu
• Təbiət Elmləri İnstitutu
• Həyat Elmləri və Resurslar İnstitutu
• İdman Elmləri İnstitutu
• Multimedia Texnologiyaları İnstitutu
• Məlumat Göstərilməsi üçün Material Araşdırma Mərkəzi
• Regional İnnovasiya Mərkəzi-Məlumat Göstərilməsi üçün Komponentlər və Materiallar
QS World University Rankings-ə əsasən, Kyung Hee Universiteti 2020 -ci ildə Cənubi Koreyada 6-
cı, Asiyada 40-cı, dünyada isə 247-ci yerləri aldı. Universitetin Qonaqpərvərlik proqramı, 2018-ci
ildə dünyada bütün proqram sahələri arasında 50-ci yeri ala bilib.
• Kim De Çjun - Cənubi Koreyanın 15-ci Prezidenti
• Mun Çje İn - Cənubi Koreyanın 19-cu Prezidenti
• Kim Jung-suok - Mun Çje İn-in həyat yoldaşı
• Han Su-san - müəllif
• Cho Hae-il - müəllif
• Jeong Ho-seung - şair
• Kim Jong-ok - müəllif
• Won Tae-yeon - şair
• Kwak Jae-yong - kinorejissor, ssenarist
• Yeo Hong-Chul - gimnast, Olimpiya gümüş mükafatçısı
• Yun Mi-Jin - oxatan, Olimpiya qızıl medalçısı
• Lee Ho-Suk - Qısa Trek sürət yarışçısı, Olimpiya qızıl medalçısı
• Young Il Kong - Taekvondo Grand Master - 9-cu Dan.
• Moon Dai-won - "Meksikalı Taekvondonun Atası" kimi tanınan Koreyalı-Meksikalı idmançı
• Park Jong-Hwan - Cənubi Koreya milli futbol komandasının keçmiş meneceri
• Kim Jong-Kyu - basketbolçu
• Lee Woon-Jae - futbolçu qapıçı, Cənubi Koreya milli futbol komandasının keçmiş üzvü
• Park Kun-Ha - keçmiş futbolçu, Cənubi Koreyanın 23 yaşadək futbolçulardan ibarət milli
komandasının məşqçisi
• Lee Jung-Soo - futbolçu
• Lee Ho - futbolçu
• Yoon Kyung-shin - həndbolçu
• Bang Yong-guk (B.A.P)
• Brother Su
• Pekxön (EXO)
• Cha Hun (N. Flying)
• Changmin (TVXQ)
• Chen (EXO)
• Daesung (Big Bang (qrup))
• Do Kyung-soo (EXO)
• Go Joon-hee
• Gong Yoo
• Han Da-min
• Han Ga-in
• Han Seung-yeon (Kara)
• Hwang Hee
• Hwang Seung-eon
• Hwang Soo-jung
• Hwanhee (Fly to the sky)
• I.M (Monsta X)
• Im Hyun-sik
• Im Jung-eun
• Jang Do-yeon
• Jang Seo-hee
• Jang Suwon (Sechskies)
• Jeon Ji-yoon (4Minute)
• Jo Kwon (2AM)
• Jun. K (2PM)
• Jun Kwang-ryul
• Jung Yoon-hak (Supernova)
• Jung Joon-ho
• Jung Woo
• Kang Min-kyung (Davichi)
• Kang San-ae
• Kang Shin-il
• Kangin (Super Junior)
• Kim E-Z (Baby V.O.X.)
• Kim Hae-suok
• Kim Inseong (SF9)
• Kim Ji-seok
• Kim Jong-wook
• Kim Nam-joo
• Kim Ok Bin
• Kim Sun-a
• Kim Sung-ryung
• Kim Tae-ri
• Kim Tae-woo (g.o.d)
• Kim Yeon-ji (SeeYa)
• Kim Yoo-ri
• Kyuhyun (Super Junior)
• Lee Hae-ri (Davichi)
• Lee Hong-gi (F.T. Island)
• Lee Hyori (Fin.K.L)
• Lee Joo-young
• Lee Ki-chan
• Lee Kyu-hyung
• Lee Seung-hyung
• Lee Tae-sun
• Lim Seul-ong (2AM)
• Min Kyung-hoon (Buzz)
• Na Tae-joo
• Ock Joo-hyun (Fin.K.L)
• Oh Min-suk
• Oh Na-ra
• Oh Seung-hoon
• Pak Çhanyol (EXO)
• Park Hyo-shin
• Park Ji-yoon
• Park Narae (Spica)
• Park Soo-ah aka Lizzy (After School və Orange Caramel)
• Park Soo-jin (Sugar)
• Park Ye-eun (Wonder Girls)
• Park Yoo-chun (JYJ)
• Rain
• Rowoon (SF9)
• Ryu Hwa-young (T-ara)
• Seo Ji-hoon
• Seolhyun (AOA)
• Shin Bo-ra (Brave Guys)
• Sohyang
• Suho (EXO)
• Sung Yu-ri (Fin.K.L)
• Tymee
• Wax
• Wheesung
• Yoon Doo-joon (Highlight)
• Yoon Eun-hye (Baby V.O.X.)
• Yoon Kye-sang (g.o.d)