Lüdovik (fr. Louis d’Orléans; 4 avqust 1703[1][2][…], Versal – 4 fevral 1752[1][2][…], Müqəddəs Ceneveva abbatlığı[d]) — Orlean hersoqu II Filippin oğlu, Orlean hersoqu.[3]
Lüdovik | |
---|---|
fr. Louis d'Orléans | |
2 dekabr 1723 – 4 fevral 1752 | |
Əvvəlki | II Filipp |
Sonrakı | I Lui-Filipp |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 avqust 1703[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 fevral 1752[1][2][…] (48 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | rahib, hərbi qulluqçu |
Atası | II Filipp (Orlean hersoqu) |
Anası | Burbonlu Fransiska Mariya |
Həyat yoldaşı | |
Uşaqları | |
Dini | Roma-Katolik kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
4 avqust 1703-cü ildə Versal sarayında doğuldu. Atası Orlean hersoqu II Filipp, anası isə Fransa kralı XIV Lüdovikin məşuqəsindən doğulan qızı Fransiska Mariyadır. Doğumundan etibarən Şartr hersoqu elan olundu. Anası və nənəsinin himayəsində böyüdüldü. Babasının vəfatının ardından 1715-ci ildə atası yeni kral XV Lüdovikin naibi seçildi və dövlət idarəsini əlinə aldı. Üstəlik atası taxt sıralamasında ikinci yerdə idi və bu səbəblə Lüdovik ikisinin ardından krallığın ən nüfuzlu varisi hesab edilirdi. 30 yanvar 1718-ci ildə dövləti idarə edən məşvərət məclisinə üzv seçilsə də, atasının istəyinə baxmayaraq aktiv bir vəzifədə xidmət etmədi.
1720-ci ildə atası kimi Tampliyerlərin böyük ustadı seçildi. Atasının vəfatının ardından 1723-cü ildə Orlean hersoqu ünvanını aldı və taxt sıralamsında kraldan sonrakı ikinci yeri tutdu. Bu sıralama kralın 1729-cu ildə bir oğlunun doğulmasıyla dəyişdi.
1721-ci ildə Fransa krallığının Rusiyadakı səfirinin tövsiyəsilə, I Pyotrun qızlarından Anna və ya Yelizaveta ilə evlənməsi müzakirə edildi. Ancaq məzhəb fərqliliyi və qızlarının anasının əsilzadə olmaması səbəbilə bu müzakirələr nəticə vermədi. Nəhayət, alman əsilzadələrindən birinin qızı olan Baden-Badenli Avqusta ilə evlənməsinə qərar verildi. Cütlüyün nigahı 18 iyun 1724-cü ildə Baden-Vürtemberqdə qiyabi olaraq bağlandı və 13 iyulda Marnada keçirilən rəsmi mərasimlə evləndilər. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çatdı. Üstəlik qızının doğumundan 3 gün sonra xanımı da vəfat etdi və Lüdovik qalan ömrünü təkbaşına yaşadı.
Qalan ömrünü elm və din sahəsinə həsr edən Lüdovik oğlunun təhsiliylə məşğul oldu. 27 aprel 1737-ci ildə keçirilən mərasimlə XV Lüdovikin yeni doğulan oğlunun vəftiz mərasiminə qatıldı və dofen Lüdovikin xaç atası oldu. Ardından Paris yaxınlığındakı bir kilsəyə qapandı və 1752-ci ildə burada vəfat etdi.