2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri — 2017-ci ildə Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qarabağ regionunda Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən münaqişələr. İlk döyüşlər 2017-ci ilin fevral ayında başlamışdır. Bunun nəticəsində Azərbaycan tərəfindən 5 hərbçi Şəhid olmuş,[1], 1 hərbçi yaralanmış[2], Ermənistan tərəfindən isə 7-8 hərbçi ölmüş, 1 PUA və 1 tank məhv edilmişdir.[3] Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabr ayında erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozmuşdur.[4]
Fevral döyüşləri | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
Tarix | 24 fevral 2017- 25 fevral 2017 | ||
Yeri | Tərtər rayonu, Xocavənd rayonu, Cəbrayıl rayonu | ||
Səbəbi | Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması | ||
Nəticəsi | Azərbaycanın Qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Fevral döyüşləri[9] — 2017-cı il fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, Ermənistan Silahlı Qüvvələri hələ Dördgünlük müharibə zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi geri qaytarmaq məqsədilə ilə təxribat törədib.Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Xocavənd rayonu istiqmətində yerləşən Nərgiztəpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərdilər.Lakin, əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib.[10]
Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.[11]
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu həlak olub[12]. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 7-8 hərbçisi öldürülüb[7].
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.
Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Xocavənd-Cəbrayıl və Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə ermənilərə məxsus 1 pilotsuz uçuş aparatı PUA məhv edilib, o cümlədən 7-8 hərbi qulluqçusu ölüb. Azərbaycan Silahlı Qüvvələrinin isə 5 hərbi qulluqçu şəhid olub.
Fevralın 27-da saat 12:00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma ölən hərbçilərin nəşlərinin neytral zonadan təxliyə olunmasıdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fevralın 26-na aid olan sözlərinə görə, hərbi əməliyyatlar zamanı Azərbaycanın 5 hərbi qulluqçusu şəhid olub,1 hərbçi isə yaralanıb.
Rütbə | Adı, soyadı | Təvəllüdü | Dəfn tarixi | Dəfn olunduğu yer |
---|---|---|---|---|
Mayor | Aqşin İsmayıl oğlu Abdullayev | 1988 | 28 fevral 2017 | Şəki rayonu, Kiş kəndi |
Baş leytenant | Şahlar Yaşar oğlu Nəzərov | 1990 | 28 fevral 2017 | Yardımlı rayonu, Peştəsər kəndi |
Tural Əbdül oğlu Həşimli | 1988 | 28 fevral 2017 | Ordubad rayonu, Şəhidlər xiyabanı | |
Baş Çavuş | Zülfü Rəhim oğlu Qədimov | 1988 | 28 fevral 2017 | Beyləqan rayonu, Bolsulu kəndi |
Sıravi | Zakir Nazim oğlu Cəfərov | 1996 | 28 fevral 2017 | Bakı, Keşlə qəsəbəsi |
Elvin Süleyman oğlu Əhmədov | 1997 | 28 fevral 2017 | Tovuz rayonu, Yanıqlı kəndi |
Mart döyüşləri | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
Tarix | 1 mart-3 mart 2017 - 11 mart-12 mart 2017 | ||
Yeri | Ağdam rayonu, Xocavənd rayonu, Füzuli rayonu, Tərtər rayonu | ||
Səbəbi | Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması | ||
Nəticəsi | Azərbaycanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Mart döyüşləri — 2017-cı il martın 1-dən 12-nə qədər olan Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.[13] Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.[14] Martın 2 səhər saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi dəqiq atəşlə məhv edilib.[15] Martın 2-si saat 11:40 radələrində Ağdamın cəbhə xəttinə yaxın yerləşən Təzəkənd kəndinin sakinləri bu gün təmas xəttində yenidən atəşkəsi pozulduğunu müşahidə ediblər. Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf artilleriya silahlarından istifadə edib. İntensiv atışma, təqribən, 20 dəqiqə davam edib. Qarşı tərəfin atdığı mərmilər, əsasən, açıq əraziyə düşdüyündən tələfat olmayıb.[16] Martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi hava qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.[17] Martın 2-dən 3-nə keçən gecə saat 22:00 başlayaraq Ermənistan silahlı qüvvələri Ağdam istiqamətindən ordumuzun mövqeylərinə ağır artilleriya silahlarından istifadə edib.Cəbhənin Çəmənli,Çıraxlı,Ayaq Qərvənd və digər kəndlərdən ordularımız tərəfindən erməniləri ağır artilleriya silahları ilə susdurublar. Martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub. Martın 11-dən 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində düşmən 5 nəfərədək itki verib.[18]
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu həlak olub[19]. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 2-5 hərbçisi öldürülüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il martın 1-dən 3-nə qədər və 11-dən 12-nə qədər bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.
Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Füzuli-Xocavənd və Ağdam-Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə ermənilərə məxsus 1 pilotsuz uçuş aparatı PUA məhv edilib, o cümlədən 2-5 hərbi qulluqçusu ölüb. Azərbaycan Silahlı Qüvvələrinin isə 1 hərbi qulluqçusu şəhid olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin martın 12-nə aid olan sözlərinə görə, hərbi əməliyyatlar zamanı Azərbaycanın 1 hərbi qulluqçusu şəhid olub.
Rütbə | Adı, soyadı | Təvəllüdü | Dəfn tarixi | Dəfn olunduğu yer |
---|---|---|---|---|
Əsgər | Abbasov Həsənəli Çingiz oğlu | 1998 | 11 mart 2017 | Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi |
Həlak olanlar
Rütbə | Adı, soyadı | Təvəllüdü | Dəfn tarixi | Dəfn olunduğu yer |
---|---|---|---|---|
Mayor | Nver Yuriyeviç Babacanyan | 1980 | 1 mart 2017 | |
Əsgər | Qurgen Sarkisyan | 1997 | 1 mart 2017 |
May döyüşləri | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
Tarix | 15-17 may 2017- 30-31 may 2017 | ||
Yeri | Ağdam rayonu, Xocavənd rayonu, Füzuli rayonu, Tərtər rayonu | ||
Səbəbi | Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə fəallaşması | ||
Nəticəsi | Azərbaycanın Qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
May döyüşləri — 2017-cı il mayın 15-17-dən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, mayın 15-də 16:30-da cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.[25]
Mayın 16-da axşam saatlarından 17-də səhər saatlarında başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Atılan mərmilər əsasən boş əkin sahələri və Ayaq Qərvənd, Əhmədağalı və Təzəkənd məntəqələrinə yaxın ərazilərə düşüb. Hadisə nəticəsində Təzəkənd kəndinə gedən 10 min voltluq elektrik xətti qırılmışdı. Gecə saatlarında xətt bərpa edildi və kənd elektrik enerjisilə təmin olundu.[26][27]Azərbaycan silahlı qüvvələri Ağdam rayonunun Mirəşelli kəndi istiqamətindən qarşı tərəfə ağır artilleriya atəşi ilə susdurub. Mayın 16-da axşam saatlarında 22:30 radələrinə qədər Tərtər rayonunun təmas xəttində yerləşən ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən iki istiqamətdən atəşə tutulub.[28]
Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan, artilleriyadan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.[29] Mayın 31-də cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib.Düşmən itkilərə məruz qalıb.[30] Mayın 31-də axşam saatlarında Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.[31]
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 0 hərbi qulluqçusu həlak olub. Döyüşlərdə ermənilərə məxsus “OSA” zenit-raket kompleksi və Video-müşahidə vasitəsi məhv edilib, 2-3 hərbçisi öldürülüb, 1 hərbçi yaralanıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il mayın 15,16 və 17-də bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlardan, qumbaraatanlardan, pulemyotlardan və artilleriya atəşinə məruz qaldı.
Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Füzuli-Xocavənd və Ağdam-Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə ermənilərə məxsus “OSA” zenit-raket kompleksi məhv edilib, o cümlədən 1-5 hərbi qulluqçusu ölüb. Azərbaycan Silahlı Qüvvələri isə, itki verməmişdir.
Həlak olanların siyahısı
Rütbə | Adı, soyadı | Təvəllüdü | Dəfn tarixi | Dəfn olunduğu yer |
---|---|---|---|---|
Kiçik çavuş | Arşak Vahaqn Arşakyan | 1988 | 15 may 2017 | |
Əsgər | Qrişa Karapetyan | 1988 | 17 may 2017 |
İyun döyüşləri | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
Tarix | 15 iyun 2017- 17 iyun 2017 | ||
Yeri | Tərtər rayonu Ağdam rayonu | ||
Səbəbi | Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması | ||
Nəticəsi | Azərbaycanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
İyun döyüşləri — 2017-cı il iyunun 15-dən 17-nə qədər olan Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir. Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir. Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.[36] Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.[37]
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2017-ci il iyunun 15-dən 17-nə qədər bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.
Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, məqsədilə Tərtər istiqamətində təxirə salınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə erməni tərəfin 6 hərbi qulluqçusu ölüb. Azərbaycan Silahlı Qüvvələrinin isə 1 hərbi qulluqçusu şəhid olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iyunun 16-na aid olan məlumatına görə, hərbi əməliyyatlar zamanı Azərbaycanın 1 hərbi qulluqçusu şəhid olub.
Rütbə | Adı, soyadı | Təvəllüdü | Dəfn tarixi | Dəfn olunduğu yer |
---|---|---|---|---|
Əsgər | Şahvələdov Sultan Niyaz oğlu | 1994 | 16 iyun 2017 | Qusar rayonu, Şəhidlər xiyabanı |
Həlak olanların siyahısı
Rütbə | Adı, soyadı | Təvəllüdü | Dəfn tarixi | Dəfn olunduğu yer |
---|---|---|---|---|
Əsgər | Matinyan Araik Rudikoviç | 1997 | 16 iyun 2017 | |
Petrosyan Viqen Jirayroviç | 1997 | 16 iyun 2017 | ||
Sarqsyan Vardan Çovakoviç | 1997 | 16 iyun 2017 | ||
Myasnik Ovanisyan | 1997 | 16 iyun 2017 | ||
Vardan Harutyunyan | 1997 | 16 iyun 2017 | ||
Narek Qasparyan | 1997 | 17 iyun 2017 |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |