Lənkəran iqtisadi rayonu


Lənkəran-Astara iqtisadi rayonuAzərbaycan Respublikasının iqtisadi rayonlarından biri. İqtisadi rayon şərqdən Xəzər dənizi, qərbdən və cənubdan İran ilə həmsərhəddir. Lənkəran-Astara iqtisadi-coğrafi rayonun~ Cəlilabad, Astara, Lerik, Lənkəran, MasallıYardımlı inzibati rayonları və respublika əhəmiyyətli Lənkəran şəhəri daxildir

İqtisadi rayon
Lənkəran-Astara iqtisadi rayonu

38°59′20″ şm. e. 48°42′03″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi 6.140 km²
Əhalisi
Əhalisi 855.700 nəfər
Lənkəran-Astara iqtisadi rayonu
Lənkəran-Astara iqtisadi rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqtisadi rayonun tərkibinə 6 inzibati rayon, o cümlədən 8 şəhər, 13 qəsəbə, 642 kənd və 182 bələdiyyə daxildir. Lənkəran iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Lənkərandır. İqtisadi rayon Azərbaycanın cənubunda, İranTürkiyəyə gedən yollar üzərində yerləşir. Şərqdə Xəzər dənizi, qərbdə və cənubda İran ilə həmsərhəddir. Sahəsi 6,14 min km² –dır, bu da ölkə ərazisinin 7,1%-nə bərabərdir. Lənkəran ovalığıTalış dağları əsas oroqrafik vahidlərdir. İqtisadi rayonun ərazisinin 26%-i meşələrlə örtülmüşdür. Region rütubətli subtropik iqlimə malik olmaqla təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir.

2012-ci ilin məlumatına əsasən Lənkəran-Astara iqtisadi rayonunda əhalinin sayı 855,7 min nəfər idi. Əhalinin orta sıxlığı hər km² -ə 141 nəfərdir. Əhalinin 24.9 faizi (212 min nəfər) şəhərlərdə, 75.1 faizi isə kəndlərdə və qəsəbələrdə yaşayır. Azərbaycan əhalisinin 9,3%-i burada yaşayır.[1]

Lənkəran-Astara iqtisadi rayonunun iqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, kartofçuluq, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Azərbaycanda istehsal olunan çayın 99%-ə qədəri, tərəvəz-bostan məhsullarının yarıdan çoxu bu iqtisadi rayonun payına düşür. Sənaye kənd təsərrüfatı xammallarının emalı əsasında inkişaf etmişdir, bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Yeyinti sənayesində balıq emalı, çay, meyvə-tərəvəz konservi və şərab istehsalı mühüm yer tutur. Ət, süd, pendir, çörəkbişirmə müəssisələri fəaliyyət göstərir.

Lənkəran-Astara iqtisadi-coğrafi rayonu özünün coğrafi və geosiyasi mövqeyi ilə respublikanın iqtisadi və siyasi əlaqələrində mühüm rol oynayır. Burada Lənkəran Beynəlxalq Hava Limanı fəaliyyət göstərir.

Dəmir yolu və avtomobil nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

İqtisadi cəhətdən inkişaf etmiş qonşumuz İran İslam Respublikası ilə əlaqələrimiz əsasən tranzit ərazi kimi bu region vasitəsilə həyata keçirilir. Azərbaycanda İran sərhədinə qədər Bakı-Astara dəmir yolu xətti 1941-ci ildə çəkilmişdir.Dəmir yoluna paralel olaraq beynəlxalq əhəmiyyətli avtomobil yolu da fəaliyyət göstərir. Lənkəran-Astara iqtisadi-coğrafi rayonu ərazisindən keçən (tranzit yollar) bu yollar vasitəsilə Rusiya-İran iqtisadi əlaqələri də yaranmışdır.

Su nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

İqtisadi-coğrafi rayonun nəqliyyat şəraitini daha da yaxşılaşdırmaq məqsədilə gələcəkdə Xəzər dənizinin ucuz və qısa su yolundan istifadə olunmalıdır [İmrani Z.T.2008]. Elmi-texniki tərəqqinin surətlə inkişaf etdiyi bir zamanda Bakı ilə LənkəranAstara şəhərləri arasında sərnişinyük daşınması üçün sürətli və hər cür şəraitə malik gəmilərdən istifadə edilməlidir. Bu məqsədlə Lənkəran və Astarada dəniz liman kompleksləri yaradılmalıdır. Hava yollarını inkişaf etdirmək üçün Lənkəran şəhərində beynəlxalq əhəmiyyətli təyyarə limanı tikilmişdir. Cədvəl 9.8.

İqtisadi-coğrafi rayonda respublika və yerli əhəmiyyətli yolların quruluşu, km

[Z.S.Məmmədova (2002) görə]

İnzibati rayonlar Cəmi avtomo

bil yolları, km

Xüsusi cəkisi, %-lə Respublika əhəmiyyətli, yol, km Xüsusi cəkisi, %-lə Yerli əhə-

miyyətli

yol, km

Xüsusi cəkisi, %-lə
Lənkəran 426 17,0 152 21,2 274 15,3
Masallı 355 14,2 144 20.2 211 11,8
Lerik 706 28,2 97 13,5 609 34,2
Yardımlı 385 15.4 88 12,2 297 16,6
Cəlilabad 360 14,4 183 25,5 177 9,9
Astara 270 10,8 53 7,4 217 12,2
Cəmi 2502 100 717 100 1785 100

İqtisadi-coğrafi rayonda avtomobil yollarının ümumi uzunluğu 2502 km-dir ki, bunun da 717 km-i (29%) respublika, 1785 km-i (71%) isə yerli əhəmiyyətli yolların payına düşür. 2011-ci ildə iqtisadi-coğrafi rayonda avtomobil nəqliyyatı ilə 6,1 mln. ton yük və 53,6 mln. sərnişin daşınmışdır ki, bu da 2000-ci ilə görə uyğun olaraq 3,4 mln ton və 23,0 mln nəfər artım deməkdir. Göstərilən dövrdə yük dövriyyəsi 876,4 mln ton/km, sərnişin dövriyyəsi 463,5 mln sərnişin/km olmuşdur. Qəzvin-Rəşt (İran) dəmir yolunun Astara ilə birləşdirilməsi layihəsi mövcuddur. Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun avtomobil yollarının quruluşunda asfalt yollar 12%, qara örtüklü 17%, çınqıl örtüklü 39%, qrunt yollar isə 32% təşkil edir (cədvəl 9.9.).[2]

İqtisadi-coğrafi rayon üzrə avtomobil yollarının texniki vəziyyəti

[Z.S.Məmmədova (2002) görə]

İnzibati

rayonlar

Avtomobil yollarının uzunluğu (km) O cümlədən
Asfalt örtüklü (km) Qara örtüklü (km) Çınqıl örtüklü (km) Qrunt yollar (km)
Lənkəran 426 64 111 184 47
Masallı 355 86 44 108 117
Lerik 706 20 43 475 168
Yardımlı 385 15 33 56 281
Cəlilabad 360 62 129 81 88
Astara 270 28 70 60 112
Cəmi 2502 295 430 964 813

Təbii sərvətləri

[redaktə | mənbəni redaktə et]

Regionda faydalı qazıntılar azdır, qeyri-filizlərdən tikinti qumu, gil, çaydaşı, gips ehtiyatları vardır, zəngin termal və mineral sulara malikdir. İqtisadi rayonda rütubətli subtropik iqlim, məhsuldar torpaqlar, su və əmək ehtiyatları kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar yaradır. Sahilboyu balıq ovlanır.

Sosial infrastrukturu

[redaktə | mənbəni redaktə et]

Lənkəran Dövlət Universiteti, orta məktəblər, Dram teatrı, Diyarşünaslıq muzeyi və s. regiondakı əsas sosial infrastrukturlardır.

  1. Samadov (www.anarsamadov.net), Anar. "Azərbaycanda demoqrafik vəziyyət". Azərbaycan Respublikası Statistika Komitəsi. 2023-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  2. Azərbaycan Respublikasının Coğrafiyası, III cild, Regional Coğrafiya, Bakı, 2015. səh 400 (Paşayev N.Ə., Ağakişiyeva G.R.)