Lalibela qaya kilsələri


Lalibela qaya kilsələriEfiopiyanın Lalibela şəhərində yerləşən tarixi monolit kilsələr. Kilsələr 12-ci əsrin sonu - 13-cü əsrin əvvəllərində müqəddəs Qüds şəhərini öz səltənətində yenidən qurmaq istəyən Zaqve sülaləsinin kralı Qebr Mesqel Lalibelanın tapşırılığı ilə tikilmişdir. Ərazi kralın adını daşıyır. Abidələr bu günə qədər Efiopiya Pravoslav Xristian Kilsəsi tərəfindən istifadə edilir və Efiopiya Pravoslav ibadətçiləri üçün vacib bir ziyarət yeri olaraq qalır.[1]

Lalibella
Rock-Hewn Churches, Lalibela [* 1]
Ölkə Efiopiya Efiopiya
Tip Mədəni
Kriteriya i, ii, iii
Keçid 18
Region Afrika [* 2]
Daxil edilməsi 1978  (2-ci sessiya)
Lalibella xəritədə
Lalibella
Lalibella

Arxeoloji sahə

[redaktə | mənbəni redaktə et]

Səhənin yüksəkliyi təxminən 2,480 metr (8,140 ft) ətrafındadır.[2] Arxeoloji sahə 3 hissədən ibarətdir: şimal-qərb qrupu, cənub-qərb qrupu və Müqəddəs Corc kilsəsi.

Şimal-qərb qrupu

[redaktə | mənbəni redaktə et]

Bu qrup tunel və xəndək sistemləri ilə bir-birinə bağlı olan Biet-Medhan-Aləm, Biet-Məryəm, Biet-Qolqosa-Mixael, Biet-Meskel və Biet- Denaqel kilsələrindən ibarətdir.

Cənub-şərq qrupu

[redaktə | mənbəni redaktə et]

Biet-Amanuel, Biet-Qeddu-Merkoreus, Biet-Abba-Libanos, Biet-Lehem və Biet-Qabriel-Rufaeldən ibarət olan cənub-şərqdəki kilsələr də şimal-şərq qrupu kimi tunellər sistemi ilə bağlanır.

Müqəddəs[ölü keçid] Corc kilsəsi
Biet-Medhan-Aləm[ölü keçid], Lalibeladakı şimal-qərb qrupuna daxildir.

Aksum İmperiyası

[redaktə | mənbəni redaktə et]

Lalibela kilsələrinin yerli ənənə ilə bölgədə qurulan ilk xristian kilsəsi olduğuna inanılır. Ərazi eramızın 6-cı əsrində Roha şəhərini qurduqdan bir müddət sonra Aksum kralı Kalebin tapşırlığı ilə salınmışdır.[2][3]

Zaqve sülaləsi

[redaktə | mənbəni redaktə et]

Yerli ənənələrə görə kilsələrin Zaqve sülaləsi dövründə, Kral Qebre Mesqel Lalibelanın (1189-1227)[4] hakimiyyəti altında qurulduğu söylənir.[5] Lakin kilsələrin bir neçə mərhələli tikinti və əvvəlcədən qurulmuş tikililərin dəyişdirilməsi zamanı indiki formasına çevrilməsi ehtimalı daha yüksəkdir.[6]

Lalibela qaya kilsələri 1978-ci ildə UNESCO-nun Ümumdünya irsi Siyahısına daxil edilmişdir.[7]

Dini əhəmiyyəti və funksiyası

[redaktə | mənbəni redaktə et]

Lalibela kilsələri Efiopiya pravoslav xristianları üçün mühüm dini əhəmiyyət daşıyır. Çünki ərazi müqəddəs Qüds şəhərini təmsil edən bir tərtibatla xüsusi mənəvi və simvolik dəyəri olan həcc ziyarətgahı yeridir. Ərazi hələ də gündəlik ibadət və dua, Qenna kimi dini bayramların qeyd olunması üçün,[2][4] həmçinin ruhani evi[4] və hər il getdikcə daha çox dini tərəfdarları və liderləri bir araya gətirən bir yer kimi üçün istifadə edilməyə davam edir.[2]

Kilsələrin hər biri bənzərsizdir. Biet-Qolqosa içərisindəki barelyeflərdə aydın insan fiqurları və Biet-Məryəmdəki həndəsi dizayn və bibliya mənzərələrinin rəngli təsvirləri əraziyə fərqli bir memarlıq veir.[4]

Kilsələrin inşasının 3 mərhələdə baş verdiyi düşünülür.[5]

Bütün 11 kilsə, monolit və yarı monolit quruluşları əhatə edən xəndəkləri və həmçinin kilsələrin iki ayrı qrupunu bir-biri ilə birləşdirən tunellər sistemini qazmaq üçün çəkic və iskənə kimi əsas alətlərdən istifadə etməklə inşa edilmişdir.[1][8]

Ərazidə bir neçə qoruma və bərpa layihəsi həyata keçirilsə də, yerinə yetirilməsində nöqsanlar yaranmışdır. Amerika səfirliyi tərəfindən Biet-Qabriel-Rafael və daha sonra Biet-Qolqosa-Mixaelin bərpasını maliyyələşdirmək üçün layihə hazırlansa da, layihə iclasında iştirak edən müxtəlif tərəflər arasında problemlərin ortaya çıxdığı görüldü. Mədəni İrsin Tədqiqi və Mühafizəsi İdarəsi (ARCCH) və yerli komitə və kilsə arasında isə layihə planları ilə əlaqədar kifayət qədər əlaqə və məlumat mübadiləsi olmamışdır.[9]

2008-ci ildə Avropa İttifaqı daha uzunmüddətli bir qərara gəlinənə qədər strukturların müvəqqəti qorunma rejimini təmin etmək üçün ərazidəki 5 kilsəni əhatə edən dörd sığınacaq tikildi.[10] Lakin, sığınacaqlar nəzərdə tutulduğu dövrdən daha uzun müddətdə yerində qaldı və indi isə çökərək altındakı binalar üçün ciddi təhlükə yaratmağa başladı. ARCCH direktoru sığınacaqların qaldırılmalı olduğunu bildirdi, lakin hələlik onların sökülməsi və bundan sonra nə ediləcəyi barədə hələ dəqiq bir plan yoxdur.[9]

  1. 1 2 Williams, Frances M. Understanding Ethiopia : geology and scenery. Cham. 2016-03-21. ISBN 9783319021805. OCLC 945445084.
  2. 1 2 3 4 ARCCH, 2013, A Management Plan for the Rock-hewn Churches of Lalibela World Heritage Site Ethiopia, December, Addis Ababa: ARCCH.
  3. Heritage, Tourism, and Urbanization: The Landscape and Development of Lalibela, Ethiopia. the Trustees of Columbia University of the City of New York. 2017. ISBN 978-0-9882675-3-4.
  4. 1 2 3 4 Sani, Frederico. "Integrated geological-architectural pilot study of the Biet Gabriel-Rafael rock hewn church in Lalibela, northern Ethiopia". Italian Journal of Geosciences. 131. iyun 2012: 171–186 – ResearchGate vasitəsilə.
  5. 1 2 Windmuller-Luna, Kristen. "The Rock-hewn Churches of Lalibela". Metropolitan Museum of Art. sentyabr 2014. 8 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
  6. Fauvelle-Aymar, François-Xavier; Bruxelles, Laurent; Mensan, Romain; Bosc-Tiessé, Claire; Derat, Marie-Laure; Fritsch, Emmanuel. "Rock-cut stratigraphy: sequencing the Lalibela churches". Antiquity (ingilis). 84 (326). 2010-12-01: 1135–1150. doi:10.1017/S0003598X00067132. ISSN 0003-598X.
  7. UNESCO, 2006, Report on the Mission to Rock Hewn Churches Lalibela, (Ethiopia): assessment of the planned project “Temporary shelters for five churches in Lalibela”, funded by the European Union.
  8. Bosc-Tiessé, Claire; Fauvelle, François-Xavier; Bruxelles, Laurent; Derat, Marie-Laure; Gleize, Yves; Mensan, Romain. "The Lalibela Rock Hewn Site and its Landscape (Ethiopia): An Archaeological Analysis". Journal of African Archaeology. 12 (2). 2014-11-01: 141–164. doi:10.3213/2191-5784-10261. ISSN 1612-1651.
  9. 1 2 Woldeyes, Y. G. (2018).
  10. Report of the UNESCO/ICOMOS/ICCROM Advisory mission to Rock-Hewn Churches, Lalibela (Ethiopia)