Lampedusa (yun. Λοπαδούσσα Lopadoussa; it. Isola di Lampedusa) — İtaliyanın Siciliya bölgəsinə bağlı ada. Aralıq dənizində yerləşən ada Peleqi adalar qrupuna daxilidir və bura daxil olan üç adadan ən böyüyü sayılır. Peleqi adalarına daxil olan digər iki ada isə Linosa və Lampione adalarıdır. Adanın əsas xüsusiyyəti İtaliyanın ən ucqarda yerləşən torpaq sahəsi olmasıdır. Lampedusa adası Şimali Afrika sahillərinə ən yaxın olan Avropa adalarından biridir. Şimali Afrika ölkəsi olan Tunisin sahil ərazilərindən adaya olan məsafə 113 kmdir. Adanın inzibati cəhətdən bağlı olduğu Siciliya olan məsafə 205, Maltaya olan məsafə isə 176 kmdir.[3]
Lampedusa | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Hündür nöqtəsi | 133 m |
Əhalisi |
|
Yerləşməsi | |
35°31′ şm. e. 12°35′ ş. u.HGYO | |
Ölkə | |
Vilayət | |
Rayon |
|
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lampedusa adasının sahəsi 20 km² təşkil edir və adanın ümumi əhalisi 4.500 nəfərə yaxındır. Ada əhalisi əsasən, balıqçılıq, turizm və kənd təsərrüfatı ilə məşğul olur. Siciliyanın liman şəhərlərindən olan Porto Empedokle ilə Lampedusa adasına müntəzəm gəmi səfərləri təşkil edilir və ada əhalisi İtaliya ilə olan bağlantılarını əsasən bu səfər üzərindən həyata keçirirlər. Hava daşımaları üçün nəzərdə tutulmuş Lampedusa Regional Hava Limanından Kataniya və Palermo şəhərlərinə uçuşlar həyata keçirilməkdədir. Yay aylarında isə Milan və Roma şəhərlərindən mövsümlük turistik uçuşlar icra olunur.
2000-ci illərdən etibarən Lampedusa adası Şimali Afrikadan gələn qanunsuz miqrantların axınına məruz qalmaqdadır. Qaçaq gəmilərlə Şimali Afrika sahilləridən yola çıxan gəmilərin çoxu Aralıq dənizində batıb. 2015-ci ilin aprel ayında baş verən qəzalar nəticəsində 1.500 nəfərdən çox Afroamerikalı şəxs boğularaq vəfat etmişdir.
Lampedusa sözünün Qədim yunan dilində olan (yun. Λοπαδούσσα or Λαπαδούσσα; Lopadoússa/Lapadoússa) sözündən yarandığı ehtimal edilir. Sözün kökünü təşkil edən (yun. λέπας (lépas) lepas sözü yunan dilində daşlıq ərazi mənasını verir. Adanı adlandıran şəxslər də Lampendusanın qayalıq təbiətinə əsasən, Daşların çox olduğu yer ifadəsindən istifadə etmişdilər. Ada sahillərində stridiyalarını çoxluğu adanın adlandırılması üçün bir başqa versiya hesab olunur. Lampedusa adının etimologiyası ilə bağlı son bir fikir isə yunan dilindən tərcümədə məşəl sözünü ifadə edən (yun. lampás) sözü ilə bağlıdır. Ərazidən keçən gəmilərə yol göstərilməsi məqsədi ilə adadan tez-tez məşəllərin yandırıldığı ehtimal olunur.[4]
Lampedusa adasının qədim dövrlərdən etibarən finikiyalılar, yunanlar, romaları və berberlər üçün keçid məntəqəsi olduğu ehtimal olunur. Adanın adına yunan alimi Strabonun əsərlərində rast gəlinmişdir. Strabon adanı Lopadusa şəklində adlandırmışdır. Qədim Romaların adada qarum olaraq adlandırdıqları və əsasən balıq yağında istifadə edilən plantasiya yaratdıqları məlumdur. Adanın şimal tərəfində aparılan qazıntılar zamanı karfagen şəhər dövlətinin əsgərlərinə aid məzarların tapılması, adanın Karfagen dövləti tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini göstərir. 1553-cü ildə ada bərbər piratların hücumuna məruz qalır və hücumun ardından 1.000 nəfərlik qrup piratlar tərəfindən əsir alınır.[5]
1436-cı ildə ada Araqonlu Alfonso tərəfindən Montechiaro baronu Don Giovanni de Caroya hədiyyə edilir. 1661-ci ildə adanın sahibi Ferdinand Tommasi İspaniya kralın II Karlosdan şahzadə titulunu əldə edir. Sendviç knyazı Con Montagu 1737-ci ildə adaya etdiyi səfər zamanı Lampedusada cəmi 1 nəfərin yaşadığına şahidlik etmişdir. 1760-cı ildə fransızlardan ibarət kiçik mühacir qrupu adaya yerləşir.
Neapol kralı II Ferdinand adanın kimsəsiz olmasından istifadə edərək 1843-cü ildə Lampedusada koloniya yaradır. II Dünya müharibəsi dönəmində mütəffiq ordular tərəfindən Lampedusa adasına bombardımdan təyyarələrindən avia zərbələr endirilir. 1943-cü ilin 12 iyun tarixində Peleqi adalarının əsas adası Lampedusa, bir gün sonra isə adalar qrupuna daxil olan digər iki ada Lonosa və Lampione də təslim olur. Lampedusa ilə Siciliya arasında telefon rabitəsi ilk dəfə 1960-cı ildə yaradılmışdır.