Landkreuzer P. 1000 Ratte (Rat), İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyasının ordusu olan Wehrmacht tərəfindən istifadə üçün nəzərdə tutulmuş super ağır tankdır. 1942-ci ildə Adolf Hitlerin təsdiqi ilə Krupp şirkəti ilə birlikdə hazırlanan tank layihəsi 1943-cü ildə Albert Speer tərəfindən ləğv edilmiş və bir daha tamamlana bilinməmişdir. Ümumilikdə 1800 ton olması planlaşdırılan tank Almanların indiyə qədər istehsal etdiyi ən ağır tank olan Panzer VIII Maus tankından on qat daha ağır idi. Əgər istehsal edilsəydi, dünya tarixinin ən ağır tankı olardı. Rəngli rəsm-1 Rəngli rəsm-2
Landkreuzer P. 1000 Ratte | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstifadə edilən döyüşlər | |
Xüsusiyyətləri | |
Ağırlığı | 1.000.000 kq |
Uzunluğu |
|
Eni | 14.000 mm |
Hündürlüyü | 11.000 mm |
Vikianbarda əlaqəli mediafayllar |
Əsas silah olaraq qülləsində istifadə olunacaq iki ədəd 280 mm-lik top Gneisenau sinifli döyüş gəmilərində istifadə edilmişdir. Layihə ləğv edilməmişdən əvvəl istehsal edilən böyük qüllə daha sonra Norveçdəki sahil mühafizə istehkamına quraşdırılmışdır. Lakin onun harada olduğunu tapmaq mümkün olmamışdır. Digər silahları bir ədəd 128 mm-lik top, 8 ədəd 20 mm-lik Flak 38 zenit silahı və iki ədəd 15 mm-lik Mauzer 151/15 pulemyotu olmalı idi.
Tankın hərəkəti biri 8500 at gücü hasil edə bilən iki ədəd MAN V12Z32/44 24 silindrli dəniz dizel mühərriki və ya hər biri 2000 at gücü hasil edə bilən 8 ədəd Daimler-Benz MB501 20 silindrli digər bir dəniz dizel mühərriki ilə təmin edilməli idi. Hər iki variantda da, ümumilikdə 16.000 at gücü təmin ediləcəkdi.
Daha ağır P. 1500 "Monster" özüyeriyən haubitsa layihəsi ilə paralel olaraq, hələ hər iki layihə çox erkən mərhələdə olarkən ləğv edilmişdir. Lakin təhlükəli Schwerer Gustav (və ya Dora) 800 mm-lik topu istehsal edilmişdir.
Hər nə qədər ölçüləri ilə dəhşətli görünsə də, bu tankın bir çox mənfi cəhətləri mövcud idi. Məsələn, bu boyda tankın keçə biləcəyi hər hansısa bir körpü mövcud deyildi. Yolda mövcud deyildi. Ağırlığına görə ərazidə hərəkət etməsi də çox çətin olacaqdı. Onun sürəti də çox aşağı idi. Ərazi şəraitində, məsələn, çayı keçmək üçün belə təbii yol tapmalı idi. Bu da öz növbəsində, tank üçün əlavə vaxt itkisi idi. Bu ölçülərdə olan bir nəqliyyat vasitəsi hər nə qədər kamuflyaj edilmiş olsa da, düşmən təyyarələri üçün asan hədəf olacaqdı. Ona görə də sığınacağa ehtiyacı var idi. Onun həm də düşmən piyadalarına qarşı lazımi müdafiəsi yox idi.